Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası

Sovet-Rusiya xüsusi təhlükəsizlik orqanı

RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР)[1] və ya qısaca ÇKSSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır.[2][3] 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir.

Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası
Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi20 dekabr 1917
Ləğv edilib6 fevral 1922
SonrakıBirləşmiş Dövlət Siyasi İdarəsi
Baş qərargah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz".[4] Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi.[5]

"ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır.

Vəzifələri

Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur. O, Ümumrusiya Fövqəladə Komissiyası haqqında danışarkən onsuz "dünyada istismarçılar var olduqca zəhmətkeş xalqın hakimiyyəti mövcud ola bilməz..." demiş, onu "bizim saysız-hesabsız sui-qəsdlərə, sovet hakimiyyətinə sonsuz dərəcədə güclü olan insanların saysız-hesabsız cəhdlərinə qarşı bizim zərbə silahımız" adlandırırmışdır.[6]

27 yanvar 1921-ci ildən bu idarənin vəzifələrinə uşaqlar arasında evsizliyin və baxımsızlığın aradan qaldırılması daxildir.[7]

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər