Qərbi Azərbaycan ostanı

Qərbi Azərbaycan ostanıİranda ostan. Mərkəzi Urmiya şəhəridir.

Ostan
Qərbi Azərbaycan ostanı
fars. استان آذربایجان غربی

37°33′10″ şm. e. 45°04′33″ ş. u.


Ölkəİran
DaxildirIII region
İnzibati mərkəzUrmiya
Ən böyük şəhərləriUrmiya
Tarixi və coğrafiyası
Sahəsi37 437 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.265.219 nəf. (2016)[1]
Rəqəmsal identifikatorlar
ISO koduIR-04
Telefon kodu0441
Rəsmi sayt
Qərbi Azərbaycan ostanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ostanın ərazisi 37437 km²[2], əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır.[3]

Tarix

Bu bölgənin ərazisi vaxtı ilə qədim lullubilər, qutilər, e.ə. 10-cu əsrlərdə isə mannalıların yurdu olmuş, zaman zaman Assuriya, Urartu kimi dövlətlər tərəfindən zəbt olunub; sonunda isə Manna dövləti cənubda yerləşən Midiyanın tərəfindən zəbt edilmiş və dağıdılmışdı. Daha sonralar isə Midiyanın özü ilk fars sülaləsi olan Əhəmənilər tərəfindən çökdürülərək, Azərbaycan ərazisi Əhəmənilər imperiyasının hökmü altına girməli oldu.

Eramızın 4-cü əsrində Sasanilər imperiyası bu əraziləri Adhurpadağan satrapına qatdı. Adhurpadağan adı Atropatena adından törəyib, sonralar ərəbləşdirilmiş formada "Azərbaycan" kimi səsləndirilirdi.[4][5] Qədim Zərdüşt dininə (Zərdüştilik, atəşpərəstlik) aid edilən Təxt-i Süleyman məbədi Qərbi Azərbaycanın Təkab (Tikantəpə) şəhəri yaxınlığında yerləşir.

10-cu əsrdə bu əraziləri sayca artan kürd tayfaları idarə ediblər.[6] 1609–1610-cu illərdə burada kürd tayfaları ilə Səfəvilər dövləti arasında Dimdim döyüşü baş verib. Uzun çəkən döyüşdən sonra kürdlər məğlub edildi, bütün təslim olanlar öldürüldü və regionun kürd əhalisinin mühüm hissəsi I Şah Abbasın əmrinə əsasən Xorasana sürgün edildi. Onların yerinə bu ərazilərə türk əsilli Əfşar tayfası köçürüldü.[7]

1946-cı ildə Sovet ordusu bu əraziləri qısa müddətə işğal etmişdi. Sovet qoşunları buranı tərk etdikdən sonra qısa müddətə burada Azərbaycan Milli HökumətiMəhabad Cümhuriyyəti mövcud olublar, lakin qısa müddət mövcudiyyətini sürdürə bilmiş və İrana reinteqrasiya edilmişlər.

2011-ci ilin yanvar ayında Qərbi Azərbaycan ostanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 77 nəfər həlak olmuşdu.[8] Həmin ilin sentyabr ayında Məhabad şəhərində İran-İraq müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar olaraq keçirilən hərbi paradda ziyarətçilər arasında terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində 12 nəfər həlak olmuş, 80 nəfər isə yaralanmışdı. Partlayışın konkret hansı təşkilat tərəfindən törədildiyi məlum olmasa da, Qərbi Azərbaycan ostanının qubernatoru Vahid Cəlalzadə terror aktını Qərb dövlətləri tərəfindən dəstəklənən inqilab əleyhdarı terrorçu qruplar tərəfindən törədildiyini bildirib.[9]

Coğrafiya

Geniş düzənliklər və hündür dağlar ostanlığın relyefini təşkil edir. Şimalda Araz çayı və bir sıra dağ çayları əsas su mənbəyidir. Şərqində Urmiya gölü yerləşir. Orta temperatur Urmiyada 10,8 °C, Xoyda 9,4 °C, Məhabadda isə 11,6 °C-dir. Ən yüksək temperatur göstəricisi iyul ayında 34 °C, ən aşağı temperatur isə yanvar ayında –16 °C-dir.

