Salat

Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək[1][2][3], müxtəlif tərəvəzmeyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır[4][5]. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir[6][7].

Tərəvəz salatı

Növləri

Əsas məqalə: Salatların siyahısı
Mimoza salatı

Salatın müxtəlif növləri vardır:

  • Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır;
  • Fransız salatı — Fransa mətbəxinə aid salat növü;
  • Kobb salatıAmerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır;
  • LabLaos mətbəxinə məxsus salat növü;
  • Leçoyay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır;
  • Malaq salatıİspaniya mətbəxinə məxsus salat növü;
  • Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır;
  • Miçiqan salatıMiçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür;
  • Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür;
  • Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür;
  • Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır;
Valdorf salatı

Salatlar haqqında maraqlı məlumatlar

Paytaxt salatı kimi də tanınan Oliviye salatı
  • Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər.
  • Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir.
  • Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz.
  • Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
  • Salatınızın sirkəsi çoxdursa üzərinə bir qədər çörək içi əlavə edin. Çörək içi artıq sirkəni özünə çəkəcək.
  • Salata çox sirkə qatmaq zərərlidir. Sirkə əvəzinə limondan istifadə etsəniz, daha yaxşı olar.
  • Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.
  • Salata doğrayacağınız soğanı bir qədər soyuducunun buz yerində saxlayın. Beləliklə, həm soğanı doğrayarkən gözləriniz yaşarmaz, həm də doğranmış soğanlar daha canlı görsənər.
  • Salat üçün sous hazırlayarkən üzərində qram işarələri olan ölçü qablarından istifadə etmək məsləhətdir.
  • Gül kələm salatına duz, sirkə və yağla yanaşı, mayonez də əlavə etsəniz, daha ləzzətli olar.

İstinadlar

Xarici keçidlər