1 oktyabr : Qavqamel döyüşü ; İkinci Çeçenistan müharibəsi .
Mixail Qorbaçov e.ə. 331 — Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub etdi.1795 — Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirildi.1827 — General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını ələ keçirdilər.1880 — Tomas Edison ilk elektrik lampası fabrikini açdı.1908 — Henri Ford avtomobilqayırma sənayesinin ən çox satılan modellərindən olan T modelinin istehsalına başladı.1971 — Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" fəaliyyətə başladı.1988 — SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu oldu.1999 — Rus ordusunun Çeçenistan ərazisinə daxil olması ilə İkinci Çeçenistan müharibəsi başladı. Digər günlər: 30 sentyabr – 1 oktyabr – 2 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
2 oktyabr : Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi; Qvineyada müstəqillik günü.
Avropa Birliyinin bayrağı 1187 — Misir hökmdarı Səlahəddin Qüdsü səlibçilərdən azad etmişdir.1552 — İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.1870 — Roma vahid İtaliyanın paytaxtı olmuşdur.1936 — ABŞ -da yenidən spirtli içki istehsalına icazə verilmişdir.1936 — SSRİ -də maksimum həbs müddəti 10 ildən 25 ilə qaldırılmışdır.1975 — ABŞ Türkiyəyə qoyduğu silah embarqosunu yumşaltmışdır.1992 — Xocavənd rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.1997 — Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi imzalanmışdır. Digər günlər: 1 oktyabr – 2 oktyabr – 3 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
3 oktyabr : Yuqoslaviya dövlətinin yaranması; Tu-154 təyyarəsinin ilk uçuşu.
Tu-154 təyyarəsi 1814 — Mixail Lermontov anadan olmuşdur.1906 — ümumi SOS siqnalı qəbul edilmişdir.1929 — Yuqoslaviya dövləti yaradılmışdır.1932 — İraq müstəqilliyini elan etmişdir.1946 — BMT -nin Əhali Komissiyası İqtisadi və Sosial Şurası (ECOSOC) təsis edilmişdir.1949 — Almaniya Demokratik Respublikası yaradılmışdır.1968 — Tu-154 təyyarəsinin ilk uçuşu həyata keçirilmişdir.1990 — Avropada adi silahların azaldılmasına dair SSRİ -ABŞ sazişi imzalanmışdır. Digər günlər: 2 oktyabr – 3 oktyabr – 4 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
4 oktyabr : Meksika Respublikasının yaranması; Belçikanın müstəqillik qazanması.
Ay 1675 — Holland fizik Hügens cib saatına patent almışdır.1824 — Meksika Respublikası elan edilmişdir.1830 — Belçika müstəqillik əldə etmişdir.1895 — Rixard Zorge anadan olmuşdur.1911 — Dünyada ilk eskalator Londonda quraşdırılmışdır.1959 — Sovet kosmik aparatı Ayın görünməyən hissəsinin şəklini çəkmişdir.1980 — 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşunlarının çıxarılması üçün BMT -yə müraciət etmişdir. Digər günlər: 3 oktyabr – 4 oktyabr – 5 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
5 oktyabr : Kosta-Rikanın kəşf olunması; The Beatles qrupunun ilk albomu.
Bitlz qrupu 1502 — Xristofor Kolumb Kosta-Rikanı kəşf etmişdir.1864 — Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoymuşdur.1910 — Portuqaliyada respublika idarə sistemi bərqərar olmuşdur.1936 — İspaniyada vətəndaş muharibəsi başlamışdır.1936 — Aşqabad şəhərində baş vermiş zəlzələ nəticəsində 110 min insan həyatını itirdi.1962 — The Beatles qrupunun ilk albomu olan "Love me do" satışa çıxarılmışdır.1989 — Dalay Lama Nobel Sülh Mükafatı almışdır. Digər günlər: 4 oktyabr – 5 oktyabr – 6 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
6 oktyabr : SSRİ-də atom silahı; Ərəb-İsrail müharibəsinin başlanması.
Tur Heyerdal 1683 — ABŞ -a köç edən ilk alman mühacirlər Filadelfiya şəhərində məskunlaşmışlar.1908 — Krit adası Osmanlı İmperiyasından ayrılaraq Yunanıstana birləşdiyini elan etmişdir.1914 — Norveç səyyahı Tur Heyerdal anadan olmuşdur.1927 — Uorner qardaşları Nyu-Yorkda ilk səsli filmin təqdimatını keçirmişlər.1948 — Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağılmış, təxminən 150 min insan həlak olmuşdur.1951 — Stalin SSRİ -nin atom silahına malik olduğunu bəyan etmişdir.1973 — Ərəb-İsrail müharibəsi başlamışdır. Digər günlər: 5 oktyabr – 6 oktyabr – 7 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
7 oktyabr : ABŞ-da ilk dəmir yolu xətti; Tereza Ana xeyriyyə fondunun yaranması.
Arnold Şvartsenegger 1768 — Ceyms Kuk Yeni Zelandiya adalarını kəşf etmişdir.1806 — Karbon kağızı kəşf edilmişdir.1826 — ABŞ-da ilk dəmir yolu xətti istifadəyə verilmişdir.1950 — Tereza Ana xeyriyyə fondu yaradılmışdır.1970 — Riçard Nikson Vyetnam müharibəsinə son qoyacaq beş maddəlik sülh şərtlərini açıqlamışdır.1992 — Azərbaycan Ali Soveti MDB -yə daxil olmağın əleyhinə səs vermişdir.2001 — ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlamışdır.2003 — Kinoaktyor Arnold Şvartsenegger Kaliforniyanın qubernatoru seçilmişdir. Digər günlər: 6 oktyabr – 7 oktyabr – 8 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
8 oktyabr : ABŞ-da ilk qadın həbsxanası; İngiltərədə ilk alkotester.
1601 — Azərbaycan şairi Saib Təbrizi anadan olmuşdur.1873 — ABŞ -da ilk qadın həbsxanası açılmışdır.1906 — Lev Tolstoy Nobel Ədəbiyyat Mükafatından imtina etmişdir.1912 — Osmanlı İmperiyası və Balkan dövlətləri arasında Balkan Müharibəsi başlamışdır. 1962 — Əlcəzair BMT -yə üzv olmuşdur.1967 — İngiltərədə ilk dəfə alkotester yaradılmışdır.2001 — Duman nəticəsində Milan aeroportunda 2 təyyarə toqquşmuş, 118 nəfər həlak olmuşdur. Digər günlər: 7 oktyabr – 8 oktyabr – 9 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
9 oktyabr : Beynəlxalq Poçt İttifaqının yaranması; Şimali Koreyanın ilk nüvə sınağı.
Google-un loqosu 1547 — İspaniya yazıçısı Migel de Servantes Saavedra anadan olmuşdur.1874 — Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.1876 — Aleksandr Bell ilk telefonu sınaqdan çıxarmışdır.1941 — Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.1967 — Kuba inqilabçısı Ernesto Çe Gevara qətlə yetirilmişdir.2006 — Şimali Koreya nüvə sınağı həyata keçirmişdir.2006 — Google şirkəti YouTube -u almaq üçün 1,65 milyard dollar ödədiyini bəyan etmişdir. Digər günlər: 8 oktyabr – 9 oktyabr – 10 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
10 oktyabr : Qilyotinin maketi; ABŞ-da ilk yuyucu toz.
Edit Piaf 1470 — Osmanlı sultanı Yavuz Sultan Səlim anadan olmuşdur.1789 — Jozef Gilyoten gilyotinin maketini dövlətə təqdim etmişdir.1913 — Panama kanalı açılmışdır.1933 — ABŞ -da ilk dəfə yuyucu toz satışa çıxarılmışdır.1963 — Fransa müğənnisi Edit Piaf vəfat etmişdir.1967 — Kosmik fəzadan istifadə haqqında saziş imzalanmışdır.1997 — Dario Fo Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür. Digər günlər: 9 oktyabr – 10 oktyabr – 11 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
11 oktyabr : Tomas Edison səsləri avtomatik sayan maşına patent almışdır (1887 ), Qədim Romada Meditrinaliya — yeni üzüm məhsulunun yığımı bayramı.
Tomas Edison 1783 — Rusiya Elmlər Akademiyası təsis edildi. 1931 — SSRİ -də fərdi ticarət tam ləğv edildi.1961 — Semipalatinsk poliqonunda dünyada ilk dəfə yeraltı nüvə sınağı keçirildi.1974 — Yuqoslaviyada etnik təmizləmənin yeni mərhələsi başladı.1992 — Eduard Şevardnadze Gürcüstan parlamentinin rəhbəri seçildi.1997 — Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu.1999 — Azərbaycan-Ermənistan sərhəddinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirildi.2007 — Tiflisdə Cənubi Qafqaz jurnalistlərinin 4-cü toplantısı keçirildi.Digər günlər: 10 oktyabr – 11 oktyabr – 12 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
12 oktyabr : Kolumbun Amerikanı kəşf etməsi (1492 ), XIX Yay Olimpiya Oyunlarının açılışı (1968 )
1552 — İvan Qroznı Kazan xanlığını ələ keçirdi.1813 — Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalandı və Azərbaycanda rus işğalının birinci mərhələsi başa çatdı.1929 — Beynəlxalq aviasiya daşımalarını tənzimləyən Varşava sazişi imzalandı.1931 — Rio-de-Janeyronun rəmzi sayılan "Xilaskar İsa" heykəlinin açılışı oldu.1968 — Meksikada XIX Yay Olimpiya Oyunları başladı.1997 — Azərbaycanda "Space" televiziya kanalı yayıma başladı.2006 — Türk yazıçısı Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatına layiq görüldü. Digər günlər: 11 oktyabr – 12 oktyabr – 13 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
13 oktyabr : Qalatasaray idman klubunun yaranması günü, Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü.
"Qalatasaray"ın loqosu 54 — Neron Roma imperatoru olmuşdur.1792 — ABŞ -da Ağ Ev binasının təməli qoyulmuşdur.1827 — Rus-İran müharibəsi: rus qoşunları Təbrizi ələ keçirmişdir.1880 — Bakı -Sabunçu -Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulmuşdur.1905 — Türkiyənin Qalatasaray idman klubu yaradılmışdır. 1921 — ZSFSR ilə Türkiyə arasında Qars müqaviləsi imzalanmışdır.1923 — Türkiyə Böyük Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul etmişdir. Digər günlər: 12 oktyabr – 13 oktyabr – 14 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
14 oktyabr : BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi (1993 )
Martin Lüter Kinq və Prezident Lindon Conson 1743 — Şirvanda üsyan: Üsyançılar Ağsu şəhərini ələ keçirdilər.1924 — Tacikistan SSR yaradıldı.1926 — Londonda Vinni-Pux haqda ilk hekayə çapdan çıxdı.1964 — Leonid Brejnev Sov.İKP MK-nın Birinci Katibi seçilməklə Sovet İttifaqının rəhbəri oldu.1964 — Martin Lüter Kinq Nobel Sülh Mükafatına layiq görüldü.1994 — Yasir Ərəfat , Şimon Peres və İshak Rabinə Nobel Sülh Mükafatı verildi.2006 — Dağlıq Qarabağın Azərbaycan icması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi.2009 — Bursada Türkiyə və Ermənistan milli komandaları arasında futbol matçı keçirildi. Digər günlər: 13 oktyabr – 14 oktyabr – 15 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
15 oktyabr :
Monqolfye qardaşlarının hava şarı 1582 — İspaniya, Portuqaliya, Reç Pospolita və bəzi italyan dövlətləri Yulian təqvimindən imtina edərək Qriqorian təqviminə keçdilər.1783 — Jak-Etyen Monqolfye hava şarında uğurlu uçuş həyata keçirən ilk insan oldu.1806 — Bakı xanlığı Rusiyanın tabeliyinə keçdi.1894 — Fransa ordusunun zabiti Alfred Dreyfus Almaniyanın xeyrinə casusluqda ittiham edilərək həbs edildi.1993 — Cənubi Afrika Respublikasının Prezidenti Frederik De Klerk və Afrika Milli Konqresinin sədri Nelson Mandela Nobel Sülh Mükafatı ilə təltif edildilər. 2003 — Çin özünün ilk idarəolunan kosmik raketini - Şenzou 5 kosmik raketini kosmosa buraxdı.2008 — İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Digər günlər: 14 oktyabr – 15 oktyabr – 16 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
16 oktyabr :
II İoann Pavel 1806 — Rusiya və Osmanlı arasında yeni müharibə başladı.1830 — Rusiya işğalına qarşı 21 iyunda başlayan Zaqatala üsyanı yatırıldı.1946 — Nürnberq prosesində barəsində ölüm hökmü çıxarılan hərbi canilər edam edildilər.1951 — İ.Stalin adına Respublika stadionu istifadəyə verildi.1959 — SSRİ -də ilk dəfə olaraq Moskvada yeraltı piyada keçidləri açıldı.1978 — Tarixdə ilk slavyan və 1523-cü ildən bəri romalı olmayan ilk şəxs Roma papası seçildi.2004 — Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi. Digər günlər: 15 oktyabr – 16 oktyabr – 17 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
17 oktyabr :
1346 — İngiltərə və Şotlandiya arasında baş verən Nevils-Kross döyüşü nəticəsində Şotlandiya ordusu darmadağın edildi, Şotlandiya kralı II David əsir düşdü.1612 — Səfəvilər dövləti və Osmanlı İmperiyası arasında Sərab sülhü imzalanmışdır. 1855 — İngilis Henri Bessemer polad istehsalı prosesini patentləşdirdi.1902 — Detroytda "Cadillac" markalı ilk avtomobil istehsal edilmişdir.1905 — Rus çarı II Nikolay Dövlət Dumasına qanunverici hakimiyyətin və liberal azadlığın verilməsi haqqında manifest imzaladı.1961 — Sov.İKP -nin XXII qurultayı keçirildi. Qurultayda ölkədə kommunizmi 20 il müddətinə qurmaq qərara alındı.2007 — Türkiyə parlamenti hökumətə Şimali İraqda antiterror əməliyyatları keçirməyə icazə verdi. Digər günlər: 16 oktyabr – 17 oktyabr – 18 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
18 oktyabr :
1867 — Amerika Birləşmiş Ştatları Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın aldı.1892 — Çikaqo və Nyu-York arasında ilk uzunməsafəli telefon xətti quruldu.1912 — İtaliya-Türkiyə müharibəsinə son qoyan Lozanna sazişi imzalandı.1967 — SSRİ-yə məxsus "Venera-4" avtomatik planetlərarası elmi-tədqiqat kosmik stansiyası Veneranın səthinə endi.1991 — Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi.1991 — SSRİ Ali Sovetinin son iclası keçirildi.2007 — Mühacirətdən qayıdan Pakistanın keçmiş baş naziri Bənazir Bhuttoya qarşı həyata keçirilən partlayış 140 nəfərin həlak olması, 400 nəfərin yaralanması ilə nəticələndi. Bhutto özü hadisədən salamat qurtardı.Digər günlər: 17 oktyabr – 18 oktyabr – 19 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
19 oktyabr :
Pan Gi Mun 1781 — İngilislərin Corc Vaşinqtona təslim olmaları ilə ABŞ İstiqlal müharibəsi başa çatdı.1812 — Napoleon Moskvanı tərk etdi.1867 — Çar Rusiyası 6 milyon dollara Alyaskanı ABŞ -a satdı.1872 — Avstraliyanın Yeni Cənubi Uels ştatında dünyanın ən böyük qızıl külçəsi (215 kq) tapıldı.1934 — Anadolu və Trakyada yaşayan yunanların Yunanıstanda yaşayan müsəlman-türk əhali ilə mübadilə edilməsi üçün yaradılmış Türkiyə -Yunanıstan birgə Komissiyası öz fəaliyyətini başa çatdırdı.1951 — Böyük Britaniya ordusu Süveyş kanalını ələ keçirdi.2004 — Moskvada ikinci ümumrusiya azərbaycanlıları konqresi keçirildi.2006 — Pan Gi Mun BMT -nin baş katibi seçildi. Digər günlər: 18 oktyabr – 19 oktyabr – 20 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
20 oktyabr :
Latın qrafikasının yayılma xəritəsi (yaşıl rənglə) 1911 — Amundsenin ekspedisiyası Şimal qütbünə yola düşdü.1923 — Azərbaycan SSR rəsmi olaraq Latın qrafikalı əlifbaya keçdi.1945 — Fransada qadınlar seçki hüququ əldə etdilər.1980 — Yunanıstan yenidən NATO -ya qəbul olundu.1982 — Türkiyədə prezident Kənan Evrənin konstitusiya ilə bağlı çıxışlarını tənqid etmək qadağan edildi.1997 — "Microsoft" şirkəti antiinhisar qanununu pozduğu üçün cərimələndi.2008 — Türkiyədə "Ergenekon" məsələsi çərçivəsində ilk məhkəmə prosesi Silivridə keçirildi. Digər günlər: 19 oktyabr – 20 oktyabr – 21 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
21 oktyabr :
1520 — portuqaliyalı səyyah və tədqiqatçı Fernan Magellan Cənubi Amerikanı Antarktidadan ayıran və sonradan onun adı ilə adlandırılan boğazı kəşf etdi.1879 — Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxardı.1915 — İlk transatlantik telefon rabitəsi Virciniya və Paris arasında quruldu.1935 — Almaniya Millətlər Cəmiyyətindən rəsmən ayrıldı.1938 — Yaponiya Çinin Kanton şəhərini işğal etdi.1945 — Fransada qadınlar ilk dəfə səsvermə hüququ əldə etdilər.1950 — Çin Tibeti işğal etdi.1971 — Pablo Neruda Nobel Ədəbiyyat Mükafatını aldı.1999 — Çeçenistanın paytaxtı Qroznıda bazarda raket partlayışı nəticəsində 110 nəfər öldü, 400 nəfər yaralandı. Digər günlər: 20 oktyabr – 21 oktyabr – 22 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
2020 — Tural Rəhimov (leytenant) İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur.E.ə. 202 — Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olmuşdur. 362 — Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olmuşdur. 1600 — Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir.1746 — "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti ) qurulmuşdur. 1962 — Amerika Birləşmiş Ştatları Prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlıqları olduğunu açıqlamışdır və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir.1964 — Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır.1980 — Roma papası Qalileo Qaliley haqqında 1633 -cü ildə çıxarılmış hökmü ləğv etmişdir.1983 — Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir. Digər günlər: 21 oktyabr – 22 oktyabr – 23 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
23 oktyabr :
Asuan bəndinin kosmosdan görünüşü 732 — Puatye döyüşündə ərəblər məğlub oldular.1714 — Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə Fransa kralı XIV Lüdovik tərəfindən qəbul edildi.1954 — Qərbi Almaniya NATO -ya qəbul edildi.1956 — Macarıstanı antisovet üsyanı bürüdü.1958 — SSRİ "Hidroproyekt" institutu tərəfindən hazırlanmış layihə əsasında Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı.1996 — Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia etdi.2000 — Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar etdilər. Digər günlər: 22 oktyabr – 23 oktyabr – 24 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
24 oktyabr : BMT Beynəlxalq BMT günü.
Birləşmiş Millətlər Təşkilatının təsis edilməsi 1648 — Katolik və protestant alman knyazlıqları arasında 30 il davam edən müharibə Vestfaliya sülhü ilə başa çatmışdır.1904 — Nyu-York metrosu açılmışdır.1919 — Naxçıvanda ABŞ general-qubernatorluğu təsis edilmişdir. 1945 — BMT Əsasnaməsi qüvvəyə mindi və BMT fəaliyyətə başladı.1956 — SSRİ Macarıstana qoşun yeritdi.1960 — Baykonur kosmodromunda partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak oldu. Bu səbəbdən ilk insanın kosmosa uçması təqribən 1 il gecikmişdir.1975 — Türkiyənin Fransadakı səfiri İsmayıl Ərəz erməni terrorçuları tərəfindən qətlə yetirildi1992 — ABŞ Konqresi "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi qəbul etmişdir.2003 — Səsdənsürətli sərnişin təyyarəsi — "Concorde " sonuncu transatlantik uçuşunu həyata keçirdi.2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir. Digər günlər: 23 oktyabr – 24 oktyabr – 25 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
25 oktyabr : Hepatit virusunun kəşfi, Çinin BMT -yə qəbul edilməsi.
Microsoft Windows XP loqosu 1913 — "Arşın mal alan " operettasının ilk tamaşası Tağıyev teatrında səhnələşdirildi.1962 — Karib böhranı : ABŞ -ın BMT -dəki səfiri Adlay Stivenson BMT iclasında Kubada yerləşmiş Sovet raketlərinin kosmosdan çəkilmiş şəkillərini nümayiş etdirdi.1971 — Çin BMT-yə qəbul edildi1984 — Hepatit virusu kəşf edildi.2001 — Microsoft Windows XP əməliyyat sistemi satışa çıxarıldı.2006 — ABŞ-da ilk Azərbaycan məktəbi açıldı.2007 — Airbus A380 ilk kommersiya uçuşunu həyata keçirdi. Digər günlər: 24 oktyabr – 25 oktyabr – 26 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
26 oktyabr :
1863 — Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradıldı.1905 — İsveç Norveçin müstəqilliyini tanıdı.1917 — Bakıda "İsmailiyyə" binasında Müsavat Partiyasının ilk qurultayı keçirildi.1956 — Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi təsis edildi.1962 — ABŞ -ın Türkiyədəki nüvə silahını çıxarması şərtilə Xruşşov Kubadakı sovet raketlərinin sökülməsinə razılaşdı və Karib böhranı sona çatdı.1967 — İran tarixində ilk dəfə şah Məhəmməd Rza Pəhləvinin xanımı üçün tacqoyma mərasimi keçirildi.1992 — Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı.1994 — İordaniya və İsrail 46 illik münaqişədən sonra sülh müqaviləsi imzaladılar. Digər günlər: 25 oktyabr – 26 oktyabr – 27 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
27 oktyabr :
Nobel mükafatı laureatına verilən medal 1806 — Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Berlini tutdu.1904 — Nyu-Yorkda ilk metro xətti istifadəyə verildi.1924 — SSRİ -nin tərkibində Özbəkistan SSR yaradıldı.1971 — Konqo Demokratik Respublikasının adı dəyişdirilərək Zair oldu.1978 — Misir prezidenti Ənvər Sadat və İsrail baş naziri Menaxem Begin Kemp-Devid razılaşmalarına görə Nobel Sülh Mükafatına layiq görüldülər.1982 — Çin rəsmi olaraq əhalisinin sayının 1 milyardı keçdiyini təsdiqlədi.2005 — Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açıldı.2008 — İsveçrədə ilk metro xətti istifadəyə verildi. Digər günlər: 26 oktyabr – 27 oktyabr – 28 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
28 oktyabr :
1492 — Xristofor Kolumb Kubanı kəşf etdi.1516 — Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub etdi. 1886 — Nyu-Yorkdakı Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirildi.1918 — Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil oldu.1940 — İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil oldu.1941 — SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələdilər. 1962 — Karib böhranı : Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan etdi.1984 — Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədilə açıq rəqabətə şərait yaradılacağını bəyan etdi.1998 — İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirildi.2008 — Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirildi. Digər günlər: 27 oktyabr – 28 oktyabr – 29 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
29 oktyabr :
1863 — Anri Dünan Qızıl Xaç təşkilatının əsasını qoydu.1922 — İtaliya kralı III Viktor Emmanuel Benito Mussolinini hökumət başçısı təyin etdi.1923 — Türkiyə Cümhuriyyəti elan edildi və Mustafa Kamal Atatürk onun ilk prezidenti seçildi.1929 — Nyu-York fond birjasının iflasa uğraması ilə ABŞ -da iqtisadi böhran başladı.1955 — Sevastopolda sovet "Novorossiysk" linkorunun batması nəticəsində 604 nəfər həlak oldu.1956 — Süveyş böhranı zamanı İsrail ordusu Misir sərhədini keçərək Sinay yarımadasını işğal etdi.1993 — Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edildi.1998 — Azərbaycan , Qazaxıstan , Türkiyə , Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzaladılar. Digər günlər: 28 oktyabr – 29 oktyabr – 30 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
30 oktyabr :
"Kosmos-186" və "Kosmos-188"-ə həsr olunmuş poçt markası 1914 — Birinci dünya müharibəsinin əsas döyüşlərindən olan İpr döyüşü başladı.1918 — Osmanlı dövləti ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Qafqazdakı türk qoşunları geri çəkilməli idi.1941 — İkinci dünya müharibəsi : ABŞ SSRİ -yə 1 milyard dollar dəyərində hərbi-texniki yardım ayırdı.1956 — Böyük Britaniya , Fransa və İsrail Misirdən Süveyş kanalını 12 saat ərzində tərk etməsini tələb etdilər.1961 — SSRİ Yeni Torpaq adasında tarixdə ən güclü hidrogen bombası sınağını keçirdi.1967 — İlk dəfə 2 kosmik gəmi ("Kosmos-186" və "Kosmos-188") açıq fəzada birləşdilər.1974 — Məhəmməd Əli boks üzrə dünya çempionu olub. Digər günlər: 29 oktyabr – 30 oktyabr – 31 oktyabr
bax – müzakirə – redaktə – tarixçə
31 oktyabr :
Hellouin - Bütün Müqəddəslər Günündən əvvəlki gecə.1517 — Martin Lüter Vittenberq kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq "cənnət qəbzləri"nə etirazını bildirdi.1876 — Hindistanda qasırğa 200 000 insanın həyatına son qoydu.1922 — Benito Mussolini İtaliyanın baş naziri seçildi.1952 — Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirdi.1956 — Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başladılar.1961 — Stalinin cənazəsi mavzoleydən çıxarılaraq dəfn edildi.1984 — İndira Qandi öz mühafizəçisi tərəfindən qətlə yetirildi.1989 — Turqut Özal Türkiyənin 8-ci prezidenti seçildi.1992 — Vatikan Qalileo Qalileyə bəraət verdi.2006 — Gəncə Beynəlxalq Hava Limanı əsaslı təmirdən sonra açıldı. Digər günlər: 30 oktyabr – 31 oktyabr – 1 noyabr
bax – müzakirə – redaktə – tarixçə