Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!Hazırda Azərbaycan dilində 200.081 məqalə mövcuddur. |
Hazırda Azərbaycan dilində 200.081 məqalə mövcuddur.
Steins;Gate — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır. |
Səhifə ər-Rza, həmçinin Səhifət əl-İmam ər-Rza — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu. "Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir. Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. |
Alabama qraflıqlarının siyahısı — ABŞ-ın Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu. |
- Fransa Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən olan Yeni Kaledoniyada 13 may tarixində başlamış etirazlar nəticəsində ən azı 6 nəfər həlak olub. Fransa etirazları yatırmaq məqsədi ilə adaya xüsusi təyinatlı birliklərini göndərib.
- Rusiya Silahlı Qüvvələri 10 may tarixindən etibarən otuz min nəfərlik canlı qüvvə ilə Ukraynanın Xarkov şəhərini ələ keçirmək üçün hərbi əməliyyatlara başlayıb.
- 68-ci Avroviziya Mahnı Müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler olub.
- Şuşada başlayan "Xarıbülbül" festivalı Laçında konsert proqramı ilə başa çatıb.
- Aydın Süleymanlı kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.
- Malıbəylidə kütləvi məzarlıq aşkar edilib.
- Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel olan Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
- Ölü dilə çevrilmək üzrə olan Yurakare dilində 2004-cü ilin məlumatına görə təxminən 2700 nəfər danışır.
- Alban yazıçısı olan Musine Kokalari (şəkildə) Albaniyada kitabı çap edilən ilk qadın yazardır.
- Tempera rəssamlıq texnikası ənənəvi olaraq, yumurta, yapışqan, su, bal və müxtəlif bitki yapışqanları kimi vasitələr və ya boyalara əllə narın hala salınmış tozvari piqmentlərlərin əlavə olunması ilə yaradılır.
- Aleksandr sütununu bəzən Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar.
- Praqa qəsrində yerləşən barokko üslublu Lobkovitz sarayı şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi