Ümümdünya QİÇS Günü

Ümümdünya QİÇS Günü (ing. World AIDS Day) - 1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gün.[1]Ümümdünya QİÇS Günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin xatirələrinin anılması günü kimi də qeyd olunur. BMT üzvü olan dövlətlər tərəfindən adətən QİÇS-in yoluxma yolları ilə bağlı kütləvi informasiya vasitələrindən məlumatlar verilir və tədbirlər təşkil olunur.

Ümümdünya QİÇS Günü
Qırmızı lent bütün dünya dövlətləri tərəfindən HİV müsbət olan şəxslərə dəstəyin ifadə olunması üçün istifadə olunur.
Qırmızı lent bütün dünya dövlətləri tərəfindən HİV müsbət olan şəxslərə dəstəyin ifadə olunması üçün istifadə olunur.
Qeyd olunmağa başlayıb1 dekabr 1987
Tarix1 dekabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümümdünya QİÇS Günü Ümumdünya Səhiyyə Təşkilatının tibb dünyası ilə bağlı təşkil etdiyi səkkiz beynəlxalq gündən biridir. 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən QİÇS probleminə diqqəti cəlb etmək üçün deklorasiya imzalanmışldır.[2] 2013-cü ilin məlumatına əsasən virusun ilk aşkarlandığı 1981-ci ildən 2012-ci ilə qədər Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən 36 milyon insan vəfat etmiş, 35.3 milyon insan isə HİV daşıyıcısı kimi həyatlarına davam etməkdədir.[3]

Son illər dünya səviyyəsində aparılan təbliğat kompaniyaları nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınmışdır. Yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi də virusun proflaktikasında yeni ümidlər yaratmaqdadır. Bütün bunlara baxmayaraq QİÇS hər il 2 milyondan çox insanın ölümündə əsas səbəb kimi olmaqda qalır və bu insanlardan 270 mindən çoxu uşaqlardır.[4]

Tarixi

Ümümdünya QİÇS Günü ilə bağlı çap olunmuş poçt markası. (Rusiya, 1993)

QİÇS-lə bağlı bir günün keçirilməsi ilə bağlı təklifi 1987-ci ilin avqust ayında Ceyms Bun və Tomas Netter vermişdir. Hər iki şəxs İsveçrənin Cenevrə şəhərində yerləşən Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları idi.[5][6] Bun və Netter ağıllarına gələn fikiri Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının beynəlxalq direktoru Doktor Man ilə bölüşdülər və Doktor Man tərəfindən fikir bəyənilərək qəbul edilməsi üçün daha geniş müzakirələrə çıxarıldı. Ümümdünya QİÇS Günü ilk dəfə 1988-ci ildə qeyd edililmişdir.[7]

San-Fransiskoda jurnalist kimi fəaliyyət göstərmiş Ceyms Bun Ümümdünya QİÇS Günü kimi 1 dekabr tarixinin qeyd edilməsini israr edirdi. Bun bildirirdi ki, 1 dekabr hər hansısa bir problemə diqqəti cəlb etmək üçün ən gözəl vaxtdır. Şimali Amerika üçün dekabr ayı ABŞ-da seçkilər ayı kimi məşhur olsada, ümumilikdə bütün dünyada milad bayramının yaxınlaşdığı ay kimi xatırlanır.[7] İlk iki ildə körpələr və gənc insanlar hədəf qrup kimi götürüldü və təşkil edilən tədbirlərdə daha çox əhalinin bu kəsimi barədə danışıldı.[8]

Foks qrup kimi uşaqların seçilməsi geniş tənqidlərə səbəb olsada, Qərbi Avropa və Şimali Amerika cəmiyyətlərində QİÇS-in təkcə əxlaqsız həyat tərzi keçirən insanlarda yox, eyni zamanda hər bir insanda ola biləcəyi fikrinin aşılanmasında köməklik etdi. 1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə fəaliyyətə başlayan Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı bu tarixdən etibarən 1 dekabr Ümümdünya QİÇS Günündə təşkil ediləcək beynəxlaq tədbir və konfransların koordinasiya işini öz üzərinə götürdü.[8]

Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı 1997-ci ildə verdiyi qərar ilə təqvimin tək bir gününə fokslanmağın yerinə, il boyu davam edəcək tədbirlərin və görüşlərin keçirilməsini qərarlaşdırıldı. Buna baxmayaraq 1 dekabr tarixi dünya səviyyəsində QİÇS probleminə diqqəti cəlb etmək üçün əsas gün olaraq öz yerini qorumuşdur.[9][10] Demək olar ki, hər il Roma Papası tərəfindən HİV müsbət olan şəxslərlə bağlı dəstək mesajları yayımlanır. Oxşar məzmunlu mesaj bir necə dəfə II İohann PavelXVI Benedikt tərəfindən yayımlanmışdır.[11][12][13][14][15][16]

Mövzular

Ümümdünya QİÇS Gününün mövzuları

Həmçinin bax

İstinadlar