B12 vitamini

Sianokobolamin B12 vitamini olaraq da bilinir. Xüsusən heyvan hüceyrələrində mövcud olur. Bir qrup alim tərəfindən tərəvəzlərdə də B12 vitamininin mövcudluğu fikri irəli sürülsə də bu hazırda diskussiya mövzusudur və hələlik öz təsdiqini tapmamışdır. Bu səbəbdən vegeterianlar tərəfindən müəyyən kapsullar halında qəbul edilir.

kimyəvi strukturu

B12 vitamini eksikliği

Laboratoriya diaqnostikası

B12 vitamini çatışmazlığı üçün qızıl standart test olmadığı üçün şübhəli diaqnozu təsdiqləmək üçün bir neçə müxtəlif laboratoriya testləri aparılır.

B12 vitamin serumu dəyəri olduqca əlverişsizdir, çünki o, gec dəyişir, eyni zamanda nisbətən həssas və qeyri-spesifikdir.[1]

Sidikdə və ya qan plazmasındakı metilmalon turşusu B12 vitamini ehtiyatları tükəndikdə artan funksional B12 vitamini bəlirləyicisi hesab olunur.[1] Bununla belə, metilmalon turşusunun yüksək səviyyələri də tez-tez nəzərdən qaçırılan[2] metabolik pozğunluğu, kombinə olunmuş malonil və metilmalonil asiduriyanı (CMAMMA) göstərə bilər.[3] 

B12 vitamini çatışmazlığının ən erkən göstəricisi B12 vitamini və onun nəqliyyat proteininin kompleksi olan holotranskobalamin (holoTC) səviyyəsinin aşağı olmasıdır.[1]

B12 vitamininin mənbəyi olan qidalar

B12 vitamini orqanizmin onu istehsal edə bilmədiyi üçün qidadan alınmalı olan vacib bir elementdir.

O, qanyaranma prosesi və DNT-nin formalaşması, sinir sisteminin normal fəaliyyəti üçün lazımdır.

B12 çatışmazlığı nəticəsində erkən yorğunluq və nevroloji pozğunluqlar problemi yaranır: Yaddaş və düşüncə pisləşir, depressiv vəziyyətlər və əsəbilik yaranır, yuxu pozğunluğu inkişaf edir. Dəmir çatışmazlığı kimi, B12 çatışmazlığı da anemiyanın inkişafına kömək edir.

Həkimlər B12 vitamininin təbii olaraq heyvan mənşəli məhsullarda olduğunu xatırladırlar.

Balıq və dəniz məhsulları B12 vitamininin əla mənbəyidir. Bu məhsullar (30 q qızılbalıq, alabalıq, ton balığı, 1 stəkan sardina və ya 20 kiçik midye) orqanizmin gündəlik B12 ehtiyacının 100%-dən çoxunu təmin edir.

100 qram mal əti də təxminən eyni effekti verir. Yağsız ətdə vitamin konsentrasiyası daha yüksəkdir.

Qaraciyər və böyrəklər kimi orqan ətləri də B12 vitamininin son dərəcə zəngin mənbəyidir.

Bir stəkan süd gündəlik B12 dəyərinin 46%-ni, bir dilim İsveçrə pendiri isə 28%-ni təmin edir.

Həmçinin, iki böyük yumurta B12 vitamininin gündəlik dəyərinin təxminən 46%-ni ehtiva edir. Həkimlər yumurtaları sarısı ilə yeməyi məsləhət görürlər - yumurta sarısında B12 daha yüksək konsentrasiyaya malikdir və daha asan həzm olunur.

İstinadlar