Mariya Ressa

Filippin-ABŞ jurnalist və yazıçı

Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila[1]) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021).[2]

Mariya Ressa
ing. Maria Angelita Ressa
Doğum tarixi2 oktyabr 1963(1963-10-02) (60 yaş)
Doğum yeri
Milliyyətifilippinli
TəhsiliPrinston Universiteti
Fəaliyyətijurnalist, redaktor, universitet müəllimi[d]
Fəaliyyət illəri1995-ci ildən
MükafatlarıQızıl Azadlıq Lələyi (2018)
100 qadın (2019) Fulbrayt proqramı
Dörd Azadlıq Mükafatı - İfadə Azadlığı
2021 Nobel Sülh Mükafatı laureatı
mariaressa.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır.[3]

Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir.[3] 2011-ci ildən "Rappler" xəbər saytını yaradaraq ona rəhbərlik edir.[4][5][6]

Filippin höküməti ilə münaqişə

2020-ci ildə, mübahisəli Filippin Kibercinayətkarlıq Qanunu ilə onlayn böhtan atmaqla ittiham edilərək məhkum edildi.[7][8][9][10] Mariya Ressanın təqibi insan haqları qrupları və jurnalistlər tərəfindən mətbuat azadlığına hücum kimi qiyçətləndirildi.[11][12][13]

13 Fevral 2019-cu ildə Ressa, 2012-ci ildə "Rappler"in iş adamı Vilfredo Kengin avtomobilini ölkənin Ali Məhkəməsi Başçısı Renato Coronaya borc verdiyinə dair yalan xəbərlər yaymaq ittihamı ilə həbs edildi. Bir gün sonra zaminə buraxıldı. 15 iyun 2020-ci ildə Manila məhkəməsi onu böhtan atmaqda günahkar bildi. Ressa Filippin Prezidenti Rodriqo Dutertenin daimi tənqidçisi olduğu üçün onun həbsi və məhkum edilməsi müxalifətdə və beynəlxalq aləmdə çoxları tərəfindən siyasi motivli bir hərəkət kimi qiymətləndirildi.[8][14][15][16]

Mükafatları

Siyasi baxışlarına və söz azadlığı uğrunda mübarizəsinə görə təqib olunan jurnalistlərdən biri olaraq "Time" jurnalının 2018-ci ilin adamı siyahısına daxil edildi.[17][18]

Ressa Sərhədsiz Reportyorlar İnformasiya və Demokratiya Komissiyasında 25 aparıcı şəxsdən biridir.[19]

2021-ci ilin oktyabrında Rusiyalı jurnalist Dmitri Muradov ilə birlikdə "demokratiya və davamlı sülh üçün ön şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülmüşdür.[20]

İstinadlar

Ədəbiyyat

  • Seeds of Terror: An Eyewitness Account of Al-Qaeda's Newest Center of Operations in Southeast Asia. The Free Press, 2003. ISBN 978-0743251334

Xarici keçidlər