Malkolm X

Malkolm X və ya Malkolm İks (ing. Malcolm X, Malcolm Little, sonradan əl-Hac Malik əl-Şahbaz [a]; 19 may 1925[1][2][…], Omaha, Nebraska21 fevral 1965[1][2][…], Manhetten, Nyu-York ştatı) — ABŞ-nin müsəlman icmasının rəhbərlərindən biri və afroamerikalı insan haqları hərəkatının tanınmış fəalı. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər.[3][4]

Malkolm X
əl-Hac Malik əl-Şabazz
Malkolm X 1964-cü ildə
Malkolm X 1964-cü ildə
Şəxsi məlumatlar
Doğum adıMalcolm Little
Doğum tarixi
Doğum yeriOmaha, Nebraska, ABŞ
Vəfat tarixi (39 yaşında)
Vəfat yeriNyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat səbəbiqətlə yetirilib
Dəfn yeriFernkliff məzarlığı
Fəaliyyətisiyasətçi, avtobioqraf[d], siyasi fəal[d], insan hüquqları fəalı
Diniislam, İslam milləti, Sünni İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir. 1952-ci ildə icbari işlə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra, tez bir zamanda təşkilatın ən güclü şəxslərindən birinə çevrilmişdir.

Malkolm X Afroamerikan vətəndaş haqları hərəkatı zamanı hərəkatın 10 il boyunca ictimai sifəti rolunu oynamışdır. O, qaradərililərin üstünlüyünü, qara və ağ amerikalıların ayrı-ayrı olduğunu müdafiə edirdi. O, həmçinin, insan haqları hərəkatını irqi inteqrasiyaya vurğu etdiyinə görə rədd edirdi.

O, "İslam milləti" ilə əldə etdiyi bəzi sosial uğurlara görə qürur duyduğunu açıq formada bildirirdi. Bu uğurlardan isə narkotik asılılıqdan pulsuz reabilitasiya proqramı xüsusi seçilirdi. 1950-ci illərdə Malkolm X Federal Təhqiqat Bürosu tərəfindən izlənilirdi. Federal Təhqiqat Bürosu "İslam milləti"nin kommunizmlə əlaqəli olduğunu güman edirdi.

1960-cı illərdə Malkolm X "İslam milləti" və onun rəhbəri Eliyah Məhəmmədlə bağlı məyusluq hissi keçirməyə başladı. Bununla eyni zamanda İslamın Sünnilik məzhəbinə daha da yaxınlaşdı. Həcc ziyarətini tamamladıqdan sonra, irqi inteqrasiyanı müdafiə etməyə və rasizmi tənqid etməyə və özünü əl-Hac Malik əl-Şahbaz adlandırmağa başladı. Afrikaya səyahət etdikdən sonra "İslam milləti" hərəkatını tamamilə rədd etdi və Müsəlman Məscidi İnistitutunu və panafrikaizmi qabartmaq üçün Afro-Amerikan Birliyi Təşkilatını yaratdı.[5]

1964-cü ildə onun "İslam milləti" ilə olan mübahisələri daha da şiddətləndi.Nəticədə 1965-ci ilin 21 fevralında "İslam milləti" hərəkatının 3 üzvü onu güllələyərək öldürdü. Malkolm X Günü hər il dünyanın müxtəlif ölkə və şəhərlərində qeyd olunur. ABŞ-də onun şərəfinə adlandırılmış yüzlərlə küçəməktəb var.

Erkən illəri

ABŞ-də 1930-cu il əhalinin siyahıyaalınmasına görə Littl ailəsi (56-cu sətir)

Malkolm Littl 1925-ci ilin may ayının 19-da Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Onun anası Qrenadada anadan olmuş Luiziya Elen Littl, atası isə Corciya ştatında anadan olmuş Örl Littl idi.[6] Luis və Örl açıq-aşkar Baptizm tərəfdarı və panafrikan aktivisti Markus Qarveyin pərəstişkarı idilər. Örl Universal Qaradərili Təkmilləşdirmə Dərnəyi və Afrika İcmalar Liqasının yerli təşkilatının lideri, Luiziya Littl isə onun köməkçisi və təşkilatın mətbuat katibi olmuşdur. O, yerli xəbərləri Neqro Vörld qəzetinə göndərməklə mükəlləf idi. Bu cütlük ailədə övladlarına özlərinə inanmağı və qaradərili olmaları ilə qürur duymalarını aşılamışdır.[7][8][9] Malkolm X sonralar bildirmişdi ki, ağdərili şiddət tərəfdarları onun atasının 4 qardaşını öldürmüşdür.[10]

Örlin təşkilatdakı fəaliyyətinə görə Ku Kluks Klan ailəni təhdid edirdi.[11] Buna görə Malkolmun ailəsi Viskonsin ştatındakı Miluoki şəhərinə, sonradan isə Miçiqan ştatına köçməyə məcbur olur.[12] Orada da ağ irqçi təşkilat olan Qara Legion ailəni təhdid etməyə başlayır.[13] Ailənin evi yanan zaman Örl Qara Legion təşkilatını günahlandırmışdı.[14]

Malkolmun 6 yaşı olarkən onun atası vəfat edir. Rəsmi məlumatda onun atasının tramvay qəzasında ölməsi göstərilsə də, Luiziya həyat yoldaşının Qara Legion tərəfindən öldürüldüyünü bildirmişdi. O dövrdə yayılan şayiələrdə də, Örlin Qara Legion tərəfindən öldürüldüyü bildirilirdi. Örlin ölümündən sonra Luiziya uzun mübahisələrdən sonra həyat sığortasından aylıq 18 dollar olmaqla, 1.000 dollar (2018-ci il ABŞ dolları ilə 18.000 dollar) almağa nail oldu.[15] Lakin sonradan şirkət Örlin intihar etdiyini iddia edərək pulu ödəməkdən imtina etdi. Bütün bu baş verənlər hələ uşaq olan Malkolma ciddi təsir etmişdi.[16]

Luiziya 1937-ci ildə bir nəfərlə sevgili olmuş, lakin sevgilisi Luiziya hamilə qalandan sonra onu atıb getmişdi.[17] 1938-ci ildə əsəb sarsıntısı keçirən Luiziya Kalamazu Dövlət Xəstəxanasına salındı. Övladları isə xüsusi qoruyucu evlərə verildilər. Malkolm və bacı-qardaşları Luiziyanı 24 ildən sonra xəstəxanadan çıxara bildilər.[18][19]

Malkolm orta məktəbdə ən bacarıqlı şagird olmuşdur. O dövrdə ən böyük arzusu gələcəkdə vəkil olmaq olan Malkolma müəllimi "vəkillik qaradərili üçün heç də real bir hədəf deyil" deməsindən sonra məktəbi atmışdır.[20] Malkolm X sonralar ağ insanın dünyasında istedadı olsa belə, bir qaradərilinin yaxşı kareyera qura bilməyəcəyini hiss etdiyini demişdi.

14 yaşından 21 yaşına qədər Bostonda Roksburi adlanan afroamerikan məhəlləsində ögəy bacısı Ella Littl-Kollinslə birgə yaşamışdır.[21][22] Burada yaşayarkən müxtəlif işlərlə məşğul olmuşdur.

Miçiqan ştatının Flint şəhərində qısa müddət yaşadıqdan sonra, 1943-cü ildə Malkolm Littl Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür. Burada o, narkotik maddələrin ticarəti, qumar, xərac toplama, oğurluq və qadın ticarəti ilə məşğul olmuşdur.[23] Onun son dövrlərdəki bioqraflarına görə, Littl özü də bəzən pul qarşılığında cinsi əlaqəyə girmişdir.[24][25][b] Burada o, kafedə qab yuyan işləyən və peşəkar komedayaçı olmaq istəyən Con Elroy Sanford ilə dostlaşmışdı. Sanford sonralar Redd Foks adı ilə məşhur komediya ustası olmuşdu. Hər ikisinin saçları qırmızımtıl idi və buna görə də, Sanford "Qırmızı Çikaqo", Malkolm isə "Qırmızı Detroit" adlandırılırdı.[33]

İkinci Dünya müharibəsi başlayan zaman yerli səfərbərlik şöbəsində "qaradərili əsgərləri strukturlaşdırmaq...silah oğurlamaq və bir az kraks öldürmək üçün cənuba göndərilmək istədiyini" dedikdən sonra əqli qüsurlu hesab edilmiş və hərbi xidmətə alınmamışdır.[34][35][36]

1945-ci ildə varlı ağdərililərin evlərini soymaq üçün 4 dostu ilə birlikdə Bostona gəlmişdir. 1946-cı ildə təmirə verdiyi oğurluq saatı geri götürməyə gəldiyi zaman polislər tərəfindən həbs edilmiş və şəxsi mülkə icazəsiz daxil olmada, oğurluqda və ziyan vurmada ittiham edilərək 8-10 il müddətinə həbsə məhkum edilmişdir.[37][38] Çarlestaun Dövlət Həbsxanasında həbsdə saxlanılmışdır.

"İslam milləti" dövrü

Həbsxana dövrü

Məhəmməd bəyin doktrinin, yazışmalarının, ziyarətçilərimin...və mənim kitab oxumamdan aylar keçdi və mən dustaq olduğumu belə xatırlamağa vaxt tapa bilmədim. Əslində, həyatımda heç vaxt bu qədər azad olmamışdım.

Malcolm X[39]

Malkolm həbsxanada olarkən həbsdə özünü inkişaf etdirmiş şəxs olan məhkum Con Bembri ilə tanış olmuşdur.[40] Sonralar Malkolm onu "tamamilə hörmət etdiyim ilk insan" deyə təsvir edəcəkdi.[41] Con ona olan təsiri ilə Malkolmun oxumağa qarşı istəyini artırmışdır.[42]

Bu dövrdə qardaşlarından bəziləri ona "İslam milləti" ilə bağlı xəbərlər göndərmişdi. "İslam milləti" qaradərililərin dini hərəkatı idi. Son olaraq qaradərililərin ağdərili amerikalı zülmündə qurtulması üçün Afrikaya köç etməsini təklif etmişdi.[43] İlk əvvəllər Malkolm bununla çox da maraqlanmamışdı. Sonra qardaşı Reginald "Malkolm siqaret çəkməyi və donuz əti yeməyi tərkid. Həbsxanadan necə çıxmaq lazım olduğunu sənə göstərəcəyəm" deyə ona məktub yazdı.[44] Malkolm bu məktubdan sonra siqareti və donuz əti yeməyi tərkiddi.[45] Reginald onu ziyarətə gəldiyi vaxt "İslam milləti" hərəkatı və onun doktrini (ağdərili insanların şeytan olması inancı daxil) haqqında məlumat verdi. Qardaşının bu sözlərindən sonra dinlərə çox mənfi münasibətinə görə şeytan (ing. satan) ləqəbi almış[46] Malkolm ağdərili insanlarla olan bütün münasibətlərində saxtakarlıq, ədalətsizlik, tamahkarlıq, kin və düşmənlik olduğunu düşünmüş və "İslam milləti" hərəkatının doktrinini qəbul edən biri halına gəlmişdir.[47][48]

1948-ci ilin sonlarında Malkolm "İslam milləti" hərəkatının lideri Eliyah Məhəmmədə məktub göndərdi. Eliyah da Malkolma keçmişini unudub, təvazökarlıqla Allaha boyun əyib dua etməyi və bir daha pis işlərlə məşğul olmayacağına and içməyi məsləhət gördü.[49][50] Dua etmək üçün daha sonra da bəhs edəcəyi daxili mübarizəsindən qısa müddət sonra da "İslam milləti"nin bir üzvü oldu. O dövrdən etibarən davamlı olaraq Eliyahla məktublaşmağa başladı.[51]

1950-ci ildə həbsxanadan ABŞ prezidenti Trumenə yazdığı məktubda Koreya müharibəsinə qarşı olduğunu və prezidentin kommunist olduğunu bildirdiyinə görə FTB tərəfindən haqqında araşdırma başladıldı.[52] Bir il müddətində adını Malkolm X formasında qeyd etməyə başladı.[53][54] Avtobioqrafiyasında "X" hərfinin tanınması qeyri-mümkün olan afrikalı atalarını təmsil etdiyini bildirmişdir. Bu haqda avtobioqrafiyasında yazmışdır:

Artıq mənim üçün "X" mavi gözlü şeytan olan ağdərili qul ağaları tərəfindən atalarıma məcburi şəkildə verilən "Little" soyadının yerini almışdır.[55]

İmamlığının ilk dövrü

1952-ci ilin avqust ayında icbari işlə azadlığa buraxıldıqdan sonra Çikaqoda Eliyah Məhəmmədi ziyarət etdi.[56][57] 1953-cü ilin iyun ayında Detroytdəki "İslam milləti" hərəkatına aid 1 nömrəli məscidə imam köməkçisi təyin edildi.[58][c] Elə həmin ildəcə Bostonda 11 nömrəli məscidi qurmağı bacardı.[59] 1954-cü ilin mart ayında Filadelfiyadakı 12 nömrəli məscidi daha da genişlətdi və 2 ay sonra Harlemdə 7 nömrəli məscidin rəhbəri seçildi.[60]

1953-cü ildə "İslam milləti" hərəkatındakı sürətli yüksəliş FTB-nin diqqətini çəkdi və bundan sonra Malkolm təqib edilməyə başladı.[61]

1955-ci il boyunca Malkolm X hərəkat üçün yeni üzv gətirmə fəaliyyətini uğurla davam etdirdi və onun fəaliyyəti nəticəsində Sprinqfilddə 13 nömrəli, Hartfordda 14 nömrəli və Atlantada 15 nömrəli yeni məscidlər açıldı. Bu dövrdə "İslam milləti" hərəkatına hər ay yüzlərlə qaradərili qatılırdı.[62]

Malkolm X yüksək natiqlik qabiliyyəti ilə yanaşı, 190 santimerlik boya, heybətli xoş görünüşə sahib idi.[63] Malkolmu təsvir edərkən bir yazıçı "qüvvətli bədənə sahib", başqa bir yazıçı isə "ovsunlayıcı dərəcədə yaraşıqlı və hər zaman qüsursuz geyimli" şəklində təsvir etmişdir.[64]

Evliliyi və ailəsi

Gələcək həyat yoldaşı Betti Sanders Malkolmla ilə ilk dəfə 1955-ci ildə konfansda qarşılaşmışdır. Daha sonra başqa bir iclasda da üz-üzə gəldikdən sonra Berni Sanders Malkolmun konfranslarına davamlı olaraq qatılmağa başlamışdır. 1956-cı ildə Betti soyadını X edərək Betti X adı ilə "İslam milləti" hərəkatına qatılmışdır.[65] Betti ilə Malkolmun ikilikdə görüşmələri hərəkatın dokstinasına zidd idi, buna görə də, onlar bir-birilərini ancaq onlarla insanın iştirak etdiyi toplantılarda görə bilirdilər. Buna görə, Malkolm Nyu-Yorkda bir çox muzeyəkitabxanaya təşkil etdiyi toplu ziyarətlərə Bettini də dəvət etmişdir.[66]

1958-ci ilin yanvar ayında Malkolm Bettiyə telefonda evlənmə təklifi etdi. Cütlük iki gün sonra da evləndi.[67][68] Malkolmun bu evlilikdən 6 qız övladı olmuşdur:

Hinton Conson hadisəsi

1957-ci ildə "İslam milləti" hərəkatının üzvü olan Hinton Conson adlı şəxsin Nyu-Yorkda polislər tərəfindən döyülməsi Malkolm X-ın amerikalılar tərəfindən tanınmasına səbəb oldu.[e] 26 apreldə Conson və "İslam milləti" hərəkatının üzvü olan iki nəfər polis zabitlərinin qaradərili bir şəxsi döydüyünü görmüşdür.[80][81] Onlar bu hadisəyə müdaxilə etmiş və "Alabama və ya Corciyada deyilsiniz, bura Nyu-Yorkdur" deyə polislərə qışqırmışdırlar. Bundan sonra polislərdən biri Consonu döymüş və nəticədə Conson beyin zədələnməsi və daxili qanamalar keçirmişdir. Polisə etiraz edən 4 nəfərin hamısı isə həbs edilmişdir.

Hal şahidi tərəfindən hadisə barədə məlumatlandırılan Malkolm bir qrup aktivistlə polis şöbəsinə getmiş və Consonu görmək istədiyini bildirmişdir. Polis ilk öncə belə bir şəxsin həbs edilmədiyini bildirsə də, 500 nəfər etirazçının toplanmasından sonra Malkolmun Consonla görüşməsinə icazə verdi.[82] Malkolmun etirazları nəticəsində Conson təcili tibbi yardım maşını ilə Harlem xəstəxanasına aparıldı.[83]

Cosnon aldığı zədələr müalicə edildikdən sonra polis mərkəzinə təkrar geri götürüldü. Bu zaman polis şöbəsinin kənarında 4 min nəfər toplanmışdı. Şöbənin içərisində isə Malkolm X və bir vəkil iki nəfər üçün zaminlik barədə müzakirələr edirdilər. Conson üçün kəfalət ödənmədi və polis Consonun həbs müddəti ərzində bir daha xəstəxanaya aparılmayacağını bildirdi. Vəziyyətin çətinləşdiyi bir zamanda Malkolm poliş şöbəsindən çölə çıxaraq toplanan insanlara əl işarə etdi. Nəticədə xeyli sayda insan səssiz-səmirsiz dağılışdı.

Bir polis zabiti Nyu-York Amsterdam Nyusa verdiyi müsahibədə "heç kim bu qədər gücə sahib ola bilməz" demişdi.[84] Bir ay boyunca Malkolm polis nəzarətində saxlanıldı, əvvəlcədən yaşamış olduğu şəhərlərdəki və məhkum olduğu həbsxanalardakı vəzifəli şəxslərdən məlumat toplandı.[85]

İstintaq qurumunun Consona xələl yetirmiş zabitlər haqqındakı ittihamı qəbul etməməsindən sonra, oktyabr ayında Malkolm X həmin zabitə teleqraf göndərdi. Bir müddət sonra isə "İslam milləti" hərəkatının içinə girmək üçün xüsusi dövlət məmurları vəzifələndirildi.[86]

Getdikcə artan əhəmiyyəti

1950-ci illərin sonlarından etibarən Malkolm X yeni bir addan (Malkolm Şabazz və ya Malik əl-Şabazz) istifadə etməyə başladı. Lakin ümumi olaraq, hələ də Malkolm X olaraq tanınırdı.[87] Artıq hər hansısa məsələ və ya problemlə bağlı şərhləri televiziyada, radiodaqəzetlərdə dərc edilirdi.[88] 1959-cu ildə Nyu-York Şəhər Televiziyasında "İslam milləti" hərəkatı ilə bağlı çəkilmiş sənədli filmdə iştirak etmişdir.

Malkolm X 1960-cı ilin sentyabr ayından etibarən Nyu-Yorkda BMT Baş Assambleyasının afrikalı millətlər haqqındakı rəsmi iclaslarına dəvət edilməyə başladı. Bu dövrdə Misirdən Camal Əbdül Nasir, Qvineyadan Əhməd Seku Ture, Zambiyadan Kennet Kaunda ilə görüşdü.[89] Fidel Kastroda toplantıya qatıldı və Harlem icma liderləri qarşılama komitəsinin bir hissəsi olaraq Malkolm X ilə bir yerə gəldi.[90] Fidel Kastro Malkolm X-ı ikili görüşə çağırdı və görüşdən iki saat sonra da onu Kubaya səfər etməyə dəvət etdi.[91]

"İslam milləti" hərəkatındaykən inancları və müdafiə etdikləri

1952-ci ildə "İslam milləti"nə qoşulmasından 1964-cü ildəki ayrılığına qədər Malkolm X-ın dəstəklədiyi inanclardan bəziləri:

Məhəmməd Əli Eliyah Məhəmmədin nitqinə qulaq asır (1964).

Bu dövrdə xeyli ağdərili insan Malkolm X-ın bu dövrdə bəhs etdiyi şeylərə görə narahat olmuş, Malkolm və "İslam milləti" hərəkatının fitnəçi, irqçi, şiddət tərəfdarı olduqlarını bildirmişdir. Malkolm yəhudi əleyhdarı olmaqda da günahlandırılmışdır.[96] ABŞ insan haqları hərəkatının hədəflərindən biri afromaerikalılara qarşı edilən haqsızlıqlara son qoymaq ikən, İslam milləti üzvlərinin siyasi proseslərə qatılmasını qadağan etmişdi.[97] İnsan haqları təşkilaları "İslam milləti" hərəkatını və Malkolmu radikal fikirlərə sahib olmaları və afromaerikalıları təmsil edə bilməməkdə qınamışdır.[98]

Malkolm X insan haqları hərəkatını tez-tez tənqid etmişdir.[99] Martin Lüter Kinqi çumaq ( ing. chump ), digər liderləri isə cinayət ortaqları ( ing. stooges ) adlandırmışdır.[100]

Martin Lüter Kinq Malkolm X haqqındakı fikirlərini "o, çox açıqsözlüdür...lakin, mən ümumilikdə onun siyasi və fəlsəfi düşüncələri ilə razı deyiləm. Mən özü-özünü haqlı çıxaran şəxs kimi, ya da yeganə həqiqətə sahib insan kimi görünmək istəmirəm...Mən tez-tez arzulayıram ki, o, şiddətdən az danışsın, çünki şiddət bizim problemlərimizi həll etmir. Mən düşünürəm ki, pozitiv, yaradıcı alternativlər təqdim etmədən, qaradərililərin ümidsiz vəziyyətini açıq-aşkar deməsi mənə və bizim xalqımıza böyük ziyan vurur. Qaradərililəri şiddətə hazırlamaqla, hansiki o indi bunu edir, kədərdən başqa heç nə əldə etmək olmaz" deyərək bildirmişdir.[101] Malkolm 1963-cü ildə təşkil edilən Vaşinqton yürüşünü də "Vaşinqton axmaqlığı" adlandırmışdır. Bununla bağlı "yüz il öncə ölmüş olan və yaşarkən bizi sevməyən bir prezidentin heykəli arxasında ağlar tərəfindən təşkil edilən nümayişə görə" bu qədər çox qaradərilinin həyəcanlı olmasına məna verə bilmədiyini demişdir.[102]

İnsan haqları hərəkatı irqçiliyə qarşı mübarizə apararkən, Malkolm X isə afromaerikalıların ağdərili insanlardan tamamilə ayrılmasının gərəkdiyini müdafiə etməkdə idi. Bundan əlavə, afroamerikanların Afrikaya geri dönməsi və müvəqqəti plan olaraq qaradərili insanlara ABŞ-də ayrıca ölkə yaradılmasının lazım olduğunu bildirirdi.[103][104] Qaradərili insanların özlərini müdafiə etmələrinin və davamlı formada tətikdə olmalarınin gərəkdiyini dilə gətirərək, insan haqları hərəkatının şiddətə qarşı strategiyasını belə qəbul etməmişdir.[105] Etdiyi nitqlər dinləyiciləri üzərində dərin izlər buraxmaqda idi. Dinləyicilərin əksəriyyəti - azadlıq, ədalət, bərabərlik və hörmətlə bağlı danışmaqdan bezmiş olanlar - özlərinin şikayətlərini Malkolmun insan haqları hərəkatından daha yaxşı dilə gətirdiyini düşünməkdə idilər.[106][107][108]

Hərəkat üzvləri üzərindəki təsiri

Malkolm X ümumi olaraq "İslam milləti" hərəkatının ən təsirli (Eliyah Məhəmməddən sonra) ikinci lideri olaraq qəbul edilməkdə idi.[109] 1950-ci illərdə və 1960-cı illərin əvvəlində gələn sürətli üzvlük artışı səbəbiylə böyük ölçüdə etibar qazanmışdı. Bir araşdırmaya görə üzv sayı 500-dən 25.000-ə, başqa bir araşdırmaya görə isə 1.200-dən 50.000 ilə 70.000 civarına çatmışdı.[f][111][g] Bundan əlavə, məşhur boksçu Kassius Klayın da (daha sonra Məhəmməd Əli deyə tanınmışdır) hərəkata qatılmasını təmin etmişdi.[113] Bundan sonra bu ikili çox yaxın oldu.[114] 1964-cü ilin yanvar ayında Məhəmməd Əli onu və ailəsini Mayamiyə Sonni Listona qarşı döyüşün məşqlərinə tamaşa etməyə dəvət etmişdi.[115] Malkolmun hərəkatdan ayrılmasından sonra o, Məhəmməd Əlinin də sünniliyə keçməsinə çalışmışdır. Lakin Məhəmməd Əli onunla bütün əlaqələrini kəsmişdir. O, bunu sonralar ən böyük peşmanlığı kimi qiymətləndirmişdir.[h]

Malkolm X müxtəlif şəxslərə müəllimlik və rəhbərlik etmişdir. O, Luis X-ın (sonradan Luis Fərraxan adı ilə tanınmışdır) müəllimi olmuşdur.[117] O, sonradan "İslam milləti" hərəkatının rəhbəri oldu. Malkolm X həmçinin, Eliyah Məhəmmədin oğlu Uallas D. Məhəmmədin də müəllimi olmuşdur. Uallas həmin zaman Malkolma atasının İslama "ortodoks olmayan" yanaşması ilə bağlı şübhələrinin olduğunu bildirmişdi.[118] Uallas sonradan dəfələrlə "İslam milləti" hərəkatından qovulmuş və yenidən qəbul edilmişdir.[119]

Məyusluğu və hərəkatdan ayrılması

1962 və 1963-cü illərdəki hadisələr Malkolmun "İslam milləti" hərəkatı və xüsusilə, onun rəhbəri Eliyah Məhəmmədlə olan münasibətlərini yenidən dəyərləndirməsinə səbəb oldu.

İMH-nın LAPD zabitlərinin şiddətinə cavab verə bilməməsi

1961-ci ildə Mərkəzi Los Ancelos polisi ilə "İslam milləti" hərəkatı (İMH) üzvləri arasında şiddətli qarşıdurmalar yaşandı. Nəticədə xeyli müsəlman həbs edildi. Onlar bəraət alsalar da, hadisələr daha da gərginləşdi. 27 aprel 1962-ci ildə Los-Ancelos Polis Departamentinin (LAPD) iki zabiti 27 nömrəli məscidin qarşısında bir neçə müsəlmanı heç bir səbəb olmadan döydü. Məsciddən çıxan xeyli sayda müsəlman isə hadisəyə etiraz etməyə başladı. Polis zabitləri isə kütləni qorxutmağa çalışdı. Onlardan birinin silahı kütlə tərəfindən alındı. Onun partnyoru isə III polis zabiti tərəfindən çiynindən vuruldu. Köməyə gəlmiş 70-ə qədər polis isə məscidin qarşısındakı bütün müsəlmanları döyməyə başladı. Polis zabitləri 7 müsəlmanı öldürdü. Ölənlərə Koreya müharibəsi veteranı olan və təslim olmaq üçün əllərini göyə qaldıran Ronald Stokis də daxil idi. Həmçinin, Uilyam X Rocers adlı müsəlman aldığı güllə yarası nəticəsində ömürlük şikəst oldu.[120][121]

Bir neçə müsəlman hadisədən sonra ittiham edilsə də, polislərin heç biri hər hansısa rəsmi ittihama məruz qalmadı. Ən gözlənilməzi isə hakimin Stokisin öldürülməsində qanundan kənar nəyinsə olmadığını bildirməsi oldu. Malkolm məscidə qarşı hörmətsizliyə və şiddətə cavab vermək lazım olduğunu düşünürdü. O, düşünürdü ki, hərəkat üzvləri ölkənin hər yerində polisə qarşı güc tətbiq etməlidir. Onun bu təklifi sonralar Fərraxan tərəfindəndən "qanqstervari keçmiş" adlandırılmışdı.

Malkolm Eliyah Məhəmməddən təkliflərinin qəbul edilməsini gözləyirdi, lakin bu belə olmadı. Malkolm Eliyahın bu cavabında məyus olmuşdu. O, həmçinin "İslam milləti" hərəkatının rəhbərlərini insan haqları təşkilatları ilə, yerli qaradərili siyasətçilər ilə, dini qruplar ilə işləməyin lazım olduğuna inandırmağa çalışırdı. Lakin onun bu təklifləri də Eliyah tərəfindən rədd edildi. Luis X-a görə, bu hadisələr Eliyahla Malkolmun münasibətlərinin pozulmasında mühüm rol oynamışdır.[120][121]

Eliyah Məhəmməd barədə rüsvayçılıq

Eliyah Məhəmmədin katibəsi ilə evlilikdən kənar cinsi münasibətlərinin olması barədə şayiələr gəzirdi. Bu hərəkatın doktrinasına tamamilə zidd idi. Malkolm ilk vaxtlarda bu şayiələrə inanmırdı. Lakin Məhəmmədın oğlu Uallas və sözü gedən qadınla danışdıqdan sonra bu iddiaya inanmağa başladı. Məhəmmədin özü də bu iddiaları 1963-cü ildə qəbul etdi. Öz davranışına haqq qazandırmaq üçün isə peyğəmbərlərin həyatına istinad etdi.[122]

C. Kennedinin qətli ilə bağlı açıqlamasına İMH-nın cavabı

1963-cü ildə prezident Kennedinin sui-qəsdini şərh etməsi istənilincə "toyuqların evə yerləşməsi vəziyyətidir. [i]"[123] Nyu-York Tayms bir xəbərində belə yazmışdı:

Müsəlman lider Kennedi ilə bağlı etdiyi tənqidin davamında Konqo lideri Lumumbanın insan haqları lideri Medqar Eversin və bu il Birminhemdə reallaşan bombalı terror hücumu zamanı öldürülən qaradərili qızların qatillərindən bəhs etdi. Bu hadisələrin də "toyuqların evə yerləşməsi" vəziyyəti olduğunu bildirdi.

Edilən açıqlamalar geniş ictimaiyyət kütlələrinin mənfi münasibətinə səbəb oldu. Kennedinin ailəsinə başsağlığı məktubu göndərən və imamlarına bu mövzu ilə bağlı danışma qadağası verən "İslam milləti" hərəkatı isə köhnə parlayan ulduzu Malkolmu açıq-aşkar qınadı.[124] Malkolm öz rütbəsini və vəzifəsini saxlasa da, ona 90 gün müddətinə hərəkatın adından danışma qadağası verildi.[125]

Mətbuatın Məhəmməddən daha çox Malkolma diqqət ayırması

Malkolm mətbuatın sevilmli siması halına gəlmişdi. "İslam milləti" hərəkatı üzvlərinin bəziləri onun Eliyah Məhəmmədin rəhbərliyi üçün təhlükə törətdiyinə inanırdılar. Luis Lomaksın 1963-cü ildə hərəkat barədə kitab nəşr etdirməsi, kitabın üz qabığına Malkolmun şəklini yerləşdirməsi və kitaba Malkolmun 5 nitqini daxil etməsi naşirlərin Malkolmun avtobioqrafiyasına olan marağını daha da artırdı. Qeyd etmək lazımdır ki, Luis Lomaks kitaba Molkolmun 5 nitqini əlavə etsə də, Məhəmmədin sadəcə bir nitqini əlavə etmişdi. Bu Məhəmmədin narahatlığına və qısqanclığına səbəb olmuşdu.[126]

Mətbuat yer kürəsindəki ən güclü varlıqdır. Onlar günahsızı günahkar, günahkarı isə güahsız edə bilər və bu gücdür. çünki onlar kütlələrin beyinlərini idarə edirlər. Mətbuat imic quruculuğunda da güclüdür. O, cinayətkarı qurban kimi, qurbanı cinayətkar kimi təqdim edə bilər. Bu məsuliyyətsiz mətbuatdır. O, qurbanı cinayətkar, cinayətkarı isə qurban edəcək. Əgər diqqətli olmasanız, qəzetlər təzyiq altında olan insanlara nifrət etmənizə, sizi təzyiq altında saxlayanları isə sevmənizə səbəb olacaq.

—Malcolm X[127]

İMH-dan ayrılması

8 mart 1964-cü ildə Malkolm X "İslam milləti" hərəkatından ayrıldığını elan etdi. Bildirdi ki, hələ də müsəlmandır.Hərəkatdakı fəaliyyəti ilə bağlı qeyd etdi ki, sərt və dəyişməz doktrinaya baxmayaraq əlindən gələni etmişdir. O, afroamerikalıların siyasi şüurunu artırmaq üçün qaradərili millətçiliyini təbliğ edən partiya qurmağı planladığını elan etdi. Bundan əlavə, digər insan haqları hərəkatları ilə də birgə çalışmaq istəyini və bunu əvvəllər də istədiyini, lakin Eliyah Məhəmmədin buna mane olduğunu dedi.[128]

İMH-dan ayrıldıqdan sonrakı fəaliyyəti

Malkolm X-ın Martin Lüter Kinqlə olan yeganə görüşü. 1964-cü ilin mart ayının 26-ı, Vaşinqton.

İMH-dan ayrıldıqdan sonra Malkolm dini təşkilat olan Müsəlman Məscidi İnistitutunu və panafrikaizmi təbliğ edən dünyəvi təşkilat olan Afro-Amerikan Birliyi Təşkilatını qurmuşdur.[129][130][131][132] 26 mart 1964-cü ildə Martin Lüter Kinqlə birinci və sonuncu dəfə görüşmüşdür. İkisi birlikdə Vaşinqton şəhərində Senatın İnsan Hüquqları Qanununun müzakirəsinə qoşulmuşdurlar.[j] [k]

Aprel ayında Malkolm "Güllə yoxsa bülleten" adı verilmiş nitqini demişdir. Nitqində o, amerikalıları öz səslərindən ağıllı formada istifadə etməyə çağırırdı. Həmçinin bildirirdi ki, əgər hökumət afroamerikalıların öz tam hüquqlarına sahib olmalarına mane olsa, o zaman onlar silah götürəcəklər.[135][136][137]

İHM-dan ayrıdlıqdan bir neçə həftə sonra müxtəlif sünni müsəlman şəxslər Malkolmu sünnilik barədə araşdırmağa təşviq etdilər. Sonda o, sünniliyi qəbul etdi.[138][139]

Həcc ziyarəti

1964-cü ilin aprel ayında ögəy bacısı Ella Littl-Kollinsin maddi yardımı ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə getdi. Bununla da Həcc ziyarətinə başlamış oldu. ABŞ vətəndaşı olması və ərəbcə danışa bilməməsi onun müsəlman olub-olmaması məsələsinin Ciddədə mübahisəyə səbəb oldu.[140][141] Burada gecikdirilən Malkolma misirli diplomat, dövlət xadimi və Ərəb Liqasının keçmiş rəhbəri Əbdül Rəhman Həsən Əzzamin "Məhəmmədin əbədi ismarışı" adlı kitabı və kitabın içində viza qəbulu barədə sənəd verildi. Əzzamın oğlu onun sənədlərini hazırlatdı və onu otelinə çatdırdı. Növbəti gün Malkolm öyrəndi ki, şahzadə Feysal ona dövlət qonağı statusu vermişdir.[142] Bir neçə gün sonra isə o həcc ziyarətini tamamladı.[143]

Malkolm sonralar demişdi ki, Məkkədə müxtəlif irqdən müsəlmanları bərabər olaraq görməsi onun İslamı irqi problemlərin öhdəsindən gəlmək üçün bir vasitə olaraq görməsinə səbəb olduğunu demişdi.[144]

Afrika

Malcolm X Həcc ziyarətindən sonra

Malkolm əvvəllər Birləşmiş Ərəb Respublikasını, Sudanı, NigeriyanıQananı Məhəmmədin təşkil etdiyi Afrika turunda ziyarət etmişdi.[145] Məkkə ziyarətindən sonra 1964-cü ildə Afrikanı ikinci dəfə ziyarət etdi. May ayının sonlarına doğru ABŞ-yə geri döndü[146] və iyul ayında Afrikaya getdi.[147] Bu ziyarətlər zamanı rəsmi məmurlarla görüşdü, bundan əlavə Misir, Efiopiya, Tanqanika, Nigeriya, Qana, Qvineya, Sudan, Seneqal, Liberiya, ƏlcəzairMərakeş kimi ölkələrdə radio və televiziyada çıxışlar etdi.[148] Qahirədə Afro-Amerikan birliyi Təşkilatının nümayəndəsi olaraq Afrika Birliyi Təşkilatının iclaslarına ikinci dəfə qatıldı.[149] Üçüncüsü olan bu ziyarətin sonlarına doğru Afrikanın bütün məşhur liderləri ilə görüşdü. Qanadan Kvame Nkrumah, Misirdən Camal Əbdül NasirƏlcəzairdən Əhməd ibn Bella Malkolmdan onların hökumətləri üçün işləməsini istədilər.[150] İbadan Universitetində etdiyi çıxışından sonra Nigeriya Müsəlman Tələbələr Birliyi tərəfindən Malkolma yorubaca olan "Omovale" (azərb. Yuvasına dönən övlad‎) adı verildi.[151] Sonralar bunun əldə etdiyi ən şərəfli mükafat olduğunu demişdir.[152]

