Netta Barzilay

Netta Barzilay (ivr.נטע ברזילי‏‎; d. 22 yanvar 1993, Hod-ha-Şaron, İsrail) — İsrail müğənnisi. O, "Toy" mahnısı ilə İsraili 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə müsabiqədəki dördüncü qələbəsini yaşatmışdır.

Netta Barzilay
ivr.נטע ברזילי‏‎
Ümumi məlumatlar
Doğum adıנטע ברזילי
Ləqəbiנטע
Doğum tarixi22 yanvar 1993(1993-01-22)[1] (31 yaş)
Doğum yeriHod-ha-Şaron, İsrail
Vətəndaşlığı İsrail
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni
Fəaliyyət illəri2017–h.h.
Janr
Musiqi alətlərivokal, gitara, sintezator
nettamusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Netta Barzilay 22 yanvar 1993-cü ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olmuşdur. Atasının mühəndis kimi fəaliyyət göstərdiyi Solel Boneh kompaniyasındakı yeni layihəsinə görə Netta uşaq yaşlarında ikən ailəsi ilə birlikdə Nigeriyaya köçmüş və orada dörd il yaşadıqdan sonra İsrailə geri dönmüşdür. İsrail Silahlı Qüvvələrində məcburi xidmətdən öncə Barzilay könüllü olaraq Nahalda xidmət göstərmiş və daha sonra İsrail Dəniz Qüvvələrində hərbi xidmətini başa vurmuşdur.

Karyera

2017–hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi

2017-ci ildə Netta Barzilay İsrailin IPBC telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2018 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Brazilay Rihanna, Kristina Agilera, Keşa və digər dünya ulduzlarının mahnıları ilə çıxış etmişdir. Nəticədə yarışmada qalib gələrək, Netta Barzilay İsraili Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[2][3][4][5] Onun Avroviziya səhnəsində ifa edəcəyi mahnı "Toy" 11 martda təqdim olunmuşdur.

Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Netta 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 7-ci nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 283 xalla yarımfinalda birincilik əldə etmiş və Avroviziya 2018-in finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən Netta ümumi nəticədə 529 xal toplayaraq, İsrailə Avroviziya tarixində dördüncü qələbə sevincini yaşatmışdır.

2019-cu ildə ifaçı Fransa və Böyük Britaniyanın Avroviziya milli seçim turlarında çıxış etmişdir. Fevral ayının 2-də Nettanın "Bassa Sababa" adlı ikinci sinqlı təqdim olunmuşdur.

Diskoqrafiya

Sinqllar

Mahnı adıİl
"Toy"2018
"Bassa Sababa"2019

İstinadlar

Əvvəlki:
İmri Ziv
"I Feel Alive"
İsrail Avroviziya Mahnı Müsabiqəsində

2018
Sonrakı:
Kobi Marimi
"Home"

Xarici keçidlər