Avroliqa

Avroliqa (sponsorluq razılaşmasına əsasən Türk Hava Yolları Avroliqa kimi də adlandırılır) — 2000-ci ildən etibarən Avropa basketbol klubları üçün Avroliqa Basketbol tərəfindən təşkil edilən Avropa səviyyəsində yüksək səviyyəli peşəkar basketbol klubu müsabiqəsi.

"Türk Hava Yolları" Avroliqa
KonfederasiyaFİBA Avropa
Yaranma tarixiFİBA erası
14 dekabr 1957 (66 il əvvəl) (1957-12-14)[1]
Avroliqa dövrü
9 iyun 2000 (23 il əvvəl) (2000-06-09)[2]
İlk mövsümFİBA erası
1958
Avroliqa dövrü
2000–01
Komanda sayı16
Piramida səviyyəsi1
Hazırkı çempionlarıTürkiyə Fənərbaxça
(İlk dəfə)
Ən çox çempion olmuşİspaniya Real Madrid
(9 dəfə)
Veb-saytRəsmi vebsayt
2017-18 mövsümü

2000-ci ildə verilən qərara əsasən, FİBA ​​tərəfindən 1958-ci ildən etibarən idarə edilən FİBA ​​Avroliqa (əvvəldən FİBA ​​çempionları kuboku ya da sadəcə Avropa kuboku adlandırıldı) adında əvəzetmə edildi. Lakin bu sadəcə olaraq rebrendinq xarakteri daşıyırdı.

Avroliqa 2016-17 mövsümündə liqa matçları üçün orta hesabla 8.472-lik bir azarkeş sayı ilə dünyanın ən məşhur peşəkar qapalı idman liqalarından biridir. Bu nəticə ilə dünyada peşəkar qapalı idman liqaları arasında (Amerika Birləşmiş Ştatları xaricində ən yüksək) beşinci və yalnız Milli Basketbol Assosiasiyası (MBA) arxasında dünyanın hər hansı bir peşəkar basketbol liqası ikinci ən yüksək nəticədir.

Avroliqa çempionluğu 21 fərqli klub tərəfindən qazanılıb, onlardan 13-ü bu uğura ən azı 2 dəfə sahib olub. Yarışın ən müvəffəqiyyətli klubu Real Madriddir – doqquz dəfə bu mükafatın sahibi olmuşdur. Mövcud çempion isə 2017-ci ilin finalında Olimpiakosu məğlub edən Fənərbaxçadır ki, bu da onların ilk belə uğurudur.

Loqolar

Avroliqa loqosunun inkişafı
2000–20052005–20102010–20162016–indiyə qədər

Klublar

Aşağıda 2017-18 mövsümündə iştirak edən klubların siyahısı verilib:

Komanda
Şəhər
Stadion
Tutum
Anadolu EfesİstanbulSinan Erdem Arenası16.000
Olimpiya MilanMilanMediolanum Forum12.700
BaskoniyaVitoriya-QasteysFernando Buesa Arenası15.504
BrozeBamberqBroze Arenası6.249
Srvena ZvezdaBelqradKonbank Arenası18.386
Aleksandar Nikoliç Zalı8.150
MOİK MoskvaMoskvaMeqasport13.344
BarselonaBarselonaBlauqrana7.585
FənərbaxçaİstanbulÜlkər Sports Arena13.059
XimkiXimkiMıtişi Arenası7.280
Makkabi Tel-ƏvivTəl-ƏvivMenora-Mivtaxim11.060
OlimpiakosPireyBarış və Dostluq Stadionu11.640
PanatinaikosAfinaOlimpik qapalı zalı18.989
Real MadridMadridKomunidad de Madrid Arenası15.000
MalaqaMalaqaFont de San Luis bələdiyyə pavilyonu11.300
ValensiyaValensiyaXose Mariya Martin Karpena Arenası8.500
JalqirisKaunasJalqiris-Arena15.552

İstinadlar