Ağquyruq dəniz qartalı

Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) — Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]

Ağquyruq dəniz qartalı
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Fəsilə:
Yarımfəsilə:
Haliaeetinae
???:
Ağquyruq dəniz qartalı
Beynəlxalq elmi adı

Təsviri

Berkut qartal boyda iridir. Ümumi rəngi qonur, qarın tərəfi nisbətən açıqrənglidir. Quyruğu qısa və təmiz ağdır. Dimdiyi sarıdır.Yayılması: Avropada və Asiyada yayılıb. Azərbaycanın Xəzəryanı və Kür-Araz sahələrindəməskunlaşıb. Oturaq yaşayır, qışda biotopunu dəyişməklə kifayətlənir.Yaşayış yeri və həyat tərzi: Sahilyanı ərazilərdə hündür ağac və ya onun əvəzediciləriolan yerlərdə nəsil verir (dəniz, çay və göl sahili). Mart ayında nəsil verməyə başlayır. Hündür ağacda, bəzən qayada böyük (diametri 150-200, hündürlüyü 100-250 sm) yuva tikir.Eyni yuvadan uzun illər istifadə edir. Yuvasının divarında sərçə və sığırçın da özlərinə yuvatikirlər. Martın ortalarında 1-2 ağ yumurta verir, 40 günə qədər kürt yatır, balasını 75-80 günbəsləyib pərvaz edirlər. Pərvaz balası avqust ayında müşahidə edilir. Yem üçün yuvasından10–15 km uzağa uçub balasını təmin edir. Yemini sudan və yerdən götürür. Şikarını alçaqdauçmaqla axtarıb tapır və ya pusqusunda durmaqla ovlayır. Balıq, leş, quş, siçan, dovşan,körpə nutriya, tülkü, hətta it, pişik ovlayır.

Sayı

Azərbaycanda XIX əsrə qədər adi saylı növ, XX əsrdə isə azalıb nadir olub. 1970-ci illərdən sonra kritik vəziyyətə düşmə təhlükəsi yaranıb. 1990-cı illərdə 70 quş sayılıb.Lənkəran düzənliyində, Qızılağac Qoruğunda, Samur-Dəvəçi düzənliyində, Kürqırağı tuqaymeşələrinin aşağı hissələrində nəsil verməkdən məhrum olub. Son illərdə yüksək gərginliklielektrik xəttlərinin hündür metal dirəklərindən yuva yeri kimi istifadə edir. Belə cütləri Ələtyaxınlığında, Qobustanda, Mingəçevir ətrafında müşahidə edilib. Təbii landşaftda nəsilverməsi Nabran meşəsində, Alazanda və Arazboyu düzənlikdə qalıb. Beləliklə, Respublikada reproduktiv populyasiyası cəmi 7 cütdən ibarətdir

Azalma səbəbləri və qorunması

Uzun illər zərərli quş bilib, təqib olunması, sahilə yaxın ağaclarınqırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Respublikanın və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Hirkan, Şirvan və Ağgöl Milli Parklarında, Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında nəzarət altında saxlanılır. Bakı zooparkındanümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bonn və Bern konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Qorunan sahələrdən kənarda yuvasahələrinə təbiət abidəsi statusunun verilməsi, əsas yem bazasının nəzarət altında saxlanılması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması.

Mənbə

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 136səh, Ağquyruq sahil qartalı. (2013)

İstinadlar

Xarici keçidlər

Həmçinin bax