UEFA Çempionlar Liqası 2021/2022

UEFA Çempionlar Liqası 2021/2022UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 67-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 30-cu mövsümüdür.

UEFA Çempionlar Liqası 2021/2022
Parisdə yerləşən Stad de Frans finala ev sahibliyi etdi.
Parisdə yerləşən Stad de Frans finala ev sahibliyi etdi.
Yarış məlumatları
TarixTəsnifat mərhələləri:
22 iyun – 25 avqust 2021
Qrup mərhələsi və finala doğru gedəcək oyunlar:
14 sentyabr 2021 – 28 may 2022
Başlama tarixi22 iyun 2021
Bitmə tarixi28 may 2022
Komanda sayı32 (qruplarda)
80 (ümumi)
Yekun nəticəsi
Çempionİspaniya Real Madrid (14. dəfə)
İkinciİngiltərə Liverpul
Yarış statistikası
Oyun sayı125
Qol sayı380 (matç başına: 3.04)
Tamaşaçı sayı4402255 matç başına: 35218
Mükafat sahibləri
Bombardir(lər)Fransa Kərim Benzema (15 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Final matçı Sankt-Peterburq şəhərində yerləşən "Yeni Zenit Stadionu"nda (digər adı ilə desək "Krestovski") keçirilməsi planlaşdırılsa da,[1] Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən məkan Fransaya – Paris şəhərindəki "Stad de Frans"a dəyişdirildi.[2]

1998–99 mövsümündən sonra ilk dəfədir ki, məhz bu mövsümdə UEFA klublar üçün 3 müsabiqə təşkil edir. Belə ki, bu mövsümdən UEFA Konfrans Liqası da keçiriləcək. Çempionlar Liqasının formatında hər-hansı bir dəyişiklik baş verməyib. Keçən mövsümlə aradakı tək fərq, bu turnirin ilkin mərhələ və birinci təsnifat mərhələsində mübarizəni dayandıran klublar öz yollarına Avropa Liqasında yox, Konfrans Liqasında davam edəcəklər.[3]

24 iyun 2021-ci ildə UEFA klub müsabiqələrinə şamil olunan qaydalarda çox ciddi bəzi dəyişikliklərə getdi. Belə ki, artıq səfərdə vurulan qolun xüsusi bir üstünlüyü olmayacaq.[4] Əgər cütün hər iki komandası iki oyunun sonunda eyni sayda qol vurarsa, səfərdə vurulan qola əhəmiyyət verilməyəcək, və oyun əlavə vaxta gedəcək. Qeyd etmək lazımdır ki, səfər qolu qaydası 1965-ci ildən istifadə olunurdu.

Qatılacaq klubların müəyyənləşməsi

2021–22 UEFA Çempionlar Liqasında UEFA-ya üzv olan 54 ölkə federasiyasından 80 komanda mübarizə aparır. (Lixtenşteyn Futbol Federasiyasının yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilməyəcək.) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:

  • 1-dən 4-cü sıraya qədər olan ölkələrdən dörd klub.
  • 5 və 6-cı sıralarda yer alan ölkələrdən üç klub.
  • 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki klub.
  • 16-dan 55-ci sıraya qədər ölkələrdən bir klub (Lixtenşteyn xaric).
  • Öz liqalarında ÇL-də oynamağa haqq qazanmadılarsa, ötən mövsümün UEFA Çempionlar LiqasıUEFA Avropa Liqası çempionu.

Ölkə sıralaması

Ölkələrin toplam xalları 2015–16-cı il mövsümündən 2019–20-ci il mövsümünə qədər klub müsabiqələrində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.[5]

• (UAL) - UEFA Avropa Liqası çempionunun aid olduğu assosiasiya

2021–22 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinqi
SıraAssosiasiyaXalKomandaQeyd
1 İspaniya102.2834+1 (UAL)
2 İngiltərə90.462
3 Almaniya74.784
4 İtaliya70.653
5 Fransa59.2483
6 Portuqaliya49.449
7 Rusiya45.5492
8 Belçika37.900
9 Ukrayna36.100
10 Niderland35.750
11 Türkiyə33.600
12 Avstriya32.925
13 Danimarka29.250
14 Şotlandiya27.875
15 Çexiya27.300
16 Kipr26.7501
17 İsveçrə26.400
18 Yunanıstan26.300
19 Serbiya25.500
SıraAssosiasiyaXalKomandaQeyd
20 Xorvatiya24.8751
21 İsveç22.750
22 Norveç21.750
23 İsrail19.625
24 Qazaxıstan19.250
25 Belarus18.875
26 Azərbaycan18.750
27 Bolqarıstan17.375
28 Rumıniya16.700
29 Polşa16.625
30 Slovakiya15.875
31 Lixtenşteyn13.5000[Note LIE]
32 Sloveniya13.0001
33 Macarıstan12.875
34 Lüksemburq8.000
35 Litva7.875
36 Ermənistan7.625
37 Latviya7.625
SıraAssosiasiyaXalKomandaQeyd
38 Albaniya7.3751
39 Şimali Makedoniya7.375
40 Bosniya və Herseqovina6.875
41 Moldova6.750
42 İrlandiya6.700
43 Finlandiya6.500
44 Gürcüstan5.750
45 Malta5.750
46 İslandiya5.375
47 Uels5.000
48 Şimali İrlandiya4.875
49 Cəbəllütariq4.750
50 Monteneqro4.375
51 Estoniya4.375
52 Kosovo4.000
53 Farer adaları3.750
54 Andorra2.831
55 San-Marino0.666

Qeyd

Klubların bölgüsü

Aşağıdakı cədvələ əsasən klublar mübarizəyə qoşulurlar.[6]

Bu turda mübarizəyə başlayacaq klubların sayıBir öncəki turdan gələn klubların sayı
İlkin mərhələ
(4 komanda tək matçlı 2 yarı final və 1 final oynayır)
  • 52–55-ci sıralarda yerləşən 4 ölkənin çempionu
Birinci təsnifat mərhələsi
(32 klub)
  • 20–51-ci sıralarda yerləşən 31 ölkənin çempionu (Lixtenşteyn xaric)
  • İlkin mərhələdən gələn 1 klub
İkinci təsnifat mərhələsi
(26 klub)
Çempionlar
(20 klub)
  • 16–19-cu sıralarda yerləşən 4 ölkənin çempionu
  • Birinci təsnifat mərhələsindən gələn 16 klub
Çempion olmayan
(6 klub)
  • 10–15-ci sıralarda yerləşən 6 ölkənin ikincisi
Üçüncü təsnifat mərhələsi
(20 klub)
Çempionlar
(12 klub)
  • 14 və 15-ci ölkənin 2 çempionu
  • İkinci təsnifat mərhələsindən gələn 10 klub
Çempion olmayan
(8 klub)
  • 7–9-cu sıralarda yerləşən 3 ölkənin ikincisi
  • 5 və 6-cı sıralarda yerləşən 2 ölkənin üçüncüsü
  • İkinci təsnifat mərhələsindən gələn 3 komanda
Play-off turu
(12 klub)
Çempionlar
(8 klub)
  • 12 və 13-cü sıralarda yerləşən 2 ölkənin çempionu
  • Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion komanda
Çempion olmayan
(4 klub)
  • Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan komanda
Qrup mərhələsi
(32 klub)
  • Ötən mövsümün avroliqa çempionu - "Vilyareal"
  • 1–11-ci sıralarda yerləşən 11 ölkənin çempionu
  • 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi
  • 1–4-cü sıralarda yerləşən 4 ölkənin üçüncüsü
  • 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü
  • Play-off turundan gələn 4 çempion komanda
  • Play-off turundan gələn 2 çempion olmayan komanda
1/8 Final
(16 klub)
  • Qruplarında birinci yeri tutan 8 klub
  • Qruplarında ikinci yeri tutan 8 klub

Komandalar

2021–22 UEFA Çempionlar Liqasında iştirak edən klublar
TurKomandalar
Qrup mərhələsi Çelsi (4.)ÇL-Ç Vilyareal (7.)AL-Ç Atletiko Madrid (1.) Real Madrid (2.)
Barselona (3.) Sevilya (4.) Mançester Siti (1.) Mançester Yunayted (2.)
Liverpul (3.) Bayern Münhen (1.) RB Leypsiq (2.) Borussiya Dortmund (3.)
Volfsburq (4.) İnter Milan (1.) Milan (2.) Atalanta (3.)
Yuventus (4.) Lill (1.) Paris Seyn-Jermen (2.) Sportinq Lissabon (1.)
Porto (2.) Zenit (1.) Brügge (1.) Dinamo Kiyev (1.)
Ayaks (1.) Beşiktaş (1.)
Play-off turuÇY Red Bull Salzburq (1.) Brondbü (1.)
Üçüncü təsnifat mərhələsiÇY Reyncers (1.) Slaviya Praqa (1.)
Monako (3.) Benfika (3.) Spartak Moskva (2.) Genk (2.)
Şaxtyor Donetsk (2.)
İkinci təsnifat mərhələsiÇY Omoniya Nikosiya (1.) Yanq Boys (1.) Olimpiakos (1.) Srvena Zvezda (1.)
PSV Eyndhoven (2.) Qalatasaray (2.) Rapid Vyana (2.) Midtyulənd (2.)
Seltik (2.) Sparta Praqa (2.)
Birinci təsnifat mərhələsi Dinamo Zaqreb (1.) Malmö (1.) Budö-Qlimt (1.) Makkabi Hayfa (1.)
Kayrat (1.) Şaxtyor Soliqorsk (1.) Neftçi (1.) Ludoqorets Razqrad (1.)
ÇFR Kluj (1.) Legiya Varşava (1.) Slovan Bratislava (1.) Mura (1.)
Ferençvaroş (1.) Fola Eş (1.) Jalgiris (1.) Alaşkert (1.)
Riqa (1.) Teuta (1.) Şkendiya (1.) Boraç Banya Luka (1.)
Şerif Tiraspol (1.) Şemrok Rovers (1.) HJK (1.) Dinamo Tbilisi (1.)
Hibernians (2.)[Note MLT] Valur (1.) Konnahs Key Nomeds (1.) Linfild (1.)
Linkoln (1.) Buduçnost Podqoritsa (1.) Flora Tallin (1.)
İlkin mərhələ Priştina (1.) HB Torshavn (1.) İnter Eskaldes (1.) Folqor (1.)

Notes

Turnirin təqvimi

Oyunların tarixləri aşağıdakı kimidir.[10] Qrup mərhələsi istisna olmaqla bütün turların püşkü İsveçrənin Nyon şəhərində, UEFA-nın qərargahında atılacaq. Qrup mərhələsinin taleyinə isə İstanbulda aydınlıq gələcək.[11]

2021–22 UEFA Çempionlar Liqasının təqvimi
MərhələTurPüşk tarixiBirinci oyunİkinci oyun
Təsnifat mərhələləriİlkin mərhələ8 iyun 202122 iyun 2021 (yarı final turu)25 iyun 2021 (final matçı)
Birinci təsnifat mərhələsi15 iyun 20216–7 iyul 202113–14 iyul 2021
İkinci təsnifat mərhələsi16 iyun 202120–21 iyul 202127–28 iyul 2021
Üçüncü təsnifat mərhələsi19 iyul 20213–4 avqust 202110 avqust 2021
Play-offPlay-off turu2 avqust 202117–18 avqust 202124–25 avqust 2021
Qrup mərhələsi1. oyunlar26 avqust 2021
(İstanbul)
14–15 sentyabr 2021
2. oyunlar28–29 sentyabr 2021
3. oyunlar19–20 oktyabr 2021
4. oyunlar2–3 noyabr 2021
5. oyunlar23–24 noyabr 2021
6. oyunlar7–8 dekabr 2021
Finala doğru gedilən mərhələlər1/8 Final13 dekabr 202115–16 & 22–23 fevral 20228–9 & 15–16 mart 2022
1/4 Final18 mart 20225–6 aprel 202212–13 aprel 2022
Yarı Finallar26–27 aprel 20223–4 may 2022
Final28 may 2022, Stad de Frans, Paris

İlkin mərhələ

Bu mərhələnin püşkü 8 iyun 2021-ci ildə atıldı.[12] Yarı final matçları 22 iyunda, final isə 25 iyunda oynandı. Oyunlar Farer adalarının Torshavn şəhərində yerləşən Qundadalur stadionunda oynanmalı idi,[13] lakin həmin vaxt Farer adalarında pandemiya nisbətən kəskin xarakter aldığından, bundan əlavə hökümətin bunun qarşısını almaq üçün keçirdiyi məhdudiyyətlər səbəbindən UEFA oyunların Albaniyada keçirilməsini məqsədəuyğun gördü.[14]

Bu mərhələnin qalibi olan "Priştina" klubu birinci təsnifat mərhələsinə vəsiqə qazandı. Bu turda məğlub olan klublar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizəni davam etdirəcək.

1. komanda Hesab 2. komanda
Yarı final mərhələsi
Folqor 0–2 Priştina
HB Torshavn 0–1 İnter Eskaldes
1. komanda Hesab 2. komanda
Final matçı
Priştina 2–0 İnter Eskaldes

Təsnifat mərhələləri

Birinci təsnifat mərhələsi

Birinci təsnifat mərhələsinin püşkü 15 iyun 2021-ci ildə atıldı.[15] İlk oyunlar 6 və 7 iyulda, ikinci oyunlar isə 13 və 14 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Konfrans Liqasının ikinci təsnifat mərhələsində yollarına davam edəcəklər. ("Slovan Bratislava" - "Şemrok Rovers" cütü istisna olmaqla. Əlavə xüsusi püşkün nəticəsində məlum oldu ki, bu cütün məğlub tərəfi Konfrans liqasının üçüncü təsnifat mərhələsində mübarizəni davam etdirəcək)

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Fola Eş 2–7 Linkoln2–20–5
Slovan Bratislava 3–2 Şemrok Rovers2–01–2
Malmö 2–1 Riqa1–01–1
Budö-Qlimt 2–5 Legiya Varşava2–30–2
Konnahs Key Nomeds 2–3 Alaşkert2–20–1 (ə.v)
HJK Helsinki 7–1 Buduçnost Podqoritsa3–14–0
ÇFR Kluj 4–3 Boraç Banya Luka3–11–2 (ə.v)
Şkendiya 0–6 Mura0–10–5
Teuta 0–5 Şerif Tiraspol0–40–1
Dinamo Tbilisi 2–4 Neftçi1–21–2
Makkabi Hayfa 1–3 Kayrat1–10–2
Ludoqorets Razqrad 2–0 Şaxtyor Soliqorsk1–01–0
Ferençvaroş 6–1 Priştina3–03–1
Jalgiris 5–2 Linfild3–12–1
Flora Tallin 5–0 Hibernians2–03–0
Dinamo Zaqreb 5–2 Valur3–22–0

İkinci təsnifat mərhələsi

İkinci təsnifat mərhələsinin püşkü 16 iyunda atıldı.[16] İlk matçlar 20 və 21 iyulda, ikinci matçlar isə 27 və 28 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın üçüncü təsnifat mərhələsində yollarına davam etdilər.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çempionlar
Dinamo Zaqreb 3–0 Omoniya Nikosiya2–01–0
Slovan Bratislava 2–3 Yanq Boys0–02–3
Legiya Varşava 3–1 Flora Tallin2–11–0
Alaşkert 1–4 Şerif Tiraspol0–11–3
Olimpiakos 2–0 Neftçi1–01–0
Kayrat 2–6 Srvena Zvezda2–10–5
Linkoln 1–4 ÇFR Kluj1–20–2
Malmö 4–3 HJK Helsinki2–12–2
Ferençvaroş 5–1 Jalgiris2–03–1
Mura 1–3 Ludoqorets Razqrad0–01–3
1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Qeyri-çempionlar
Rapid Vyana 2–3 Sparta Praqa2–10–2
Seltik 2–3 Midtyulənd1–11–2 (ə.v)
PSV Eyndhoven 7–2 Qalatasaray5–12–1

Üçüncü təsnifat mərhələsi

Üçüncü təsnifat mərhələsinin püşkü 19 iyul 2021-ci ildə atıldı.[17] İlk matçlar 3 və 4 avqustda, ikinci matçlar isə 10 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə qrup mərhələsində iştirak etmək hüququnu əldə edəcəklər.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çempionlar
Dinamo Zaqreb 2–1 Legiya Varşava1–11–0
ÇFR Kluj 2–4 Yanq Boys1–11–3
Olimpiakos 3–3 (1–4 pen.) Ludoqorets Razqrad1–12–2 (ə.v)
Srvena Zvezda 1–2 Şerif Tiraspol1–10–1
Malmö 4–2 Reyncers2–12–1
Ferençvaroş 2–1 Slaviya Praqa2–00–1
1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Qeyri-çempionlar
PSV Eyndhoven 4–0 Midtyulənd3–01–0
Spartak Moskva 0–4 Benfika0–20–2
Genk 2–4 Şaxtyor Donetsk1–21–2
Sparta Praqa 1–5 Monako0–21–3

Play-off turu

Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələdən etibarən artıq turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə olunur.

