Sidney Opera Teatrı

Sidney opera teatrı (ing. Sydney Opera House) — Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən opera teatrı. Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri. Danimarkalı memar Yorn Utson (d.1918-ö.2008) tərəfindən layihələndirilmişdir.

Sidney Opera Teatrı
Sydney Opera House
Xəritə
33°51′25″ c. e. 151°12′53″ ş. u.
Ölkə Avstraliya
Şəhər Sidney
YerləşirBennelonq burnu
AidiyyatıOpera Avstraliya
Avstraliya baleti
Sidney Teatr Şirkəti
Sidney Simfonik Orkestrı
MemarYorn Utzon
Tikilmə tarixi1 mart 1959 - 20 oktyabr 1973
ÜslubuEkspressionist memarlıq
Hündürlüyü67 m
Uzunluğu183 m (600 ft)
Eni120 m (394 ft)
Sahəsi1.8 ha
Vəziyyətifəaliyyət göstərir
Rəsmi saytsydneyoperahouse.com
Rəsmi adı: Sydney Opera House
TipiMədəni
Kriteriyai
Təyin edilib2007
İstinad nöm.166
DövlətAvstraliya
RegionOkeaniya
Sidney Opera Teatrı (Sidney)
Sidney Opera Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Binanın xarici görünüşü

Layihənin seçilməsi və inşaat

1955-ci il 15 sentyabrda layihələrin qəbuluna başlandı. Qalib layihə üçün mükafat məbləği 5 000 funt-sterlinq təyin edilmişdi. Layihənin şərtlərində hər biri müxtəlif məqsədlər üçün istifadə edilə bilən 2 zal, tutumu 3000 nəfər olan böyük zal və 1200 nəfər tutuma malik kiçik zal nəzərdə tutulmuşdu. 1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olmuş 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi seçildi.

Utson 1957-ci ildə Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış oldu. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra o öz ofisini Sidneyə köçürdü.

1966-cı ilin sonlarında Yorn Utson layihəyə rəhbərlikdən uzaqlaşdırıldı və tikintinin davam etdirilməsi Piter Holla həvalə edildi. Onun rəhbərliyi altında Utsonun daxili dizaynla bağlı layihələrində bəzi dəyişikliklər edildi.

Tikintinin dəyəri

Tikinti işləri üçün 3,5 milyon funt-sterlinq (7 milyon ABŞ dolları) vəsait tələb olunurdu. Tikintinin başa çatma tarixi 1963-cü il yanvarın 26-na təyin olunmuşdu. Lakin, opera binası 1973-cü il oktyabrın 20-də istifadəyə açıldı və tikinti üçün çəkilən xərclərin ümumi məbləğinin 102 milyon ABŞ dolları təşkil etdiyi açıqlandı. Yəni, tikinti planlaşdırılandan 10 il gec və 14 dəfə baha başa gəlmişdi.

İstinadlar