Xuan Quaydo

Xuan Quaydo (tam adı: Xuan Herardo Quaydo Markes, isp. Juan Gerardo Guaidó Márquez; 28 iyul 1983, La-Quayra[d]) — Venesuela dövlət xadimi, siyasətçi, Venesuela Milli Asambleyasının sədri. "Xalq iradəsi" partiyasının üzvü, Varqas ştatından olan federal deputat (2016). 23 yanvar 2019-cu ildən etibarən Venesuela Prezidenti səlahiyyətlərini müvəqqəti icra edəndir[1].

Xuan Quaydo
Juan Guaidó
Xuan Quaydo
Xuan Quaydo
bayraq
Venesuelanın 76-ci prezidenti
Vəzifədədir
23 yanvar 2019-cu ildən
ƏvvəlkiNikolas Maduro
Şəxsi məlumatlar
Doğum adıJuan Gerardo Antonio Guaidó Márquez
Doğum tarixi28 iyul 1983(1983-07-28) (40 yaş)
Doğum yeri
PartiyaVenesuela Xalq İradəsi Partiyası
İxtisasıMühəndis
Fəaliyyətisiyasətçi
Uşağı2

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

11 yanvar 2019-cu ildə Milli Asambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan etmişdir[2]. Bu qərarı Argentina[3], Braziliya[4], Haiti[5], Qvatemala[6], Gürcüstan[7], Kanada[8], Kolumbiya[9], Kosta-Rika[10], Panama[11], Paraqvay[12], Peru[13], Puerto-Riko[14], ABŞ[15][16], Çili[17], Ekvador[18] hökumətləri, həmcinin Amerika Dövlətləri Təşkilatının sədri Luis Almaqro[19][20][21] rəsmən tanımışdır (təşkilatın özü yox[22]). 23 yanvar 2019-cu ildə Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdir[16].

Bioqrafiyası

Həyatı

Quaydo aviaşirkətin pilotu və müəlimənin 8 övladından biridir. Bacılarından biri Venesuela Milli Asambleyasının çavuşu, digəri isə Venesuela donanmasının kapitanıdır[23].

Varqas şataında baş verən təbii fəlakət zamanı onun valideynləri bir müddət evsiz qalmışlar. 2000-ci ildə orta məktəbi bitirmişdir[24]. Fəlakət onun həmkarlarının sözlərinə görə siyasi fəaliyyətinə böyük təsir göstərmişdir. Belə ki, o zamanlar hakimiyyətə gələn Uqo Çaves fəlakətin aradan qaldırılmasına effektiv tədbirlər görməmişdir[25].

2007-ci ildə Andres Bello Katolik Universitetində mühəndis təhsin\lini bitirərək diplom almışdır. Sonradan isə təhsilini davam etdirərək Corc Vaşinqton Universitetində təhsil almışdır.

Siyasi fəaliyyət

O, tələbə siyasi hərəkatında iştirak etmişdir[26]. Quaydo 2009-cu ildə digər siyasətçilərlə birlikdə "Xalq iradəsi" partiyasını qurmuşdur[27].

2010-cu ildə baş tutmuş parlament seçkilərində alternativ federal deputat seçilmişdir[28]. 2015-ci ildə isə Milli Asambleyaya deputat seçilir[29].

13 yanvar 2019-cu ildə Quaydo Venesuela Xüsusi Xidmət orqanları tərəfindən saxlanılır. Daha sonra isə buraxılır[30].

2019-cu ilin yanvarında Venesuela Parlamentinin spikeri seçilir.

2019-cu il siyasi böhranda iştirakı

23 yanvar mitinqində Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdi. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donalt Tramp onu dövlət başçısı olaraq tanımışdır[31]. venesuela Ali Məhkəməsi onun ölkəni təırk etməsinə qadağa qoymuş və hersablarını dondurmuşdur[32].

Ailə həyatı

Ailəlidir, bir qızı var.

İstinadlar

Mənbə