Deniel Kreyq

Deniel Routon Kreyq (2 mart 1968[1][2][…], Çester, Çeşir[d][3]) — ingilis-amerikalı aktyor. Canlandırdığı uydurma cəsus Ceyms Bond ilə tanınma qazanıb. Onun çəkildiyi Bond filmlərinə daxildir: "Royal kazinosu", "Mərhəmət kvantı", "Skayfoll", "Spektr" və "Ölməyə vaxt yoxdur".[5][6]

Deniel Kreyq
ing. Daniel Craig
Doğum adıDaniel Wroughton Craig
Doğum tarixi2 mart 1968(1968-03-02)[1][2][…] (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı
Fəaliyyətiteleviziya aktyoru, kino aktyoru, aktyor, səsləndirmə aktyoru[d], model[d], teatr aktyoru
Fəaliyyət illəri1992-ci ildən
MükafatlarıCompanion of the Order of St Michael and St George
IMDbID0185819
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Deniel Kreyq 2 mart 1968-ci ildə İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft: Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Coli ilə birlikdə çəkilir. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal kazinosu” filmindəki 007 nömrəli agent Ceyms Bond rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər. Bu qərar media və serial superagentinin pərəstişkarları tərəfindən birmənalı qarşılanmır. Açıq rəngli saçlarını, mavi gözlərini, boyunun 185 sm-dən az olmasını, gözəçarpan bədən quruluşunun olmadığını əsas gətirib Kreyqin namizədliyinin əleyhinə səs verənlər çox olur. Bütün bunlara baxmayaraq 2006-cı il noyabrın 17-də onun iştirakı ilə çəkilmiş “Royal kazinosu” filminin premyerası baş tutur. Aktyor, həmçinin, 2008-ci ildə ekranlara çıxmış növbəti “Mərhəmət kvantı” filminə çəkildi. Deniel Kreyq peşəkar reqbi oyunçusudur və İtaliyanın Yuventus futbol klubunun tərəfdarıdır.

Filmoqrafiya

İlAdıRolQeydlərRef.
1992The Power of OneSergeant Jaapie Botha
1995A Kid in King Arthur's CourtMaster Kane
1997ObsessionJohn McHale
1998Love and RageJames Lynchehaun
ElizabethJohn Ballard
Love Is the Devil: Study for a Portrait of Francis BaconGeorge Dyer
1999The TrenchSergeant Telford Winter
2000Some VoicesRay
Hotel SplendideRonald Blanche
I Dreamed of AfricaDeclan Fielding
2001Lara Croft: Tomb RaiderAlex West
2002Ten Minutes Older: The CelloCecil Thomas
Road to PerditionConnor Rooney
Occasional, StrongJimQısametrajlı film
2003SylviaTed Hughes
The MotherDarren
2004Layer CakeXXXX
Enduring LoveJoe
2005The JacketRudy Mackenzie
FatelessAmerican Soldier
MunichSteve
2006RenaissanceBarthélémy KarasSəsləndirmə
InfamousPerry Smith
Royal kazinosuCeyms Bond
2007The InvasionBen Driscoll
Qızıl kompasLord Asriel
2008Flashbacks of a FoolJoe Scotİcraçı prodüser
Mərhəmət kvantıCeyms Bond
DefianceTuvia Bielski
How to Lose Friends & Alienate PeopleDaniel CraigKameo
2011One LifeNarratorSənədli film
Cowboys & AliensJake Lonergan
Dream HouseWill Atenton / Peter Ward
The Adventures of TintinIvan Ivanovitch Sakharine / Red RackhamMotion capture
The Girl with the Dragon TattooMikael Blomkvist
The Organ Grinder's MonkeyBubblesQısametrajlı film
2012Happy & GloriousCeyms BondQısametrajlı film
SkyfallCeyms Bond
2015SpektrCeyms BondProdüser
Ulduz müharibələri: Gücün oyanmasıStormtrooper FN-1824Kameo[7]
2017Logan LuckyJoe Bang
KingsObie Hardison
2019Bıçaqlar çəkildiDetective Benoit Blanc
2021Ölməyə vaxt yoxdurCeyms BondProdüser
2022Bıçaqlar çəkildi: Sirli macəraDetective Benoit Blanc
TBAQueerLee[8]

İstinadlar

9.Daniel Craig Wife