Karib Niderlandı

Karib Niderlandı[1][2] (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-EstatiusSaba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar.

Karib Niderlandı
nid. Caribisch Nederland
BayraqGerb
BayraqGerb
Rəsmi dilləri
Sahəsi
 • Ümumi328 km²
Əhalisi
 • Əhali21,1330 nəfər
 • Sıxlıq64 nəf./km²
ValyutaABŞ dolları
İnternet domeni.nl
ISO koduBQ
Telefon kodu+599
Nəqliyyatın yönüsağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Statistika

Niderland Krallığının özəl bələdiyyələri
BayraqAdıPaytaxtı
(və ən böyük şəhəri)
Ərazisi[3]
(km²)
Əhalisi[4]
(31–12-2014)
Sıxlıq
(hər km²-ə)
BoneyrKralendeyk28818,90566
Sint-EstatiusOranyestad213,877185
SabaBottom131,811139
Yekun32224,59376

İqtisadiyyatı

Pul vahidi

1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş KürasaoSint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir[5][6]. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır[5].

İqlimi

Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır. Buradakı rüzgaraltı adaları rüzgarüstü adalarına nisbətən daha isti və quraqdır. Rüzgarüstü adalarında yaz mövsümündə qasırğalar müşahidə edilir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax