Qreypfrut

Citrus paradisi (lat. Citrus paradisi)[1]sitrus cinsinə aid bitki növü.[2]

Qreypfrut
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Malvids
Fəsilə:
Yarımfəsilə:
Aurantioideae
Cins:
???:
Qreypfrut
Beynəlxalq elmi adı

Təbii yayılması

Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır.

Botaniki təsviri

Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir.Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir.

Ekologiyası

Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.

İstifadəsi

Meyvəsinin tərkibində limon turşusu, şəkər və müхtəlif vitaminlər var. İştah artırır, şəkərlə yeyilir.

Qreypfrut C vitamini baxımından zəngindir. Yarım qreypfrut C vitamini tələbatının 60 faizini ödəyir. Tərkibində xolesterolu aşağı salan pektin maddəsi var. Xərçəngə qarşı qoruyucu vasitədir. İştahaaçıcıdır.Qreypfrut soyuqlamanın dərmanıdır, həzm sisteminin fəaliyyətini gücləndirir, diş ətindəki qanaxmaların qarşısını alır, kapilyar damarlarda qan dövranını sürətləndirir, mədə və mədəaltı vəzinin xərçəng xəstəliyinə tutulmaq ehtimalını azaldır, təzyiqi nizamlayır, sidikqovucu xassəyə malikdir. Yağlı yeməklərdən sonra 1 stəkan qreypfrut şirəsi içilərsə, yeyilən qida mədədə ağırlıq yaratmaz.

Qeyd: Mütəxəssislər qreypfrutun bir çox faydası olduğunu, ancaq bu meyvədən dərmanlarla birlikdə istifadə edərkən diqqətli davranmaq lazım gəldiyini bildirirlər.[3]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  • “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.