Maravi döyüşü (2017)

Maravi döyüşü (ing. Battle of Marawi) - Filippinin Mindanao adasında yerləşən Maravi şəhərində 2017-ci ilin 23 may tarixindən başlamış döyüş. Toqquşmalar hökumət qüvvələri və şəhərə nəzarəti ələ keçirmək istəyən silahlı terrorçular arasında baş vermişdir. İraq Şam İslam Dövlətinə bağlı olduqlarını elan edən Əbu SəyafMaut silahlı qrupları şəhər üzərində nəzarəti təmin etmək məqsədi ilə 23 maydan etibarən döyüşlərə başlayıblar.[6]

Maravi döyüşü
Moro problemi
Maravi (Filippin)
Maravi
Maravi, Filippin
Maravi döyüşünün baş verdiyi ərazinin ölkə xəritəsindəki yeri.
Tarix23 may, 2017 - davam edir.
YeriMaravi, Filippin
Münaqişə tərəfləri

Filippin

İŞİD

Komandan(lar)

Rolando Bautista

İsnilon Hapilon

İtkilər

1 ədəd qırıcı[1]
2 polis öldürülüb[2]
1 təhlükəsizlikçi
31 əsgər yaralanıb[3]

11 dinc sakin öldürülüb.[4][5]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hökumət rəsmilərinin məlumatına əsasən terrorçulara rəhbərlik edən İsnilon Hapilon Maravi şəhərində olan İraq Şam İslam Dövlətinə bağlı qrupları bir araya topladıqdan sonra şəhər üzərində nəzarəti ələ keçirmək məqsədi ilə 23 may tarixində hərəkətə keçib.[7][8] Silahlı qarşıdurmanın genişlənməsi nəticəsində ordu, polis və təhlükəsizlik qüvvələrinə məxsus personal ilə terrorçular arasında toqquşmalar baş verib.[9]

Maut terrorçu qrupunun hücum zamanı şəhərdə yerləşən bəzi binaların ələ keçirildiyi bildirilir. Həmin binalar sırasında bələdiyyə binası, şəhər həbsxanası, Mindanao Universitetinorpusu və xəstəxanda var. Qrup eyni zamanda mərkəzi küçələri zəbt etməklə şəhərdə yerləşən Müqəddəs Mariya Katolik Kilsəsinin və dini seminariyanın binasını yandırıb.[10]

Hadisələr baş verən zaman Rusiyada rəsmi səfərdə olan ölkə prezidenti Rodriqo Duterte səfərini yarımçıq qoyaraq təcili ölkəsinə qayıdıb.


Britaniyanın “Guardian” qəzetinin Cənub-Şərqi Asiya müxbiri Oliver Holmsun imzaladığı təhlildə o, İŞİD silahlılarının Filippində bir şəhəri niyə və necə ələ keçirdiklərini yazıb.

İŞİD silahlıları Filippinin cənubundakı Maravi şəhərinin bir neçə məhəlləsinə nəzarəti ələ keçirib. Ordunun havadan dəstək verdiyi əməliyyatlar indiyədək uğurlu olmayıb.

Silahlı qüvvələr qarşıdurmalarda azı 61 yaraqlı və 17 təhlükəsizlik əməkdaşının öldürüldüyünü açıqlayıb. 19 dinc sakin də həyatını itirib.

200 min əhalisi olan Maravidə on minlərlə insan şəhəri tərk edib.

Yaraqlılar Ömər və Abdullah Maute qardaşlarının adını daşıyan Maute adlı az tanınan qrupdandır.

Hapilon əvvəllər daha bir radikal fraksiyaya: “Əl-Qaidə” ilə əlaqəli Əbu Səyyəfə rəhbərlik edirdi. Onlar məhbusların bombalanması və başlarının kəsilməsi, 2002-ci ildə İndoneziyanın Bali adasına hücumu həyata keçirən qrupla tanınırlar.

Filippin ordusu indi deyir ki, Hapilon, ekspertlərin fikrincə, əvvəllər cinayət təşkilatı kimi fəaliyyət göstərən, lakin getdikcə daha çox ideoloji məqsədlər güdən Mauteyə qoşulur.

Maute ötən il prezidentin doğulduğu Davaoda 14 nəfərin ölümü ilə nəticələnən partlayışda günahlandırılıb. İŞİD-in Amaq xəbər agentliyi də təşkilatın Maravi hücumlarına görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Niyə indi?

Cakartada yerləşən Münaqişələrin Siyasi Təhlili İnstitutunun rəhbəri Sidney Cons deyir ki, münaqişələr Mindanaoda ümumi maraqları olan müxtəlif radikal islamçı təşkilatların koalisiyasını cəlb edib:

"Duerte və hökuməti Mindanaoda böyük dəyişiklik baş verdiyini dərk edə bilmədi. Yaraqlılar qəbilə siyasəti aparmırlar və ya pulla motivasiya olunmurlar. Onların liderləri keçmişdə dəstə üzvləri kimi çıxış etmiş ola bilərlər. Amma indi onlar İŞİD Mindanaonun problemlərinin həllinin İslam hüququnda olduğuna inanır.

İstinadlar