Robert Pattinson

Robert Duqlas Tomas Pattinson (13 may 1986[1][2], London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib.

Robert Pattinson
ing. Robert Douglas Thomas Pattinson
Pattinson 2018-ci ildə
Pattinson 2018-ci ildə
Doğum adıRobert Douglas Thomas Pattinson[4]
Doğum tarixi13 may 1986(1986-05-13)[1][2] (37 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Fəaliyyətiaktyor, film prodüseri, model[d], kino aktyoru, teatr aktyoru, bəstəkar, müğənni, televiziya aktyoru
Fəaliyyət illəri2004-cü ildən
Boyu185 sm
IMDbID1500155
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi.

Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin OkleyTess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı.

Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı. Twilight adlı kitabın filmində Edvard Kalleni canlandırdı. 2009-cu ildə nümayişə girən Salvador Dali və Federiko Garsiya Lorka arasında varolduğu düşünülən eşqi izah edən Kiçik Küllər filmində Dalini canlandırdı. Alatoran filmi ilə böyük çıxış edən oyunçunun 2009–2010-cu illəri üçün Məni Xatırla, Azad Məhkumlar və Alatoran Seriyasının 2.filmi olan "Yeni Ay" ilə 3 film proyekti vardır.

Modellik karyerası

Pattinson 12 yaşındaykən modellik etməyə başladı. Hackett 'in 2007 payız kolleksiyasında yer aldıqdan sonra dekabr 2008-ci ildə modellik etməkdən imtina etdi və bu peşəni buraxdı. Səbəb olaraq isə "Artıq çox əzələli və kişiyə xas olduğunu, köhnəsi kimi maraq çəkmədiyini" ifadə etdi.

2013-ci ilin iyun ayında Pattinson, Dior Homme 'un yeni üzü seçildi və Romain Gavras tərəfindən idarə 1000 LIVES başlıqlı reklam Kampanyası'nda iştirak etdi.

Filmoqrafiya

İlAdRolQeydlər
2004Vanity FairAdult Rawdy CrawleySilinmiş səhnə
2005Harri Potter və Alov QədəhiCedric Diggory
2008How to BeArt
AlatoranEdvard Kallen
2009Little AshesSalvador Dali
Alatoran. Saqa: Yeni AyEdvard Kallen
2010Remember MeTyler Hawkinsİcraçı prodüser
Alatoran. Saqa: TutulmaEdvard Kallen
Love & DistrustRichardSegment: The Summer House
2011Water for ElephantsJacob Jankowski
Alatoran. Saqa: Sübh (I hissə)Edvard Kallen
2012Bel AmiGeorges Duroy
CosmopolisEric Packer
Alatoran. Saqa: Sübh (II hissə)Edvard Kallen
2014The RoverReynolds
Maps to the StarsJerome Fontana
2015Queen of the DesertT. E. Lawrence
LifeDennis Stock
2016The Childhood of a LeaderCharles Marker / Adult Prescott
The Lost City of ZHenry Costin
2017Yaxşı vaxtConstantine "Connie" Nikas
2018DamselSamuel Alabaster
High LifeMonte
2019MayakEphraim Winslow / Thomas Howard
The KingThe Dauphin
Waiting for the BarbariansOfficer Mandel
2020TenetNeil
The Devil All the TimePreston Teagardin
2022BetmenBrüs Ueyn / Betmen
2023The Boy and the HeronThe Grey HeronSəs; İngiliscə dublyaj
2024Mickey 17Mickey Barnes

Xarici keçidlər

İstinadlar