VIAF

VIAF (ing. Virtual International Authority File) beynəlxalq səlahiyyət faylıdır. Bu, bir neçə milli kitabxananın birgə layihəsidir və Onlayn Kompüter Kitabxana Mərkəzi (OCLC) tərəfindən idarə olunur.[1]

Tarix

1990-cı illərin sonlarında ümumi beynəlxalq səlahiyyətə malik olmaq haqqında müzakirələr başladı. Unikal ümumi səlahiyyət faylı yaratmaq üçün bir sıra uğursuz cəhdlərdən sonra yeni ideya mövcud milli orqanları əlaqələndirmək idi. Bu, prosesdə böyük vaxt və xərc tələb etmədən ümumi bir faylın bütün üstünlüklərini təqdim edəcəkdir.[2]

VIAF konsepsiyası 2003-cü ildə Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının ev sahibliyi etdiyi Dünya Kitabxana və İnformasiya Konqresində təqdim edilmişdir.[3] Layihə ABŞ Konqres Kitabxanası (LC), Almaniya Milli Kitabxanası (DNB) və OCLC tərəfindən 6 avqust 2003-cü ildə başlamışdır. Fransa Milli Kitabxanası (BnF) layihəyə 5 oktyabr 2007-ci ildə qoşulmuşdur.

VIAF klasterləri

VIAF-ın klasterləşdirmə alqoritmi hər ay işlədilir. İştirakçı kitabxanalardan daha çox məlumat əlavə olunduqca, səlahiyyətli qeydlər qrupları birləşə və ya bölünə bilər ki, bu da müəyyən səlahiyyətli qeydlərin VIAF identifikatorunda müəyyən dəyişkənliyə səbəb ola bilər.[4]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər