Kameron Diaz

Amerikan aktrisa və model

Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi.

Kameron Diaz
ing. Cameron Diaz
Doğum adıCameron Michelle Diaz
Doğum tarixi30 avqust 1972(1972-08-30)[1][2][…] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Benci Medden[d] (2015–)
Uşağı
  • Reddiks Medden[d]
Partnyorları
AtasıEmilio Diaz[d]
Fəaliyyətikino aktrisası, aktrisa, model[d], səsləndirmə aktrisası[d], televiziya aktrisası, film prodüseri, icraçı prodüser, yazıçı-dokumentalist[d], televiziya prodüseri[d], fotomodel[d]
Fəaliyyət illəri1990–2016
Təhsili
Boyu175 sm
Çəkisi56 kq[4]
IMDbID0000139
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi.

Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər. Anaları qızlarının ağır musiqiyə olan həvəslərini sakit qarşılayır, hətta Ozzi Ozbornun, Metallikin və Van Halenin konsertlərinə Kameronla gedirdi.

Uşaqlıqda Kameronun evdə siçan, pişik, quşlar, ilanlar və digər canlılardan ibarət kiçik bir zooparkı var idi. Zooloq olmağı arulayan Kameron aktrisa karyerası barədə heç düşünmürdü.

Karyerası

Model

Diaz 16 yaşında model kimi öz karyerasına başladı. Diazın Elite Model Management moda agentliyi ilə müqaviləsi var idi. Növbəti bir neçə il ərzində o dünyanın aparıcı moda agentlikləri ilə müqavilələr bağladı. O, Calvin Klein və Live`s-in əsas modellərindən biri kimi işləyirdi. Kameronun 17 yaşı olanda - 1990-cı ildə Seventeen jurnalının üz qabığında şəkli çıxdı.

Aktrisa

Cim Kerri ilə çəkildiyi "Maska" (1994) filmində uğurlu debütündən sonra, Kameron Diaz Hollivudda tanınır. Peşəkar model hal-hazırda aktrisa kimi kifayət qədər populyardır, bir çox filmlərə çəkilməklə yanaşı, cizgi və animasiya filmlərinin səsləndirilməsində də iştirak edir. Aktrisaya xüsusi populyarlıq gətirən son filmlər arasında "Dəyişik məzuniyyət" və "Bir dəfə Veqasda" filmlərinin adlarını çəkmək olar. 23 iyun 2009-cu ildə Hollivudun məşhur şöhrət xiyabanında aktrisanın adını daşıyan 2386 saylı ulduz peyda olub.

Filmoqrafiya

İlAdOrijinal ad
1994MaskaThe Mask
1999Con Malkoviç olmaqBeing John Malkovich
2000Çarlinin mələkləriCharlie's Angels
2001ŞrekShrek
2003Çarlinin mələkləri: Daima irəliCharlie's Angels: Full Throttle
2004Şrek 2Shrek 2
2003Üçüncü ŞrekShrek the Third
2010Hər zaman ŞrekShrek Forever After
2014Özgə qadınThe Other Woman

İstinadlar

Xarici keçidlər