Yalmar Brantinq

Yalmar Brantinq (isv. Hjalmar Branting; 23 noyabr 1860[5][6][…]24 fevral 1925[7][8][…]) — İsveçli dövlət xadimi və sosial demokratiyanın öncüllərindəndir. 1921-ci ildэ Norveçli diplomat Kristian Lanqe ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Üç dəfə İsveçin Baş naziri olmuşdur.

Yalmar Brantinq
Hjalmar Branting
Doğum tarixi
Doğum yeriStokholm, İsveç İsveç
Vəfat tarixi24 fevral, 1925
Vəfat yeriStokholm, İsveç İsveç
Dəfn yeri
  • Adolf Fredrik kilsə qəbiristanlığı[d][3][4]
Təhsili
Fəaliyyətisiyasətçi, diplomat, jurnalist, redaktor
Partiyası
MükafatlarıNobel mükafatı Nobel Sülh mükafatı (1921)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

StokholmUppsalada təhsil aldıqdan sonra, 1883-cü ildə radikal Tiden qəzetində işə başlamışdır. 1886-ci ildə Sosial demokratiyada yazmağa başlamışdır. 1889-ci ildə İsveç Sosial Demokrat Partiyası qurulduğunda, partiyanın əhəmiyyətli qurucuları arasında yer almışdır. Fəal Axel Daniyelssonun ölümündən sonra Sosial Demokrat Partiyanın spikeri olmuşdur. 1896-ci ildə parlamentin alt qanadına (Riksdag) seçilmiş və 1902-ci ilə qədər də burada tək Sosial Demokrat Partiya üzvü olaraq qalmışdır. 1907-ci ildə partiya lideri olmuş və 1917-ci ildə Liberal-Sosialist koalisiya hökumətində İqtisadiyyat naziri vəzifəsini yerinə yetirmişdir. Birinci Dünya müharibəsi baş verdiyində ölkəsinin tərəfsiz qalmasını müdafiə etmişdir. 1919-ci ildə ikinci Sosialist İnternasionalının başçılığını öhdəliyinə götürmüşdür. 1920-ci ildə İsveçin ilk sosial demokrat Baş naziri olmuş, lakin qısa bir müddət sonra müxalifət hökuməti götürmüşdür. sentyabr 1921-aprel 1923-cü illər arasında yenidən Baş nazirlik etmişdir. 1924-cü ilin oktyabrında üçüncü dəfə Baş nazir olmuş, lakin qısa müddət sonra xəstəliyi nəticəsində bu vəzifəni tərk etmək məcburiyyətində qalmışdır.[9]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar