Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Steins;Gate5pb.Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır.

İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali AmerikaAvropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Səhifə ər-Rza, həmçinin Səhifət əl-İmam ər-Rza — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu. "Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir.

Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, MəhəmmədƏhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Alabama qraflıqlarının siyahısıABŞ-ın Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli

Naviqasiya menyusu