Yoluxucu xəstəliklər

Yoluxucu xəstəliklərpatogen mikroorqanizmlərin, viruslarınprionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupu. Patogen mikrobun yoluxucu xəstəlik törətməsi üçün onun virulentliyi (zəhərlilik; lat. virus – zəhər), yəni orqanizmin müqavimətini aradan qaldırmaq və zəhərli təsir göstərmək qabiliyyəti olmalıdır. Bəzi patogen agentlər həyat fəaliyyəti zamanı ifraz etdikləri ekzotoksinlərlə orqanizmin zəhərlənməsinə səbəb olur (tetanoz, difteriya), digərləri orqanizmi məhv edildikdə (vəba, qarın tifi) toksinlər (endotoksinlər) buraxır.

Yoluxucu xəstəliklər
Rənglənmiş elektron mikroqrafik malyariya patogeninin bağırsaq epiteli vasitəsilə miqrasiyasını nümayiş etdirir
Rənglənmiş elektron mikroqrafik malyariya patogeninin bağırsaq epiteli vasitəsilə miqrasiyasını nümayiş etdirir
XBT-10A00.-B99.
XBT-10-KMA00.B99
XBT-9001-139
XBT-9-KM079.0[1][2], 136.9[2], 136.8[2]
MeSHD003141
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yoluxucu xəstəliklərin xüsusiyyətlərindən biri inkubasiya dövrünün olmasıdır, yəni yoluxma anından ilk klinik əlamətlərin görünməsinə qədər olan dövr. Bu dövrün müddəti infeksiya üsulundan və patogenin növündən asılıdır və bir neçə saatdan bir neçə ilə qədər davam edə bilər (sonuncu nadir halda olur).

Mikroorqanizmlərin bədənə daxil olduğu yerə infeksiyanın giriş qapısı deyilir. Hər bir xəstəlik növünün özünəməxsus giriş qapısı var, məsələn, vəba vibrionu ağızdan bədənə daxil olur və dəriyə nüfuz edə bilmir.

Yoluxucu xəstəliklər — xüsusi tibb fənnidir.

Təsnifatı

Yoluxucu xəstəliklərin bir çox təsnifatı var. Qromaşevski tərəfindən tərtib olunmuş təsnifat ən çox istifadə olunandır:

Yaranma təbiətindən asılı olaraq, yoluxucu xəstəliklər aşağıdakılara bölünür:

Epidemiologiyası

Aşağıdakı cədvəldə Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2002-ci ildə 100.000-dən çox insanın öldüyü yoluxucu xəstəliklərin siyahısı verilmişdir. Müqayisə üçün 1993-cü ilin məlumatları təqdim olunmuşdur.

Dünyada yoluxucu xəstəliklərdən ölənlərin sayı[3][4]
YeriÖlüm səbəbi2002-ci ildə vəfat edənlər, mln%
bütün ölümlər
1993-cü ildə vəfat edənlər, mln.1993-cü ildə yer
N/ABütün yoluxucu xəstəliklər14,725,9 %16,432,2 %
1Aşağı tənəffüs yollarının xəstəlikləri[5]3,96,9 %4,11
2HİV/QİÇS2,84,9 %0,77
3Bağırsaq xəstəlikləri[6]1,83,2 %3,02
4Vərəm1,62,7 %2,73
5Malyariya1,32,2 %2,04
6Qızılca0,61,1 %1,15
7Göy öskürək0,290,5 %0,367
8Tetanoz0,210,4 %0,1512
9Meningokok infeksiyası0,170,3 %0,258
10Sifilis0,160,3 %0,1911
11Hepatit B0,100,2 %0,936
12–17Tropik xəstəliklər (6)[7]0.130,2 %0,539, 10, 16–18
Qeyd: Digər səbəblər ana və körpə ölümü (5,2%), qidalanma çatışmazlığı (0,9%),
qeyri-infeksion xəstəliklər (58,8%) və xəsarətlərdir (9,1%)
.

Ölənlərin sayına görə HİV/QİÇS, vərəmmalyariya liderlik edir. Bütün nozoloji vahidlər üzrə ölüm nisbəti azalıb, lakin QİÇS üçün bu göstərici 4 dəfə artıb. Uşaq yoluxucu xəstəliklərə məxmərək, göy öskürək, poliomielit, difteriya, qızılca və tetanoz, həmçinin aşağı tənəffüs yolları və bağırsaq xəstəliklərinin yüksək faizi daxildir.

Disability-adjusted life year (DALY) 2004-cü ildə 100.000 nəfərə düşən yoluxucu və parazitar xəstəliklərə görə[8].
  ≤250
  250-500
  500-1000
  1000-2000
  2000-3000
  3000-4000
  5000-6250
  6250-12500
  12500-25000
  25000-50000
  ≥50000

Tarixi pandemiyalar

Pandemiya (və ya qlobal epidemiya) dünyanın geniş ərazisinin əhalisinə təsir edən bir xəstəlikdir.

  • Yustinian vəbası — 541–750-ci illərdə Avropa əhalisinin 50%-60%-ni öldürmüşdür[9]
  • Qara ölüm — 1347–1352-ci illərdə Avropada 25 milyon insanın həyatına son qoymuşdur. XIV-cü əsrdə vəba Avropa əhalisini təxminən 450 milyondan 350–375 milyon nəfərə endirmişdir.
  • XV–XVI əsrlərdə Avropa tədqiqatçıları tərəfindən Mərkəzi və Cənubi Amerikaya suçiçəyi, qızılca və tif xəstəliyinin gətirilməsi aborigen əhalisi arasında pandemiyalara səbəb olmuşdur. 1518–1568-ci illər arasında pandemiya Meksika əhalisinin sayını 20 milyondan 3 milyona qədər endirmişdir.[10]
  • Avropada ilk qrip epidemiyası 1556–1560-cı illər arasında baş vermişdir.[10] Ölüm 20% olmuşdur.
  • Çiçək xəstəliyi XVIII-ci əsrdə təxminən 60 milyon avropalının ölümünə səbəb olmuşdur.[11]
  • Vərəm — XIX-cu əsrdə Avropada yetkin əhalinin təxminən dörddə birini öldürmüşdür.[12]
  • Qrip pandemiyası (və ya ispan qripi) 1918-ci ildə 25–50 milyon insanı (dünya əhalisinin təxminən 2%-ni) öldürmüşdü.[13]
  • COVİD-19 pandemiyası.

Profilaktikası

Profilaktik tədbirlər:

Karantin infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər kompleksidir. Bura xəstələrin təcrid edilməsi, yaşayış yerinin dezinfeksiya edilməsi, xəstələrlə təmasların müəyyən edilməsi, sosial məsafənin saxlanması və s.

Həmçinin bax

Ədəbiyyat

  • Герценштейн Г. М., Соколов А. М. Инфекционные болезни  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Каталог возбудителей инфекционных болезней, имеющих тенденцию к распространению Arxiv surəti 10 mart 2012 tarixindən Wayback Machine saytında — глава из книги М. В. Супотницкого.
  • "Микроорганизмы, токсины и эпидемии". Материалы главы подготовлены по данным Комитета по проблемам возникновения микробных болезней Института медицины Национальной академии наук США.
  • Фрумер А. Л. Эпидемические и эндемические болезни  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.

İstinadlar

Xarici keçidlər

🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat