Qisasçılar: Final

Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər.

Qisasçılar: Final
ing. Avengers: Endgame
Filmin rəsmi afişası
Filmin rəsmi afişası
Janrsuperqəhrəman filmi, fantastika filmi, döyüş filmi, macəra filmi
Əsas mövzuson[d]
Rejissorlar
Prodüser
İcraçı prodüserlərCon Favro[d][2], Ceyms Qann[d][2], Sten Li[2]
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
MontajçıCeffri Ford[d][2]
İstehsalçılarMarvel Studios, Walt Disney Studios Motion Pictures[d]
DistribütorWalt Disney Studios Motion Pictures[d], Disney+
İlk baxış tarixi26 aprel 2019[9], 23 aprel 2019[23], 24 aprel 2019[24], 22 aprel 2019[23], 25 aprel 2019[25][26], 29 aprel 2019[23]
Müddət181 dəq.[27]
Büdcə356.000.000 $[28]
Gəlir2.797.501.328 $[29]
Ölkə
Dilingilis dili
Rəngrəngli
Çəkiliş yeriEdinburq[31], Qlazqo[31]
IMDbID4154796
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır. 2018-ci ilin dekabrında rəsmən filmin "Qisasçılar: Final" adlanacağı elan edilmişdir.

Filmin premyerasının 26 aprel 2019-cu ildə IMAX3D formatlarında baş tutması planlaşdırılır.

Məzmun

Tanosun Sonsuzluq daşlarını istifadə etməsindən[N 1] sonra kainatda olan bütün canlıların yarısı, o cümlədən Klint Bartonun ailəsi külə çevrilir. Üç həftə sonra, Titanda qarşılaşmadan sonra kosmosda köməksiz qalan Nebula və Toni Stark Kerol Denvers (Kapitan Marvel) tərəfindən xilas edilir. Yerdə onları Nataşa Romanova, Brüs Benner, Stiv Rocers, Raketa, Tor, Pepper Potts və Ceyms Roudi qarşılayırlar. Dəstə Tanosu taparaq daşların təsirini geri qaytarmağa çalışsa da, məlum olur ki, Sonsuzluq daşlarının sonradan istifadə olunmasının qarşısını almaq məqsədi ilə Tanos onları məhv etmişdir. Hiddətlənən Tor, Tanosun başını kəsərək onu öldürür.

Beş il sonra kvant aləmindən çıxa bilən Skott Lenq [N 2] Romanova və Rocersi taparaq Qisasçılara qoşulur. Kvant aləmində əldə etdiyi təcrübəyə istinad edən Lenq, bildirir ki, onlar zaman səyahəti edə bilərlər. Romanova, Rocers və Lenq, həyat yoldaşı Pepperlə birlikdə azyaşlı qızı Morqanı böyüdən Toni ilə görüşərək deyirlər ki, onlar keçmişə səfər edərək Sonsuzluq daşlarını müasir dövrə qaytara və Tanosun əməllərinin nəticəsini ləğv edə bilərlər. Toni qızı Morqanı itirməkdən qorxaraq əvvəlcə bu təklifi rədd etsə də, sonradan Piter Parkeri xatırlayaraq fikrini dəyişir. Bundan sonra Stark, zaman səyahətini stabilləşdirən qurğu icad edir. Bu arada Nataşa, kədər hissinin qəddar qatilə çevirdiyi Bartonu taparaq Qisasçıların qərargahına qaytarır.

Yenidən birləşmiş Qisasçılar, planı həyata keçirmək üçün kiçik komandalara bölünürlər. Benner, Rocers, Lenq və Stark 2012-ci ilin Nyu-Yorkuna qayıdırlar.[N 3] Sanktum Sanktoruma gələn Benner Qədimlə görüşərək Zaman daşını ona verməyi xahiş edir. Qədim Bennerə xəbərdarlıq edərək, Sonsuzluq daşlarının keçmişdən qoparılmasının pis nəticələr verəcəyini bildirir. Benner isə öz növbəsində daşları qaytaracaqlarına söz verir. Zəka daşını ələ keçirmək üçün Stiv Rocers Hidra agentləri və özünün 2012-ci il versiyasına qalib gəlsə də, Lenq və Starkın Tesseraktı ələ keçirmək cəhdi uğursuzluqla nəticələnir. Daşı oğurlayan Loki, onların əlindən qaçmağa müvəffəq olur.

Rocers və Stark 1970-ci il ABŞ ordusunun Ley düşərgəsinə[N 4] getmək üçün Pimin sonuncu kiçildici hissəciklərini istifadə edirlər. Orada onlar Tesseraktın daha erkən versiyasını və Henk Pimin kvant hissəciklərini oğurlayır və öz dövrlərinə qayıdırlar.

2013-cü ilin Asqardına qayıdan Tor və Raketa Ceyn Fosterdən[N 5] Reallıq daşını alır, Tor isə məhv edilmiş[N 6] Myölneri qaytarır. 2014-cü ilin Vormirinə gələn Barton və Romanova Qırmızı kəllədən öyrənir ki, Ruh daşını əldə etmək üçün əziz olan adamın canını qurban vermək lazımdı. Nəticədə Nataşa Romanova özünü qurban verərək həlak olur.

2014-cü ilin Moraqına gələn Nebula və Roudi Piter Kuilldən əvvəl Güc daşını ələ keçirir.[N 7] Roudi Güc daşı ilə müasir dövrə qayıtsa da, Nebulanın bədəninin kibernetik hissələri 2014-cü il Nebulasının bədəninin kibernetik hissələri ilə qarşılıqlı əlaqəyə keçdiyinə görə o Moraqı tərk edə bilmir. Bu əlaqə nəticəsində 2014-cü ilin Tanosu müasir dövrdə baş verən hadisələrdən xəbər tutur və 2014-cü ilin Nebulasını müasir dövrə göndərir.

Bütün daşların toplanmasından sonra, Benner külə çevrilmiş canlıların qaytarılması üçün onları istifadə edir. 2014-cü ilin Nebulası zaman maşınını istifadə edərək 2014-cü iliin Tanosunu ordusu ilə birlikdə müasir dövrə gətirir və Tanos Qisasçılara hücum edir. Rocers, Tor və Stark birlikdə Tanosa qarşı döyüşürlər və Rocers Myölnerə layiq olduğunu sübut edir, lakin Tanos onlara qalib gələrək Qara ordeni və ordusunu çağıraraq Yeri mühasirəyə alır. Müasir Nebula, bacısı Qamoranın 2014-cü il versiyasını Tanosa qarşı çıxmağa razı sala bilir və özünün 2014-cü il versiyasını öldürür.

Doktor Strenc Tanosun ordusu ilə döyüşmək üçün, bütün tərəfdaşlarını, o cümlədən Vakanda və Asqard, həmçinin maqların ordusunu Qisasçıların qərargahına transportasiya edir. Döyüş zamanı Stark Sonsuzluq daşlarını istifadə edərək Tanos və onun ordusunu məhv edir, lakin daşların istifadəsi zamanı Toni Stark özü də ağır yaralanır və döyüşdən sonra vəfat edir.

Starkın dəfnindən sonra Tor, Valkiriyanı Asqard kraliçası elan edir, özü isə Qalaktika mühafizəçilərinə qoşulur. Sonsuzluq daşları və Myölneri aid olduqları vaxt və yerə qaytaran Stiv Rocers keçmişdə qalaraq Peggi Karterlə yaşamağa qərar verir. Müasir dövrdə isə yaşlı Rocers öz qalxanını Sem Vilsona həvalə edir.

Rollarda

Özünü "dahi, milyarder, pleyboy və filantrop" kimi təqdim edən Qisasçıların lideri və havadarıdır, özü hazırladığı elektromexanik zirehli kostyuma malikdir.[32][33]
Asqard kralı və Qisasçılardan biridir.[34] "Tor: Raqnarök" filmində Myölnerin məhv edilməsindən sonra, Tor, Ştormbreyker adlı yeni baltaya malikdir.[35]
Qisasçılardan biri, dahi alimdir, güclü qamma şüalanmasından sonra qəzəbləndiyi zaman bədheybətə çevrilir[36]. Personajın "Tor: Raqnarök"da başladılmış hekayə xətti inkişaf və davam etdirilir.[37]
Qisasçıların hökumətin təklifinə qarşı çıxan fraksiyasının lideridir. İkinci Dünya müharibəsi veteranı olan Rocersə müharibə zamanı təcrübəvi maddə vurularaq onun fiziki imkanları superinsan səviyyəsinə çatdırılmışdır.[34] Evansın Marvellə altı film üçün nəzərdə tutulmuş əməkdaşlıq müqaviləsi "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə başa çatsa da, aktyor, "Qisasçılar: Final" filmində də Kapitan Amerika obrazını canlandırmağa razılıq vermişdir.[38]
Yüksək hazırlıqlı casus, Stiv Rocersin tərəfini tutan Qisasçılardan biri və keçmiş Q. A. L. X. A. N casusudur.[33][39]
Avtomobil qəzasından sonra əl sabitliyini itirmiş keçmiş neyrocərrahdır, sağlamlığına qovuşmaq üçün səyahətə çıxır, gizli sehr aləmi ilə tanış olur, alternativ reallıqlarla qarşılaşır və Mistik Sənətlər Ustadı adını alır.[40]
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş zabitidir, Qisasçılar filmində Döyüş maşını adlı zirehli geyimi ələ keçirir.[41]
Starkın protejesi olan yeniyetmədir, genetik modifikasiya edilmiş hörümçəyin dişləməsindən sonra hörümçəyin bacarıqlarına oxşar bacarıqlar əldə edib.[42]
Afrikada yerləşən Vakanda adlı ölkənin kralıdır, ürək bitkisinin məhlulunu içdiyinə görə superinsan gücünə malikdir.[43]
  • Pol Bettani – Vijn:
Android, C. A. R. V. İ. S. adlı süni intelletk əsasında Zəka daşından istifadə edilərək yaradılmışdır.[44]
Qisasçıların Rocersə sadiq olan heyətinin üzvüdür, hipnoz və telekinez bacarığına malik cadugərdir.[45]
Qisasçıların Rocersə sadiq olan heyətinin üzvüdür, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş üzvüdür, xüsusi dizayn edilmiş mexaniki qanadlara malikdir.[46]
  • Sebastyan Sten – Baki Barns / Ağ qurd:
Rocersin yaxın dostu və tərəfdaşı, mükəmməlləşdirilmiş qatildir, İkinci Dünya müharibəsi zamanı beyin yumasına məruz qalmışdır.[47] Əvvəl Qış əsgəri adını daşıyan Barns Vakandada olarkən yerli əhali tərəfindən ona verilmiş Ağ qurd adını götürür.[35]
  • Tom Hidlstoun — Loki:
Torun götürülmə qardaşıdır, Skandimav mifologiyasındakı eyni adlı tanrı personajı əsasında yaradılmışdır.[48]
  • Benedkt Vonq — Vonq:
Mistik Sənətlər Ustadlarından biridir. Ona Kamar-tacdakı ən dəyərli relikviyalar və kitabların müdafiəsi həvalə edilmişdir.[49]
  • Pom Klementiyeff — Mantis:
Qalaktika mühafizəçiləri dəstəsinin empatik güclərə malik üzvüdür.[50]
Tanosun ögey qızıdır, Qamora ilə birlikdə böyüdülmüşdür.[51]
  • Deyv Batista – Dağıdıcı Draks:
Mühafizəçilər dəstəsinin üzvüdür, ailəsini öldürmüş Tanosdan qisas almağı arzulayır.[52]
  • Zoi Saldana – Qamora:
Mühafizəçilər dəstəsinin üzvüdür, ailəsini qətlə yetirmiş Tanos tərəfindən övladlığa götürülmüşdür. Tanos kiçik yaşlarından şəxsən onu məşq etdirərək döyüşçü kimi yetişdirmişdir.[53]
Qalaktika mühafizəçiləri dəstəsinin üzvü olan genetik modifikasiya edilmiş yenotdur. Peşəkar baş ovçusu və muzdlu döyüşçü olan Raketa döyüş taktikaları və silahlarla ustad davranış qaydalarına malikdir.[54] Şon Qann filmin çəkilişləri zamanı Raketa obrazını canlandırmış və onun aktyor ifası əsasında hərəkət tutma texnologiyasına əsasən personaj işlənmişdir.[55]
Toni Starkın mühasibəsi və "Stark Industries"in icraçı direktorudur.[56] Filmdə Pepper Potts Dəmir-adam kimi gücləndirilmiş ekzoskelet formalı zirehli kostyum geyinir.[57]
Reallığı dəyişdirmək üçün bütün Sonsuzluq daşlarını toplamağa çalışan, Titan planetindən olan interqalaktik despotdur.[58][59] Brolin, personajı səsləndirməklə yanaşı, həm də hərəkət tutma texnologiyası ilə canlandırılmasını həyata keçirmişdir.[60]
Qalaktika mühafizəçilərinin yarı-insan, yarı-selestial olan lideridir. Uşaq yaşlarında Yer kürəsindən oğurlanaraq Dağıdıcılar adlandırılan yad planetlilər tərəfindən yetişirilmişdir.[45]
Ustad oxçu, Q. A. L. X. A. N casusudur.[61][62] Barton filmdə, komikslərdə Ronin personajının geyiminə bənzər yeni kostyum geyinir.[63]
Henk PimCanet van Daynın qızıdır; anasının kostyumuna oxşar arı kostyumu geyinir. Lilli, canlandırdığı personajın "Qisasçılar: Sonsuzluq savaşı" filmində yer almayacağını demiş, əvəzində personaj "Qarışqa-adam və Eşşək arısı" filmində rol almışdır.[64]
  • Con Favro — Harold "Heppi" Hoqan:
Stark Industries şirkətinin keçmiş təhlükəsizlik xidməti rəhbəri, Toni Starkın cangüdəni və sürücüsü.[56]
  • Pol Radd — Qarışqa-adam / Skott Lenq:
Keçmiş cinayətkardır, Qarışqa-adam kostyumunu geyinərək Qissçılara qoşulur.[33]
ABŞ Hərbi Hava Qüvvələri pilotudur, qəza zamanı onun DNA-sı Krii DNA-sı ilə qarışır ki, bu da Denversə superinsan güc və bacarıqları verir.[65][66] Ssenari müəllifi Kristofer Markus deyr ki, Denvers o qədər böyük gücə malikdir ki, bu vaxta kimi MKK personajlarının heç birindəbelə güc olmayıb.[67]

Bunlardan başqa, Frenk Qrillo və Letisiya Rayt daha əvvəl MKK filmlərində canlandırdıqları Brok Rumlou / Krossbonus və Şuri rollarına qayıdıblar.[68][69] Hiroyuki SanadaKetrin Lenqford filmdə naməlum obrazları canlandırıblar.[70][71] Qisasçıların yaradıcılarından biri olan Sten Li filmdə kameo rolunu almışdır.[72]

İstehsal

Xarici video

Marvel Studios' Avengers — Official Trailer

Filmin 7 dekabr 2018-ci ildə yayımlanmış ilk rəsmi treyleri

Marvel Studios' Avengers: Endgame — Official Trailer

Filmin 14 mart 2019-cu ildə yayımlanmış ikinci rəsmi treyleri.

2014-cü ilin oktyabrında Marvel "Qisasçılar: Altron dövrü" filminin iki hissəli sikvelinin çəkiləcəyini, "Qisasçılar: Sonsuzluq savaşı. I hissə"nin 4 may 2018-ci ildə, "Qisasçılar: Sonsuzluq savaşı. II hissə"nin isə 3 may 2019-cu ildə çıxarılacağını elan edir.[73][74] 2015-ci ilin aprelində Entoni və Co Russo qardaşlarının[75] hər iki filmin ard-arda[76] çəkilişlərinə 2016-cı ildə başlayacağı müəyyən olur. Həmin ay Kevin Fayqi bildirir ki, "onlar, bir-birindən ayrı iki müstəqil film çəkirlər, çünki, onlar oxşar elementlərə malik olsalar da, bir-birindən fərqlidirlər. Buna görə, mən onları iki hissəyə bölünmüş bir hekayə adlandırmazdım. Onlar, bir-birindən fərqli iki müstəqil film olacaqlar."[77] 2015-ci ilin mayında Kristofer Markus və Stefan MakFilinin hər iki film üçün ssenari yazacağı elan edilir.[78] Bir il sonra iki hissəli film çəkilməsi haqqında məlumatların təkzib edilməsi üçün iki ayrı film çəkdiklərini bildirirlər, Co Russo isə qeyd edir ki, "Biz onların adlarını da dəyişəcəyik, sadəcə indi ad fikirləşməmişik."[79] 2016-cı ilin iyulunda Marvel birinci filmin "Qisasçılar: Sonsuzluq savaşı" olacağını elan edir.[80]

Filmin əsas çəkilişləri 10 avqust 2017-ci ildə[81] "Meri Lou 2" işçi adı adı altında[82], Trent Opaloçun operatorluğu[83] ilə Corciya ştatının Feyett dairəsindəki "Pinewood Atlanta Studios"[84] da başlamışdır. 14 iyul 2017-ci ildə çəkilişlər yekunlaşdırılır.[85]

Qeydlər

İstinadlar

Xarici keçidlər

8.4

  Marvel Kinematoqrafiya Kainatı portalı   ABŞ kinematoqrafı portalı   Superqəhrəmanlar portalı