İqtisadiyyatı

Qərbi Azərbaycan ostanının iqtisadiyyatının böyük hissəsi kənd təsərrüfatına əsaslanır. 2013-cü ildə ostanın Təkab şəhərində Qərbi Asiyanın ən böyük qızıl zavodunun tikintisi planlaşdırılır. Zavodun tikintisinə 60 mln. dollar sərf olunacaq. Ostanın yataqlarında qızılın ehtiyatı 80 ton təşkil edir və oradan hər il 3 ton qızıl çıxarılması planlaşdırılır.[10] Qərbi Azərbaycan ostanının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazisi Urmiya şəhəridir. Urmiya əhalisinin həyat şəraiti ostanın digər əhalisinin həyat şəraitindən çox yüksəkdir. Ostanda yüzlərlə kənd vardır, onların çoxusunda daimi su və elektrik təchizatı, telefon xəttləri və peyk televiziyasına çıxışı var.

Əhali

24 oktyabr – 13 noyabr 2011-ci il əhali siyahıyaalınmasına əsasən Qərbi Azərbaycan ostanında 3.080.576 nəfər əhali yaşayır.

Dini və etnik tərkib

2010-cu ildə Qərbi Azərbaycan ostanında
əhalinin ana dilinə əsasən etnik tərkibi (toplam)[12]
etnik qrupnisbəti
Azərbaycanlılar
  
76.20%
Kürdlər
  
21.70%
Farslar
  
0.80%
Digərləri
  
1.00%
Təsniflənməmiş
  
0.30%
2010-cu ildə Qərbi Azərbaycan ostanında şəhər
əhalisinin ana dilinə əsasən etnik tərkibi
etnik qrupnisbəti
Azərbaycanlılar
  
82.50%
Kürdlər
  
15.40%
Farslar
  
1.30%
Digərləri
  
0.30%
Təsniflənməmiş
  
0.50%
2010-cu ildə Qərbi Azərbaycan ostanında kənd
əhalisinin ana dilinə əsasən etnik tərkibi
etnik qrupnisbəti
Azərbaycanlılar
  
66.40%
Kürdlər
  
31.20%
Farslar
  
1.30%
Digərləri
  
2.40%
Təsniflənməmiş
  
0.00%

Əhali əsasən Azərbaycan türklərindən[13][14][15][16][17][18][19], qismən kürdlərdən[20][21] , az sayda ermənilərdən və assuriyalılardan ibarətdir.[22]

İnzibati bölgü

Qərbi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı şəhristanlara bölünür :

Qərbi Azərbaycan ostanının inzibati bölgü xəritəsi
SıraŞəhristanın adıƏhalinin sayıİdarə etmə mərkəzi
1Bükan şəhristanı202.637Bükan
2Çaypara şəhristanı42.225Qaraziyaəddin
3Çaldıran şəhristanı44.572Çaldıran
4Xoy şəhristanı365.573Hoy
5Məhabad şəhristanı197.441Məhabad
6Maku şəhristanı174.578Maku
7Miyanduab şəhristanı245.153Miyandoab
8Nəqədə şəhristanı117.831Nəqədə
9Üşnəviyyə şəhristanı63.798Üşnəviyyə
10Piranşəhr şəhristanı107.677Piranşəhr
11Puldəşt şəhristanı38.586Puldeşt
12Salmas şəhristanı180.708Salmas
13Serdeşt şəhristanı104.146Serdeşt
14Şahindej şəhristanı89.356Şahindej
15Şövt şəhristanı51.476Şövt
16Təkab şəhristanı81.395Təkab
17Urmiya şəhristanı856.914Urmiya

Ayrıca Bax

Xarici Keçidlər

İstinadlar

🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat