Esperanto dilli Vikipediya

Esperanto dilli Vikipediya (esp. Vikipedio en Esperanto və ya Esperanta Vikipedio) — Baskca Vikipediya ilə birlikdə 11 May 2001-ci ildə[1][2][3] başlanan, Vikipediyanın Esperanto dilində bölməsidir. 2016-cı ilin iyun ayına olan 280.000-dən çox məqalə sayı ilə məqalələrin sayına görə 32-ci ən böyük Vikipediya olmaqla[4] yanaşı süni dildə qurulmuş ən böyük Vikipediya bölməsidir.[5]

Esperanto dilli Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URLeo.wikipedia.org
Layihənin mahiyyətiqeyri-kommersiya təşkilatı
Saytın tipionlayn ensiklopediya
Qeydiyyatməcburi deyil
DilEsperanto
SahibiVikimedia Fondu
Yaradılma tarixi11 may 2001, 6 noyabr 2001
Məqalələrin sayı352.037 (37-ci yer)
Faylların sayı17.412
Səhifələrin sayı787.437
Redaktələrin sayı8.669.291
İstifadəçilərin sayı222.271
Aktiv istifadəçilərin sayı285
İnzibatçıların sayı12
Dərinlik16,8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənşəyi və təsiri

Amerikan Esperantisti Chuck Smith Esperantoca Vikipediyanın qurucusu sayılır. O 15 noyabr 2001-ci ildən başlayaraq üç həftə ərazində Ensiklopediya Kalblanda'nın Stefano Kalb tərfindən yaradılmış 139 məqaləsini daxil edərək yeni ensiklopediyanın başlanğıcını qoydu.[6] Daha sonra, Avropa ölkələrində esperanto dilində danışanlar arasında Vikipediyanı populyarlaşdırmaq məqsədi ilə Avropaya səyahət etdi.[7] Noyabr 2002-ci ildə Dobrjixobitse (Çexiya) da keçirilən Esperantonun Elm və Texnologiyada Tətbiqi üzrə 10-cu Konfransda Vikipediya haqqında bir danışma etdi.

Esperanto dilində danışanlar Vikipediyanın bir neçə başqa dil versiyasının ( Çex, Slovakiya, Osetiya, Suahili ) qurulmasında da iştirak etmişlər. Esperanto spikeri və sonradan Vikimedia Vəqfinin ilk işçisi olan Brion Vibber tərəfindən Esperanto əlifbasına dəstəyin tətbiqi, 2002-ci ilin yanvar ayında İngilis dilindən başqa dillərin əlifbalarına yol açdı və bütün Vikipediyanın Unicoda-a keçidinə başlandı.[8][9]

Redaktələrin mənşəyi (2014/12)
Almaniya
33.7
Kuba
10.5
Hollandiya
7.5
Qeyri-müəyyən
5.2
Fransa
5.2
Yaponiya
3.4
ABŞ
3.7
İspaniya
3.4
Polşa
3.0
İsveçrə
2.2
Rusiya
2.2
Gürcüstan
2.2
İtaliya
1.9
Böyük Britaniya
1.9
Avstraliya
1.5
Argentina
1.5
Kanada
1.5
Çexiya
1.1
Xorvatiya
1.1
Digərləri
6.6
Mənbə

Esperanto dilli Vikipediyanın keyfiyyəti

2018-ci ilin iyul ayına olan məlumata görə, Esperanto Vikipediyasında 287 seçilmiş məqalə (elstaraj artikoloj)[10] və 206 yaxşı məqalə (legindaj artikoloj)[11] var. Həftəlik icma işlərinə baxımsız məqalələri və ön səhifədəki keyfiyyətli məqalələri inkişaf etdirmək məqsədli keçirilən "Həftənin əməkdaşlığı" (kunlaboraĵo de la semajno)[12] daxildir. Esperanto cəmiyyəti MetaVikinin təşkil edtidyi "Həftənin Tərcüməsi" layihəsinin tez-tez iştirakçısıdır.

2012-ci ilin fevral ayına olan məlumata əsasən Esperanto Vikipediyası 100.000-dən çox məqaləsi ilə Vikipedialar arasında bu dili danışanların sayına nisbətən 5-ci, ümumi olaraq isə 11-ci yeri tutdu.[13] Bu rəqəmlər Ethnologue-nin 2.000.000 Esperanto spikerinin qiymətləndirməsinə əsaslandı.

Redaktorlarının coğrafi yayılması səbəbindən (sağdakı qutuya baxın), Esperantoca Vikipediyada redaktorlarının mənşəyi müxtəlifdir.

13 Avqust 2014-cü ildə Esperanto dilli Vikipediyadakı çəqalələrin sayı 200.000-ə çatdı.

Esperanto cəmiyyəti daxilindəki qeyri-müəyyənlik

Layihəyə öyrənənlər və bütün səviyyədəki digər esperantistlər ilə birlikdə çox təcrübəli esperantistlər və yerli esperantistlər qoşulmuşlar. Bunlar arasında Esperanto Akademiyasının üzvləri Qerrit Barvelinq, Con Vells və görkəmli bir esperanto qramatisti[14] və esperanto lüğəti haqqında Akademiyanın bölmə müdiri Bertilo Vennerqren də var.

Esperanto dilli Vikipediya bir çox Esperanto xəbər mediasında, o cümlədən Radio Polonia-da radio reportajı[15] və Esperanto, Kontakto, Libera Folio[16] və Raporto.info[17] saytlarındakı məqalələrdə yer almışdır. 2011-ci ildə ensiklopediyanın 10-cu ildönümünü qeyd etmək üçün təşkil olunan Esperanto Vikimaniya, ev sahibi ÇexiyaPardubitse regionu tərəfindən subsidiya aldı və Çex Televiziyası tərəfindən qeydə alındı.[18][19]

Universal Esperanto Dərnəyi kimi Esperanto təşkilatları Vikipedio'ya töhfə vermirlər, ancaq Vikipedio təqdimatları və təlimləri üçün Esperanto konqreslərində otaq təmin etməklə bunu dəstəkləyirlər. 2008-ci ilin yayında Rotterdamda keçirilən Dünya Esperanto Konqresində iki Vikipediya görüşü və Esperantoloji Konfransı keçirildi. 2013-cü ilin aprel ayında ELiSo (Esperanto və Azad Bilik) ilk Vikimedia istifadəçi qruplarından biri kimi quruldu.[20]

Esperanto dilli Vikipediya cəmiyyəti 40 səhifəlik "Vikipediya: Praktik Əl kitabı" (Vikipedio: Praktika Manlibro) hazırladı və onlayn və konvensiyalarda satıldı.[21] Təlimat yeni Vikipediyaçılara Esperanto Vikipediyasında necə redaktə etmək barədə məsləhət və məlumat vermək məqsədi daşıyır. Hal hazırda ikinci çapındadır.

Qalereya

İstinadlar