Saravak

Kalimantan adasında yerləşən Malayziyanın iki ştatından biri

SaravakKalimantan adasında yerləşən Malayziyanın iki ştatından biri. Ştat həmçinin Sabah, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Bu ərazi Malayziya yarımadasının ştatlarından kənarda qaldığına görə xüsusi muxtariyyət hüququna malikdir. İndiki dövrdə ştat Bumi Kenyalang (kərgədan quşlarının torpağı) kimi tanınır.

Malayziyanın ştatı
Saravak
malay Sarawak
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
Ibu Pertiwi Ku

3°02′17″ şm. e. 113°46′52″ ş. u.


ÖlkəMalayziya
İnzibati mərkəzKiçunq
Baş nazirAdenan Satem
Tarixi və coğrafiyası
Yaradılıb22 iyul 1963, 16 sentyabr 1963
Sahəsi124 450 km² (1-ci yer)
Hündürlük
  •  Maksimal


  • 2423 m
Saat qurşağı+8
Əhalisi
Əhalisi2 471 140 nəfər (2010) (4-cü yer)
Əhalinin sıxlığı19,86 nəfər/km² (4-cü yer)
Rəqəmsal identifikatorlar
AbreviaturaSWK
ISO koduMY-13
Telefon kodu082, 083, 084, 085, 086
Poçt indeksi93000–98999
Avtomobil nömrəsiQ
Rəsmi sayt
Saravak xəritədə
Saravak xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ştat müstəqil Bruney dövlətinin ətrafını əhatə etməklə bərabər, cənubdan İndoneziya dövləti ilə, şimal-şərqdən Sabah ştatı ilə sərhədlərə malikdir. Saravak Kalimantan adasının şimal-qərbində yerləşir. Ştatın inzibati mərkəzi əhalisinin sayı 700,000 olan Kuçinq şəhəridir. Saravakın əsas şəhərləri Miri, Sibu və Bintuludur. 2010-cu il sıyahıyaalmasına əsasən ştatın əhalisi 2,420,009 nəfərdir.[1]

İstinadlar