Play-off turunun püşkü 2 avqust 2021-ci ildə atıldı.[18] İlk matçlar 17-18, ikinci matçlar isə 24-25 avqustda oynanacaq. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın qrup mərhələsində iştirak hüququ əldə edəcəklər.

Klubların sinifləndirilməsi

ÇempionlarQeyri-çempionlar
SəpələnmişlərSəpələnməmişlərSəpələnmişlərSəpələnməmişlər

Oyunlar

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çempionlar
Red Bull Salzburq 4–2 Brondbü2–12–1
Yanq Boys 6–4 Ferençvaroş3–23–2
Malmö 3–2 Ludoqorets Razqrad2–01–2
Şerif Tiraspol 3–0 Dinamo Zaqreb3–00–0
1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Qeyri-çempinonlar
Monako 2–3 Şaxtyor Donetsk0–12–2 (ə.v)
Benfika 2–1 PSV Eyndhoven2–10–0

Qrup mərhələsi

2021–22 UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən komandaların xəritədə yerləri
Qəhvəyi: A qrupu; Qırmızı: B qrupu; Narıncı: C qrupu; Sarı: D qrupu;
Yaşıl: E qrupu; Mavi: F qrupu; Bənövşəyi: G qrupu; Çəhrayı: H qrupu.

Qrup mərhələsinin püşkü 26 avqust 2021-ci ildə, İstanbulda atıldı. (Digər iki UEFA klub turnirinin də püşkatma mərasimi İstanbulda keçiriləcək) Püşkə əsasən 32 klub hərəsində dördü olmaqla səkkiz qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi və Rusiya və Ukrayna komandalarının bir düşməməsi şərti ilə) Püşkatma üçün klublar aşağıdakı kriteriyalara əsasən dörd səbətdə olurlar:

  • 1-ci səbətdə ötən mövsümün Çempionlar Liqası, Avropa Liqası qalibləri və 2020-ci ilin Ölkə Reytinqinə əsasən ilk 6 federasiyanın çempionları iştirak edir. (Əgər ötən mövsümün Çempionlar Liqası və yaxud Avropa Liqası qalibi həm də öz liqasında çempion olubsa, o zaman bu torbada 7-ci sırada olan federasiyanın da çempionu iştirak edir.)
  • 2, 3 və 4-cü səbətlərdə klublar 2021-ci il UEFA Klub Reytinqinə görə düzülürlər.

Hər qrupda komandalar dairəvi sistem üzrə bir-biriləriylə həm evdə həm də səfərdə matçlar keçirirlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Qrupunu üçüncü yerdə başa vuran klublar isə Avroliqanın 1-ci 1/8 Final mərhələsində oynama hüququ qazanır.

Çempionlar Liqasına qatılan komandalar avtomatik olaraq UEFA Gənclər Liqasına da qatılır.

Matçlar 2021-ci ilin 14–15 sentyabr, 28–29 sentyabr, 19–20 oktyabr, 2–3 noyabr, 23–24 noyabr və 7–8 dekabr tarixlərində oynanacaq.

26 klub mübarizəyə elə bu mərhələdən başlayır. "Şerif Tiraspol" ilk dəfədir ki, bu mötəbər turnirin qrup mərhələsində iştirak edir. Bununla yanaşı, ilk dəfədir ki, bir Moldova klubu Çempionlar Liqasının qrup mərhələsində iştirak şansı əldə edir.

Səbətlər

1. səbət
SıraKomandaReytinq xalı
ÇL-Ç Çelsi98,000
AL-Ç Vilyareal63,000
1 Atletiko Madrid115,000
2 Mançester Siti125,000
3 Bayern Münhen134,000
4 İnter53,000
5 Lill14,000
6 Sportinq Lissabon45,500
2. səbət
KomandaReytinq xalı
Real Madrid127,000
Barselona122,000
Yuventus120,000
Paris Seyn-Jermen113,000
Mançester Yunayted112,000
Liverpul101,000
Sevilya98,000
Borussiya Dortmund90,000
3. səbət
KomandaReytinq xalı
Porto87,000
Ayaks82,500
Şaxtyor Donetsk79,000
RB Leypsiq66,000
Red Bull Salzburq59,000
Benfika58,000
Atalanta50,500
Zenit50,000
4. səbət
KomandaReytinq xalı
Beşiktaş49,000
Dinamo Kiyev47,000
Brügge35,500
Yanq Boys35,000
Milan31,000
Malmö18,500
Volfsburq14,714
Şerif Tiraspol14,500

Qruplar

Rəng
UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksələnlər
2021–22 UEFA Avropa Liqasında 1-ci 1/8 Finalda mübarizələrini davam etdirənlər
Mübarizəni dayandıranlar

A qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Mançester Siti64021810+812
2 Paris Seyn-Jermen6321138+511
3 RB Leypsiq62131514+17
4 Brügge6114620–144
  MS PSJ LEY BRÜ
MS 2–16–34–1
PSJ2–0 3–24–1
LEY2–12–2 1–2
BRÜ1–51–10–5 

B qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Liverpul6600176+1118
2 Atletiko Madrid621378–17
3 Porto6123411–75
4 Milan611469–34
  ATM LİV POR MİL
ATM 2–30–00–1
LİV2–0 2–03–2
POR1–31–5 1–0
MİL1–21–21–1 

C qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Ayaks6600205+1518
2 Sportinq Lissabon63031412+291
3 Borussiya Dortmund63031011–192
4 Beşiktaş6006319–160
  SPO BOR AYA BEŞ
SPO 3–11–54–0
BOR1–0 1–35–0
AYA4–24–0 2–0
BEŞ1–41–21–2 

Qeydlər:

1, 2^ Qarşı-qarşıya matçlarda topların fərqi: Sportinq Lissabon +1, Borussiya Dortmund –1.

D qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Real Madrid6501143+1115
2 İnter631285+310
3 Şerif Tiraspol6213711–47
4 Şaxtyor Donetsk6024212–102
  İNT RM ŞAX ŞER
İNT 0–12–03–1
RM2–0 2–11–2
ŞAX0–00–5 1–1
ŞER1–30–32–0 

E qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Bayern Münhen6600223+1918
2 Benfika622279–28
3 Barselona621329–77
4 Dinamo Kiyev6015111–101
  BAY BAR BEN DKV
BAY 3–05–25–0
BAR0–3 0–01–0
BEN0–43–0 2–0
DKV1–20–10–0 

F qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Mançester Yunayted6321118+311
2 Vilyareal6312129+310
3 Atalanta61321213–16
4 Yanq Boys6123712–55
  VİL MY ATA YB
VİL 0–22–22–0
MY2–1 3–21–1
ATA2–32–2 1–0
YB1–42–13–3 

G qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Lill632174+311
2 Red Bull Salzburq631286+210
3 Sevilya61325506
4 Volfsburq6123510–55
  LİL SEV SAL VOL
LİL 0–01–00–0
SEV1–2 1–12–0
SAL2–11–0 3–1
VOL1–31–12–1 

H qrupu

#KlubOQHMV.QB.Q±Xal
1 Yuventus6501106+415
2 Çelsi6411134+913
3 Zenit6123101005
4 Malmö6015114–131
  ÇEL YUV ZEN MAL
ÇEL 4–01–04–0
YUV1–0 4–21–0
ZEN3–30–1 4–0
MAL0–10–31–1 

Finala doğru gedilən mərhələlər

1/8 Final mərhələsindən etibarən komandalar iki matçlı klassifikasiya sistemi ilə mübarizə aparırlar.

Püşkün mexanizması aşağıdakı kimidir:

  • 1/8 Finalda qrupunu birinci bitirən səpələnmişlərlə qrupunu ikinci bitirən səpələnməmişlər bir-birləriylə cütləşir. Turun ikinci matçına səpələnmişlər ev sahibliyi edir. Eyni ölkədən komandalar bu mərhələdə qarşılaşa bilməz.
  • 1/4 Final mərhələsindən etibarən artıq klublar səpələnmiş və ya səpələnməmişlər olaraq bölünməyəcək, həm də eyni ölkədən komandalar artıq bir-biriləri ilə üzləşə bilər.

Klublar

Rəng
Səpələnmiş klublar
Səpələnməmiş klublar
GrupQrup birincisiQrup ikincisi
A Mançester Siti Paris Seyn-Jermen
B Liverpul Atletiko Madrid
C Ayaks Sportinq Lissabon
D Real Madrid İnter
E Bayern Münhen Benfika
F Mançester Yunayted Vilyareal
G Lill Red Bull Salzburq
H Yuventus Çelsi

Cütlüklər

 
1/8 Final1/4 FinalYarı FinalFinal
 
                      
 
 
 
 
Benfika213
 
 
 
Ayaks202
 
Benfika134
 
 
 
Liverpul336
 
İnter011
 
 
 
Liverpul202
 
Vilyareal022
 
 
 
Liverpul235
 
Vilyareal134
 
 
 
Yuventus101
 
Vilyareal112
 
 
 
Bayern Münhen011
 
Red Bull Salzburq112
 
28 may – Sen-Deni
 
Bayern Münhen178
 
Liverpul0
 
 
 
Real Madrid1
 
Sportinq Lissabon000
 
 
 
Mançester Siti505
 
Mançester Siti101
 
 
 
Atletiko Madrid000
 
Atletiko Madrid112
 
 
 
Mançester Yunayted101
 
Mançester Siti415
 
 
 
Real Madrid (ə.v)336
 
Çelsi224
 
 
 
Lill011
 
Çelsi134
 
 
 
Real Madrid (ə.v)325
 
Paris Seyn-Jermen112
 
 
Real Madrid033
 

1/8 Final

1/8 Final mərhələsinin püşkatma mərasimi 13 dekabr 2021-ci ildə atıldı. Mərasim bitdikdən sonra püşkatma zamanı bəzi texniki səhvliklərin olduğu üzə çıxdı. Belə ki, "Vilyareal"ın potensial rəqibləri arasında "Mançester Yunayted"in də adı daxil edilibmiş. (əslində bu baş verməməli idi, çünki iki komanda da eyni qrupdan çıxmışdılar)[19] Buna görə, mərasim bitdikdən təxminən 2 saat sonra yenidən püşklər atıldı.[20]

İlk matçlar 15, 16, 22 və 23 fevral, ikinci matçlar isə 8, 9, 15 və 16 mart 2022-ci il tarixlərində oynandı.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Red Bull Salzburq 2–8 Bayern Münhen1–11–7
Sportinq Lissabon 0–5 Mançester Siti0–50–0
Benfika 3–2 Ayaks2–21–0
Çelsi 4–1 Lill2–02–1
Atletiko Madrid 2–1 Mançester Yunayted1–11–0
Vilyareal 4–1 Yuventus1–13–0
İnter 1–2 Liverpul0–21–0
Paris Seyn-Jermen 2–3 Real Madrid1–01–3

1/4 Final

1/4 Final mərhələsinin püşkü 18 mart 2022-ci ildə atıldı.[21] İlk matçlar 5 və 6 aprel, ikinci matçlar isə 12 və 13 apreldə oynandı.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Çelsi 4–5 Real Madrid1–33–2
Mançester Siti 1–0 Atletiko Madrid1–00–0
Vilyareal 2–1 Bayern Münhen1–01–1
Benfika 4–6 Liverpul1–33–3

Yarı Final

Yarı finalın müqəddəratı da öncəki mərhələdə olduğu kimi 18 mart 2022-ci ildə müəyyənləşdi.[21] İlk matçlar 26-27 aprel, ikinci matçlar isə 3 və 4 mayda oynandı.

1. komandaÜmumi nəticə2. komanda1. matç2. matç
Mançester Siti 5–6 Real Madrid4–31–3 (ə.v)
Liverpul 5–2 Vilyareal2–03–2

Final

Əsas məqalə: 2022 UEFA Çempionlar Liqası finalı
28 may 2022
23:36[note 1] (Azərbaycan saatı ilə)
Liverpul 0–1
Hesabat
Real Madrid
QollarVinisius  59'
Stad de Frans, Paris
Tamaşaçı: 75000[22]
Hakim: Klement Tyurpen (Fransa)

Qeydlər

Həmçinin bax

İstinadlar