Edvin van der Sar

Edvin van der Sar (d. 29 oktyabr 1970[3], Vorhaut, Niderland) keçmiş hollandiyalı qapıçı. Peşəkar futbol karyerası ərzində Ayaks, Yuventus, FulhemMançester Yunayted klublarında çıxış etmişdir. Niderland milli komandasının heyətində ən çox oyuna çıxan ikinci futbolçudur. Hal-hazırda Ayaks klubunda baş icraçı direktor vəzifəsində çalışır.[4]

Edvin van der Sar
nid. Edwin van der Sar
Ümumi məlumatlar
Tam adıEdvin van der Sar
Doğum tarixi (53 yaş)
Doğum yeriVorhaut, Niderland[1]
VətəndaşlığıNiderland Niderland
Boyu1,97[2]
Çəkisi83 kq
MövqeyiQapıçı
Əsas ayağıSağ
Klub haqqında məlumat
KlubAyaks
VəzifəsiBaş icraçı direktor
Karyerası
Gənclik karyerası
1980–1985Foreholte
1985–1990Nordvik
Klub karyerası[* 1]
1990–1999Ayaks126 (1)
1999–2001Yuventus66 (0)
2001–2005Fulhem127 (0)
2005–2011Mançester Yunayted186 (0)
2016Nordvik1 (0)
Milli yığma[* 2]
1995–2008Niderland130 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, peşəkar karyerasına başladığı Ayaksda klubun "qızıl nəsil"ə aid olan oyunçularından biri hesab olunur. Burada 9 il çıxış etdikdən sonra İtaliyanın Yuventus klubuna, sonra isə İngiltərənin Fulhem və sonda Mançester Yunayted klubuna transfer olmuşdur. UEFA Çempionlar Liqasını iki fərqli klubla qazana bilən azsaylı futbolçulardan biridir. O, bu mükafatı 1995-ci ildə Ayaksda və 2008-ci ildə Mançester Yunaytedin heyətində qazanmışdır. Van der Sar həmçinin 1992-ci ildə Ayaksın heyətində UEFA kubokunun qalibi olmuşdur.

Van der Sar bütün vaxtların ən çox titul qazanan ikinci (Vitor Baiyadan sonra) qapıçısıdır. O, karyerası ərzində əksər hissəsi Ayaks və Mançester Yunayted klublarında olmaqla 27 titul qazanmışdır.[5] İngiltərə Premyer Liqasında çempion olan ən yaşlı futbolçu (40 yaş 205 günlüyündə) adı da ona məxsusdur. 1995 və 2009-cu illərdə Avropanın ən yaxşı qapıçısı mükafatının sahibi olan Van der Sar 2009-cu ildə isə UEFA İlin qapıçısı mükafatına sahib çıxmışdır. O, bir çox futbolçu tərəfindən bütün vaxtların ən yaxşı qapıçısı adlandırılmışdır.[6][7]

Uğurları

Klub

Ayaks[8]

Yuventus[8]

Fulhem[8]

Mançester Yunayted[8]

Şəxsi

  • Niderlandda İlin ən yaxşı qapıçısı: 1994, 1995, 1996, 1997
  • Avropanın ən yaxşı qapıçısı: 1995, 2009[9]
  • ESM İlin heyəti: 1995–96, 2008–09
  • FİFA Dünya Çempionatı All-Star: 1998[10]
  • Niderlandda İlin futbolçusu: 1998
  • İFFHS Dünyanın ən yaxşı qapıçısı: 1998[11], 2008[12]
  • FIFA FIFPro World XI: 2006, 2007, 2008, 2009, 2010, 2011[13]
  • İngiltərədə İlin heyəti: 2006–07, 2008–09, 2010–11
  • UEFA Çempionlar Liqası "Matçın adamı": 2008 Final
  • UEFA Avro 2008: Turnirin heyəti
  • İngiltərədə "Qızıl Əlcək": 2008–09
  • UEFA İlin qapıçısı: 2009

Həmçinin bax

İstinadlar

Xarici keçidlər