Çoxbucaqlı
Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur.Onun 3 müxtəlif tərifi mövcuddur:
- Qapalı müstəvi sınıq xətt;
- Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt;
- Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi.
Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır.
- Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır.
- Qonşu olmayan təpə nöqtələrini birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır.
Çoxbucaqlının növləri
Çoxbucaqlının üç təpə nöqtəsi varsa — üçbucaqlı, dörd təpə nöqtəsi varsa, — dördbucaqlı, beş təpə nöqtəsi varsa, — beşbucaqlı, ümumiyyətlə, n təpə nöqtəsi varsa, n-bucaqlı adlanır.
Xassələri
- n-bucaqlının diaqonallarının sayı n×(n-3)/2-yə bərabərdir.
- Daxili bucaqlarının cəmi 180×(n-2) ə bərabərdir.
- Xarici bucaqların cəmi 360° -yə bərabərdir.
- n-bucaqlının 1 təpəsindən çıxan diaqonallarının sayı n-3 -ə bərabərdir.
🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat