Dopamin

Dopamin— İnsan bədənində təbii yaranan kimyəvi maddədir. Simpatik sinir sistemində təsirləri dərman olaraq ürək döyüntülərinin artırılması və qan dövranını yüksəltmək üçün işlədilir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dopamini ifraz edən hüceyrələr var. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dopamin ifraz edilə bilmir. Dopamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir.[2] Kimyəvi formulu belədir: C6H3(OH)2-CH2-CH2-NH2. Kimyəvi adlandırılması "DA" şəklindədir.

Dopamin
Ümumi
Kimyəvi formuluC₈H₁₁NO₂[1]
Molyar kütlə0 kq[1]
Fiziki xassələri
Aqreqat halı (n.ş.)bərk
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi128 °S
Kimyəvi xassələri
Suda həllolma60 q/100 ml suda q/100 ml
Təsnifatı
CAS-da qeyd. nöm.51-61-6
PubChem
SMILESC1=CC(=C(C=C1CCN)O)O
ChEBI18243
ChemSpider

İstinadlar

Həmçinin bax

Xarici keçidlər