Adi göy arıquşu

Adi göy arıquşu (lat. Cyanistes caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin göy arıquşu cinsinə aid heyvan növü.

Adi göy arıquşu
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Klad:
Psittacopasserae
Klad:
Eupasseres
Yarımdəstə:
İnfradəstə:
Passerida
Fəsilə:
Növ:
Adi göy arıquşu
Beynəlxalq elmi adı

Xarakterik morfoloji əlamətləri

Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir[3][4][5][6].

Kateqoriyası və statusu

Çoxsaylıdır.

Yayılması

AvropaAsiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb[3][4][5][6].

Növdaxili müxtəlifliyi

Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c. Satunini Zarudny, 1908) yayılıb[3][4][5][6].

Yaşayış yeri və həyat tərzi

Dendrofil quşdur. Seyrək və xırda meşəliklərdə, kolluqlarda, bağlarda, çayboyu ərazilərdə yaşayır. Nəsilvermə dövründə cüt–cüt yaşayır. Ovetmə ərazisi 3000–7000 m²-dir[3][4][5][6].

Qida spektri

Entomofaqdır. Bəzi hallarda bitkilərin toxumları ilə qidalanır. Yemi ağaclardan, kolluqlardan, yerdən və otların arasından əldə edir.

Təbii düşmənləri

Azərbaycanda məlum deyil.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

Monoqamdır. İldə 2 dəfə yuvalayır. Ağac koğuşlarında yuva qurur, I yuvada 9–12 yumurta, II yuvadakı yumurtaların sayı 6-8-ə qədər olur. Kürtyatma 12–14 gün çəkir. 16-18 gündən sonra balalar yuvanı tərk edir[3][4][5][6].

Növün fenologiyası

Lələkdəyişmə bir qədər gec başlayır, sentyabrdan oktyabrın əvvəllərinə kimi.

Ontogenezi

Bir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinal və yetkin formalardan ibarətdir.

Reproduktivliyi

İldə 2 dəfə çoxalır, I dəfə 9-12, II dəfə isə 6-8 yumurta verir[3][4][5][6].

Xromosom göstəriciləri

Məlum deyil

Sayı və limit faktorları

Limit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətin və antropogen amillərin təsirlərinə məruz qalmasıdır.

Biosenozdakı rolu

Çoxalma dövründə zərərli həşəratların və onların sürfələrinin tələf edilməsində xeyirlidir.

İnsan həyatında rolu

Estetik və elmi əhəmiyyətlidir.

Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri

Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.

Növün qeydiyyat göstəriciləri

Elmi fondlarda kolleksiyası saxlanır. Muzeylərdə nümayiş etdirilir.

İstinadlar

Həmçinin bax