Qarabağ müharibəsi incəsənətdə

Qarabağ müharibəsi incəsənətdəQarabağ müharibəsinə populyar mədəniyyətdə ithaf olunan incəsənət, ədəbiyyat, musiqi və filmlərdə əsərlər.

İncəsənət

Qarabağ müharibəsi haqqında çoxlu sərgilər keçirilmiş, incəsənət əsərləri həsr olunmuşdur.

Ədəbiyyat

Azərbaycan ədəbiyyatında erməni-müsəlman məsələsində 3 böyük əsərin, Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” və Cəlil Məmmədquluzadənin “Kamança” əsərlərini adlarını çəkmək olar. Bunlar münaqişə ilə bağlı qələmə alınan dəyərli nümunələrdir.[1]

Son dövrlərdə qələmə alınan çoxlu əsərlər var ki, onlardan Baba Pünhanın "Qarabağ getsə əgər" qəzəlini, Əbdürrəhim Karakoçun "Karabağ'a Mektup", Nurəngiz Günün poemalarını, Elçin Hüseynbəylinin hekayələrini, Zahir Əzəmətin, Rasim Qaracanın qələmə aldıqlarını qeyd etmək olar.[1] Tomas de Vaalın Dağlıq Qarabağa həsr etdiyi “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”, Tomas Qoltzun Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet Republic münaqişə haqda dünya ədəbiyyatında ən populyar mənbələrdən biri hesab edilir.[2]

İlƏsərÖlkəMüəllifQeydlər
1998История Азербайджана по документам и публикациямAzərbaycanZiya Bünyadov
1998Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-Rich, War-Torn, Post-Soviet RepublicABŞTomas Qoltz
2003Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarındaBöyük BritaniyaTomas de Vaal
2007Qarabağ: dünən, bu gün fotoşəkillərdəAzərbaycanBabək BaratoğluQarabağın işğaldan əvvəlki və sonrakı görüntülərinin müqayisəli şəkildə təqdim olunması.
2009Müharibə SənətiAzərbaycanXəzail Muxtarov
2009Qarabağ - suallar və gerçəklərTürkiyəSedat Demir
2010Карабахский дневникAzərbaycanYuri Pompeyev
2011Erməni dosyasıAzərbaycanİsmixan Yusubov
2012Qarabağ - dağlar bizi haraylayırAzərbaycanElbrus Orucov
2012Qarabağ düyünüAzərbaycanAydın Mirzəzadə
2013Offsayd. Sürgündə olan futbolNiderlandArtur Huizinqa və Dirk Yan VizzerKitab Qarabağ tarixinin üstündə qurulub.
2014Yaddan çıxmaz QarabağAzərbaycanGünay Malikqızı
2019Ermənistan və Azərbaycan: Rəqabət anatomiyasıBöyük BritaniyaLaurens Broers

Musiqi

Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, vətəni tərənnüm edən, vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.[3] Hip-hop arenasında Dəyirman qrupu "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.[4]

İlMusiqi əsəriSənətçiQeydlər
1991Bu Qan Yerdə Qalan DeyilRamiz Mustafayevvokal-simfonik poema
1992KarabağCem Karaca"Nerde Kalmıştık?" albomundan
Ya Karabağ, Ya ÖlümOzan Arif
1993Qarabağ marşıCavanşir Quliyev
Crying EarthƏzizə Mustafazadə"Always" albomundan
1994Dünya DəyişirYuxu"Sumqayıt" albomundan
Ulu TopraqMübariz Tağıyev[5]
1995Salam, Dar AğacıŞəmistan Əlizamanlı
Cənab Leytenant
Təhlükədə Qoymarıq VətənmiziNizami Rəmzi
RekviyemRasim Müzəffərli"Pəncərə" albomundan
1996Ya Qarabağ, Ya ÖlümDəyirman"Qurd" albomundan[6]
1998XocalıNəriman Məmmədov7 saylı simfoniya
1999Xocalı LaylasıElnarə Dadaşova
Qarabağ ŞikəstəsiVasif Adıgözəlovoratoriya
Qəm Karvanıoratoriya
2000Qələbə İli (Qarabağ Sədası)Mübariz Tağıyev
2004PrezidentDəyirman feat. Elşad Xose"Corc Buş Haralıdır?" albomundan
2007Ey, ErməniAnar Nağılbaz feat. Turan Ziq Zaq"Non-Stop" albomundan
2008KarabağƏhməd Şəfəq"Aranıyor" albomundan[7]
2009Halımı SormaAğadadaş Ağayev
Hoydu Hoy (Qarabağ)Araz Elsəs
Kor ZabitUran
2010Justice for KhojalyDəyirman feat. Toni Blackman
QələbəLeyla Ramazanlı
2011Xocalı SimfoniyasıNurəngiz Gün
2012Gəlin dönək evəMina SovetskiXoca filmindən
QartalƏdalət Şükürov
2013The Khojaly RequiemAleksandr Vladimiroviç Çaykovskiysimfoniya[8]
2013Khojaly 613Pyer Tiloysimfoniya[9]
2014AgdamHauschka"Abandoned City" albomundan[10]
XocalıQaraqan
Şəhid arzularıÇingiz Mustafayev[11]
2015Broken DreamsNigar Camal[12]

Filmoqrafiya

Azərbaycan filmləri

  1. Fəryad (film, 1993)
  2. Haray (film, 1993)
  3. Laçın dəhlizi (film, 1993)
  4. Ağ atlı oğlan (film, 1995)
  5. Vətən mənə oğul desə (film, 1996)
  6. Canavar balası
  7. Hər şey yaxşılığa doğru
  8. Cavanşir (film, 2002)
  9. Arxada qalmış gələcək (film, 2004)
  10. Girov (film, 2005)
  11. Yalan (film, 2005)
  12. Biz qayıdacağıq (film, 2007)
  13. Bir addım (film, 2009)
  14. Yaddaş (film, 2010)
  15. Dolu (film, 2012)
  16. Xoca (film, 2012)
  17. Nabat (film, 2014)

Ermənistan filmləri

  1. Atılmamış güllələr (film, 2008)
  2. Güllə atmış ev (film, 2009)

Gürcüstan filmləri

  1. Qarabağa gəzinti (film, 2005)

Litva filmləri

  1. Sonu olmayan dəhliz (film, 2012)[13]

Kompyuter oyunları

İlOyunun adıJanrPlatformaHazırlayan
2010Qarabağ WarsBirinci üzdən şuterMicrosoft WindowsAzDimension
2012İşğal altında: ŞuşaBirinci üzdən şuterMicrosoft WindowsAzDimension
2013İşğal altında: AğdamBirinci üzdən şuterMicrosoft WindowsAzDimension

İstinadlar

Xarici keçidlər