Müqəddəs Roma imperatoru

Bu məqalə Alman imperator haqqındadır. Qədim Roma imperiyası hökmdarı üçün Roma imperatoru səhifəsinə baxın.

Müqəddəs Roma imperatoru — müasir tarixçilikdə Müqəddəs Roma İmperiyasının hökmdarlarına verilən ad. Titul orta əsrlərdə ilk dəfə və rəsmi olaraq Romalıların imperatoru (lat. Imperator Romanorum, alm. Kaiser der Römer‎) və erkən müasir dövrdən[1] Roma-Alman İmperatoru (lat. Imperator Germanorum, alm. Römisch-deutscher Kaiser‎) kimi də tanınırdı, Müqəddəs Roma İmperiyasının hökmdarı və dövlət başçısı idi. Bu titul VIII-XVI əsrlərdə İtaliya kralı titulu ilə Almanların kralı titulu (lat. Rex Teutonicorum) ilə birlikdə işlədilirdi.

Müqəddəs Roma İmperiyası imperatorları
Keçmiş monarxiya
Erkən müasir dövrün Habsburq imperatorları tərəfindən istifadə edilən ikibaşlı Reyxsadler
İlk hökmdarBöyük Karl
Son hökmdarII Frans
Titulİmperator
İdarəetmə formasıİmperiya
Yaranması25 dekabr 800
Süqutu6 avqust 1806

Müqəddəs Roma İmperatoru titulu orta əsr Katolik monarxları arasında ən yüksək prestijli olanı idi, çünki Roma Katolik Kilsəsi imperiyanı Orta əsrlər və erkən müasir dövrdə Roma İmperiyasının yeganə varisi hesab edirdi. Beləliklə, nəzəriyyədə və diplomatiyada imperatorlar primus inter pares hesab olunurdu və Avropadakı digər Katolik monarxları arasında bərabər olanlar arasında birinci sayılırdı.[2]

İstinadlar