Elektrik müqaviməti

Elektrik müqaviməti — naqilin uzunluğu ilə düz, en kəsiyinin sahəsi ilə tərs mütənasib olub onun növündən asılıdır və cərəyanın keçməsinə mane olan keyfiyyətdir, R=ρl\SBurada R - naqilin müqaviməti, ɭ - uzunluğu, S - en kəsiyinin sahəsi, ρ - xüsusi müqavimətdir.

R=U/İR-elektrik müqaviməti, U-gərginlik və İ-cərəyan şiddətidir.

Elektrik müqavimətinin vahidi BS-də alman alimi Georq Simon Om-un şərəfinə 1 om götürülür.

Əlaqədar anlayışlar

  • 1 Om - elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin.
  • Xüsusi müqavimət - tili 1 m olan kub şəkilli naqildən kubun tili istiqamətində cərəyan keçən zaman yaranan müqavimətdir.
  • Xüsusi müqavimətin BS-də vahidi 1 om·m-dir.
  • Xüsusi müqavimətin texniki vahidi - 1 m uzunluqlu 1mm2 en kəsikli naqilin müqavimətidir. Xüsusi müqavimət cədvəllərində hər iki vahidlə qiymət verilir. 1Om mm2\m=10−6Om·m. Kifayət qədər yüksək temperaturlarda metalların müqavimətləri temperaturdan xətti asılıdır, Rt=R0(1+αt).
  • Müqavimətin temperatur əmsalı - naqili 1 °C qızdırdıqda onun müqavimətinin dəyişməsinin 0 °C-dəki müqavimətinə olan nisbətidir, α=(Rt-R0)\R0t. Əksər təmiz metallar üçün α≈1\273dər−1.
  • Müqavimət termometrləri - naqillərin elektrik müqavimətlərinin temperaturdan asılılığına əsaslanaraq düzəldilmiş cihazdır. Müqavimətin mütləq temperaturdan asılılığı RT=R0αT kimidir.Bu asılılıq mütləq sifıra yaxın temperaturlarda dəqiq ödənilmir.
  • İfrat keçiricilik - aşağı temperaturlarda materialın müqavimətinin sıçrayışla sıfra düşməsidir.Bunu ilk dəfə hollandiya fiziki Kamerlinq - Onnes 4,1K temperaturda civədə müşahidə etmişdir. Daha yüksək temperaturlarda ifrat keçiricilik göstərən materiallar tapılmaqdadır.
  • Aktiv müqavimət – bu müqavimət mövcud olduqda dövrə generatordan gələn enerjini udur. Bu enerji naqillərin daxili enerjisinə çevrilir və naqillər qızır. Aktiv müqavimətdə cərəyan şiddətinin rəqsləri gərginliyin rəqsləri ilə eyni fazada olur, cərəyan şiddətinin amplitudu bərabərliyi ilə təyin edilir.[1][2]

İstinadlar