Fransa və Birləşmiş Krallıq

1964-cü ilin 23 noyabrında Afrikadan geri dönərkən Parisdə dayanan Malkolm Salle de Mutualite sarayında çıxış etdi.[153][154] Bir həftə Fransada qaldıqdan sonra, 30 noyabrda Birləşmiş Krallığa getdi və 3 dekabr tarixində Birləşmiş Oksford Cəmiyyətindəki debatda iştirak etdi.[155] Malkolmun buradakı çıxışı xalq tərəfindən o qədər maraqla qarşılandı ki, onun çıxışı BBC tərəfindən yayımlandı.[156][157]

1965-ci ilin 5 fevral tarixində yenidən Britaniyaya getdi[158] və 8 fevral tarixində Afrika Təşkilatları Şurasının ilk toplantısında iştirak etdi.[159] Növbəti gün Fransaya geri dönmək istəsə də, onun bu istəyi rədd edildi.[160]

12 fevral tarixində Malkolm Birminhem yaxınlığındakı Smetviki ziyarət etdi. Buradan 1964-cü il parlament seçkilərində Mühafizəkarlar partiyası qələbə qazanmışdı. Seçkilərdə Mühafizəkarların "əgər qaradərili qonşu istəyirsənsə, leyboristlərə səs ver" şüarindan istifadə etməsindən sonra bu bölgə irqi ayriseçkilik mövzusunda nümunə halına gəlmişdi. Buradakı çıxışında qaradərili azlığı Hitler hakimiyyəti altındakı yəhudilərlə müqayisə edərək demişdi:

Mən Smetvikdəki faşist elementlərin qaz otaqları qurduğunu gözləməzdim.[161][162]

ABŞ-yə geri dönüşü

"İslam milləti" hərəkatından ayrılaraq etdiyi beynəlxalq səyahətlərdən sonra ABŞ-də geniş dinləyici kütlələrinə xitabən çıxışlar etdi.[163] Müsəlman Məscidi və Afro-Amerikan Birliyi Təşkilatı tərəfindən davamlı olaraq təşkil edilən iclaslara qatıldı. Bu dövrdə Malkolm universitet şəhərciklərində ən bəyənilən natiqlərdən biri halına gəlmişdi. Baş köməkçisi ölümündən sonra onun haqqında "universitet tələbələri üçün nitq söyləmək şanslarının hamısını dəyərləndirməyə çalışırdı" deyə yazmışdır.[164] Bundan əlavə Sosialist Fəhlə Partiyasının iclaslarına da qatılmış və çıxışlar etmişdir.

Robert Penn Varrenın yazdığı "Qaradərili üçün kim danışır ?" kitabında "İslam milləti" hərəkatından ayrılış tematikası ilə bağlı mühasibələr vermişdir.[165]

İMH-nın təhdidləri

1964-cü il boyunca davamlı toqquşmalar yaşadığı "İslam milləti" hərəkatı üzvləri tərəfindən dəfələrlə hədələnmişdi.

Fevral ayında 7 nömrəli məscidin lideri Malkolmun maşınına bomba yerləşdirmişdi.[166] Mart ayında Eliyah Boston imamı olan Luis X-a (sonralar Luis Fərraxan olaraq tanınmışdır) Malkolm kimi "münafiqlərin başının kəsilməsi gərəkdir" demişdi.[167] 10 apreldə Eliyah dəstəkçiləri tərəfindən çıxarılan "Müsəlman" qəzetində Malkolmun başının bədəndən ayrılması təsvir edilən karikatura yayımlanmışdı.[168][169]

12 iyunda FTB işçiləri Malkolmun öldürüləcəyi ilə bağlı məlumat almışdılar.[170] Həmin ayda "İslam milləti" hərəkatı Malkolmun Nyu-Yorkdakı yaşama icazəsinin geri alınması üçün məhkəməyə müraciət etmişdi.[171] Ailənin evi boşaltması da istənilirdi, lakin 14 fevral 1965-ci ildə çıxan yanğın nəticəsində ev tamamilə istifadəyə yararsız hala gəlmişdi.[172][173]

9 iyulda Məhəmmədin köməkçilərindən - daha sonra FTB agenti olduğu ortaya çıxan - Con Əli Malkolmu nəzərdə tutaraq "hörmətli Məhəmmədə qarşı gələn şəxs həyatını təhlükəyə atmış olar" demişdir.[174][175] 4 noyabrda hərəkat tərəfindən yayımlanan "Müsəlman" qəzetində "Malkolm kimi bir adam ölümü haqq edir" yazılmışdı.[176]

1964-cü ilin sentyabr ayında "Eboni" jurnalı Malkolmun əlində tutduğu silahla pəncərədən çölə baxmasının canlandırıldığı və bütün bu təhdidlərə qarşı meydan oxumasını ifadə edən məşhur fotonu yayımladı.[177][178]

Sui-qəsdi

1965-ci ilin fevral ayının 19-da Qordon Parksa verdiyi müsahibə zamanı bildirmişdi ki, "İslam milləti" hərəkatı onu öldürmək istəyir. 21 fevral 1965-ci ildə o, Afro-Amerikan Birliyi Təşkilatının Manhetten Audubon Bal Zalındakı toplantısına gedərkən yolda toplanmış 400 nəfərlik kütlə ona "qaradərili, əlini cibimdən çək !" deyə qışqırırdı.[179][180][181] Malkolm və mühafizəçiləri aranı sakitləşdirməyə çalışsalar da, kütlədən çıxan bir nəfər Malkolmu sinəsindən güllələdi.[182][183] Bunun ardıyca daha iki nəfər silahları ilə səhnəyə doğru atəş açdı.[l]

Kolumbiya Universiteti Tibb Mərkəzinə götürülməsinə baxmayaraq, 15:30-da öldüyü açıqlandı. Edilən müayinəyə görə, sol çiynində, qollarında və ayaqlarında olmaqla, bədənində 21 güllə aşkarlanmışdı.[185]

Hücum edənlərdən biri olan və "İslam milləti" hərəkatının üzvü Talmadj Hayer polis hadisə yerinə gəlmədən oradakı kütlə tərəfindən döyülmüşdü.[186][187] Hadisə şahidlərinin bildirdiyə görə digər hücum edənlər isə Norman 3X Batler və Tomas 15X Conson olmuşdur.[188] 1966-cı ilin mart ayında bu 3 şəxsin günahları sübut edilərək, ömürlük həbs cəzasına məhkum edilmişdirlər.[189][190] Hayer cinayətini etiraf etsə də, digər hücum edənlərin Batler və Conson olmadığını bildirdi.[191] 1977-1978-ci illərdə izahatını yeniləyərək, cinayətin həyata keçirilməsində və planlanmasında iştirak edən 4 şəxsin adını çəkdi, həmçinin Batler və Consonun cinayətdə iştirak etməmələri barədə izahatını olduğu kimi saxladı.[192][193] Lakin onun bu izahatı istintaqın yenidən başladılmasına səbəb olmadı.

Sui-qəsdin baş verdiyi zal Malkolmun ölümündən sonra. Arxada dairəyə alınmış yerlər güllələrin dəydiyi yerdir.

Sonradan Məhəmməd Əbdül Əziz olaraq tanınan Batler 1985-ci ildə icbari işlə həbsdən buraxıldı. 1988-ci ildə "İslam milləti" hərəkatına aid Harlem məscidinin rəhbəri oldu. Hələ də günahsız olduğunu müdafiə etməkdədir.[194] Həbsdəykən adını Xəlil İslam olaraq dəyişdirən Conson "İslam milləti" hərəkatını və doktrinasını rədd edərək sünnilik məzhəbinə keçdi.[195] 1987-ci ildə sərbəst buraxılmasından 2009-cu ilin avqust ayındakı ölümünə qədər günahsız olduğunu bildirmişdir.[196][197] Sonradan Mücahid Həlim deyə tanınan Hayer isə 2010-cu ildə[198] icbari cəza ilə azadlığa buraxılmışdır.[199]

CNN 17 fevral 2015-ci ildə Malkolmun qətli barədə xüsusi reportaj hazırlamışdır. Onlar bu layihədə Malkolma A. Peter Bayli, Örl Qrant da daxil olmaqla onunla işləmiş xeyli insandan müsahibə almışdırlar. Layihədə Malkolmun qızı İlyaşah Şabazz da iştirak etmişdir.[200][201][202]

Dəfn mərasimi

Fevral ayının 23-26-da Harlemdəki Yuniti Dəfn Evində keçirilən mərasimə 14.000-30.000 arası ziyarətçi gəlmişdi.[203] 27 fevraldakı dəfn mərasmi Qad in Xrist kilsəsində keçirilmişdi. Kilsənin kənarını dolduran insanlar üçün səsgücləndiricilər qurulmuşdu.[204] Yerli televiziyalardan biri də mərasimi canlı olaraq yayımlayırdı.[205][206]

Mərasimə qatılan insan haqları təşkilatı liderlərinin arasında Con Levis, Bayard Rastin, Ceyms Forman, Ceyms Farmer, Cessi Qrey və Endryu Yanq kimi şəxslər var idi.[207] Mərasimdə aktyor və aktivist olan Ossie deyvis Malkolmu "parlayan qara şahzadəmiz...o, ölməyi haqq etmirdi, çünki o bizi sevirdi" deyə məth etmişdi.

Malkolm Hartdaledəki Fernkliff məzarlığında dəfn edilmişdir. Dostları məzar qazanların bellərini alaraq məzarını özləri qazmışdır.[208]

Malkolmun ailəsinin və uşaqlarının pul ehtiyyacını qarşılamaq üçün aktyor və aktivist olan Rubi Dii ilə Xuanita Poytiyer tərəfindən Məşğul Analar Komitəsi ( ing. Committee of Concerned Mothers ) qurulmuşdu.[209]

Reaksiyalar

Malkolmun öldürülməsinə cəmiyyət tərəfindən müxtəlif reaksiyalar verildi. Martin Lüter Kinq Betti Şabazza göndərdiyi başsağlığı teleqrafında "şok edici və faciəvi qətlə görə təəssüf etdiyini" bildirirdi. O, yazırdı:

İrqçilik problemlərinə həll tapmaq üçün üz-üzə görüşmələr etmədiyimiz zamanlarda, hər zaman Malkolma qarşı dərin sevgim var idi, problemə diaqnoz qoyma və problemi kökündən həll etmə məsələsində möhtəşəm bacarıqlara sahib olduğunu düşünürəm. Öz düşüncəsini əks etdirmə məsələsində uğurlu bir natiq idi və üz-üzə qaldığımız irqçilik problemləri üçün mükəmməl cəhdlər sərf etdiyi danılmaz gerçəkdir.[210]

26 fevral tarixində hər il keçirilən "Qurtarıcı günü"ndəki çıxışında Eliyah Məhəmməd demişdi:

Malkolm xütbələrində bəhs etdiyi yerə getmişdir. Lakin biz bilirik ki, cahilcə və axmaqca doktrinləri Malkolmun sonunu gətirmişdir.[211][212]

Yazıçı Ceyms Baldvin sui-qəsddən xəbər tutarkən Londonda idi. O, jurnalistlərin qarşısında qətllə bağlı suallara cavab verərkən ağlamış və demişdi:

Bunu siz etdiniz. Ağ irqin üstünlüyünü yaradanlar bu sizin ucbatınızdan baş verdi. Siz günahkar deyilsiniz, lakin bunu siz etdiniz...Axınlarınız, başlatdıqlarınız, bir qitəyə etdiyiniz təcavüz bunları başlatdı.[213]

Nyu-York Postla yanaşı Nyu-York Tayms Malkolmun sui-qəsdi barədə xəbərlər dərc etmişdilər.[214][215][216]

ABŞ-dən kənarda da, xüsusən Afrikada Malkolmun öldürülməsi xəbəri böyük əks-səda ilə qarşılanmışdı.[217] Nigeriyanın "Ze Deyli Tayms" qəzeti Malkolm barədə "şəhidlər xiyabanın xüsusi yerə sahibdir" deyə yazırdı.[218] Qana mətbuatı isə onu Con Braun, Medqar EversPatris Lumumba ilə müqayisə edirdi və onun haqqında "azadlığa görə şəhid olan amerikalılardan və afrikalılardan biri" adlandırmışdı.[219][220] Çin mətbuatı da Malkolmun qətlə yetirilməsindən geniş şəkildə bəhs etmişdi. Çinin "Xalq Gündəliyi" qəzeti Malkolmun qətlinin hakim və irqçi sinif tərəfindən törədildiyini, imperializmlə mübarizədə şiddətin şiddətlə qarşılaşmasının lazım olduğunu bildirirdi.

Bir digər Çin qəzeti Malkolmun azadlıq və bərabər haqlar üçün mübarizə apardığı üçün öldürüldüyünü yazırdı.[221] Kubadakı "El Mundo" qəzeti isə Malkolmun qətlinin diskriminasiya əleyhinə olan mübarizəni şiddət yolu ilə həll etmək üçün törədildiyini yazırdı.

Nyu-York Amsterdam Nyus qəzeti öz həftəlik bölməsində Malkolmun öldürülməsi barədə yazırdı:

Malkolm ictimai şəxs kimi irəli qismən televiziya sənədli filmi əsasında çıxmışdı. Film "Nifrətin yaratdığı nifrət" adlanır. bu Malkolmun həyatının və ölümünün təbiətini göstərir... Malkolmda açıq-aşkar qaradərililərin bu millətdə var olmadığına olan yatırımın meydana çıxardığı nifrətin və şiddətin məhsulu idi...O gənc olarkən ümid, xütbə oxuma, doktrina və qeyri-şiddət hərəkatı yox idi.[222]

Konspirasiya iddiaları

Luis Fərraxan 2005-ci ildə.

Günlərlə sui-qəsdin məsuliyyətinin kimdə olması ictimaiyyətdə müzakirə edildi. 23 fevralda İrqi Bərabərlik Konqresinin lideri Ceyms Farmer mətbuat konfransında cinayətin "İslam milləti" hərəkatı tərəfindən deyil, yerli narkotik satıcıları tərəfindən törədildiyini iddia etdi.[223] Bundan əlavə, polislərin əskikliyini, sui-qəsdçilərin salona rahat şəkildə girə bilmələrini və polisin hadisə yerini qoruya bilməməsini əsas götürərək NYPD-ni, FTB-ni və Mərkəzi Kəşfiyyat İdarəsini ittiham etdi.[224][225]

Malkolmun yoldaşlarından biri olan Örl Qrant sui-qəsd barədə bunları yazmışdı:

5 dəqiqə sonra ən inanılmaz səhnə baş verdi. Zalın içində bir sürü polis boş-boş gəzirdi. Onlar zalda onlardan sakit parkda patrul olarkən tələb olunan sürətlə gəzirdilər. Onlardan hadisədən narahat olmuş və ya həyəcanlanmış kimi görünmürdülər. Mən gözlərimə inana bilmirdim. Nyu-York polisi xeyli sayda silah səsi eşidilən zala daxil olurdu, amma heç birində silah yox idi. Danılmaz faktdır ki, hətta onlardan bəzilərinin əlləri ciblərində idi.[226]

1970-ci illərdə ictimaiyyət COİNTELPRO və digər gizli təşkilatlar barədə öyrəndi. Bu proqramlar FTB tərəfindən yaradılmışdı və məqsədi 1950-1960-cı illərdəki insan haqları təşkilatlarını parçalamaq və dağıtmaq idi.[227] Məsələn, "İslam milləti" hərəkatının katibi olan Con Əlinin FTB üçün çalışmasına inanılır. Malkolm bir dəfə bildirmişdi ki, o, Con Əlinin Eliyah Məhəmmədlə onun arasınındakı münasibətləri gərginləşdirdiyini düşünür və hesab edir ki, Əli İMH rəhbərliyinin əsas düşmənidir. Con Əli Malkolmun qətlindəki cinayəti sübut olunmuş Hayer ilə cinayətdən bir gün əvvəl görüşmüşdü.[228]

Şabazz ailəsi də Luis Fərraxanın Malkolm cinayətində əli olduğuna inananlar arasındadır.[229][230][231][232][233] O, 1993-cü ildəki nitqində cinayətin arxasında İMH-nın olduğunu qəbul etmiş kimi görünmüşdü:

Malkolm xainmidir, yoxsa bizimkimidir ? Əgər biz xainlərlə milli məsələ kimi davransaq, bunun axırı necə olar ? Millət xainlərlə, dönəklərlə mübarizə aparmağı bacarmalıdır.[234][235]

2000-ci ilin may ayında gün üzünə çıxan "60 Minutes" adlı xəbər proqramında Fərraxan onun dediyi bəzi şeylərin Malkolmun cinayətinə səbəb ola biləcəyini demişdir.

Mən dediyim sözlərlə cinayətə təşviq edə bilərəm. Mən qəbul edirəm ki, mənim dediyim söz bir insanın həyatını itirməsinə səbəb olubsa, mən bundan peşmanlıq hissi keçirirəm.[236]

Bir neçə gün sonra Fərraxan sui-qəsdə əmr verməsi iddiasını rədd etdi, lakin yenidən bildirdi ki, o, Malkolmun sui-qəsdinə səbəb olacaq abu-havanı yaratmışdır.[237]

Sui-qəsdin kimin əmri ilə törədilməsi barədə yekdil razılığa gəlinmədi.[238] 2014-cü ilin avqust ayında Ağ Evin onlayn petisiya mexanizmasından istifadə edilərək Malkolmun qətli barədə bütün sənədlərin heç bir dəyişiklik edilmədən ictimaiyyətə elan edilməsi istənildi.[239]

2019-cu ilin yanvar ayında Malkolmun, Con Kennedinin, Martin Lüter KinqinRobert Kennedinin ailə üzvləri xeyli sayda amerikanla bir araya gələrək Konqresi və ya Ədliyyə Nazirliyini 1960-cı illərdə öldürülən bu 4 liderin cinayətlərinin yenidən araşdırmağa çağırdı.[240][241]

Fəlsəfəsi

Malkolm avtobioqrafiyasından başqa heç bir yazısını çap etdirməmişdir. Onun fəlsəfi düşüncələri 1952-ci ildən ölümünə qədərki dövrdə verdiyi müsahibələr və nitqlər əsasında öyrənilir.[242] Nitqlərinin əksəriyyəti, xüsusilə həyatının son ilindəki çıxışları qeydə alınmış və çap edilmişdir.[243]

"İslam milləti" hərəkatındakı inancı

Ağdərili liberalın ağdərili mühafizəkardan yalnız bir fərqi var. Liberal mühafizəkara nisbətən daha çox yalançıdır.

—Malcolm X[244]

İMH-nin üzvü olarkən keçdiyi təlimlərdə o, sözünə "hörmətli Eliyah Məhəmməd bizə öyrətdi ki" sözləri ilə başlayırdı.[245] Buna görə də, hal-hazırda həmin dövrdə Malkolmun "İslam milləti" hərəkatının doktrinasından şəxsi fikirlərinin nədə fərqlənib-fərqlənməməsini öyrənmək faktiki olaraq qeyri-mümkündür.[246][m] 1964-cü ildə hərəkatdan ayrıldıqdan sonra özü bildirmişdi ki, hərəkatda olan zaman, o ancaq Eliyah Məhəmmədin dediklərini təkrarlayan kukla olmuşdur.[n]

Malkolm həyatının bu dövründə dünyanın əsl insanlarının qaradərililər olduğunu, ağdərili insanların şeytan olduğu və qaradərili elm adamı olan Yaqub tərəfindən hal-hazırda Yunanıstanda yerləşən Patmosda yaradıldığını bildirirdi. Hərəkat inanırdı ki, qaradərili insanlar ağdərili insanlar qarşısında üstünlüyə sahibdirlər və ağdərili insanların çox yaxın müddətdə məhv olacağı gözlənilirdi.[249] Ağdərili insanların şeytan olması iddiası ilə bağlı ona sual verilən zaman Malkolm cavab vermişdi:

Tarix sübut edir ki, ağ insan şeytandır. Kimsə təcavüz edirsə, yağmalayırsa, kölə edirsə, oğurlayırsa, insanlara bombalar yağdırırsa onun şeytandan heç bir fərqi yoxdur.[250]

Malkolm deyirdi ki, "İslam qara insanlığın əsl dinidir" və xristianlıq Amerika afrikalılarına ağdərili ağaları tərəfindən zorla yeridilmiş ağdərili dinidir.[251] Əlavə edirdi ki, "İslam milləti" hərəkatı bütün dünyada praktikada olan İslamı izləyir. Lakin hərəkatın doktrinası digər müsəlmanlardan fərqlənir, çünki Amerikadakı qaradərililərinin acınacaqlı qismətlərinə adaptasiya olmuşdur.[252] O, hərəkatın banisi Uallas Fərd Məhəmmədin Allahın təmsilçisi, Eliyah Məhəmmədi isə Fərd Məhəmmədin çağırışçısı və ya peyğəmbəri kimi tədris edirdi.[253] Malkolm Levis Lomaksa demişdi ki "çağırışçı Allahın peyğəmbəridir." Bir başqa vaxt isə "biz heç vaxt hörmətli Eliyah Məhəmmədi Peyğəmbər adlandırmamışıq" demişdir.[254] }}

İnsan haqları hərəkatı irqi ayrılığa qarşı mübarizə apararkən Malkolm X irqi ayrılığı müdafiə edirdi. "İslam milləti" hərəkatı afroamerikalılar üçün ABŞ-nin cənubunda və ya cənub-qərbində müvəqqəti dövlət qurulmasını təklif edirdi. Bu dövlət afroamerikalıların Afrikaya köçəcəyi dövrə qədər mövcud olmalı idi.[255] Həmçinin, bu dövlətin və Afrikaya köçdükdən sonra formalaşdırılması planlanan dövlətin bərpa xərcləri onların əcdadlarının pulsuz işlədilməsinə qarşılıq ABŞ dövləti tərəfindən ödənilməli idi.[256] Malkolm insan haqları hərəkatının şiddət göstərməmə strategiyasını da rədd edirdi. O, düşünürdü ki, qaradərililər özlərini müdafiə etməlidirlər.

Müstəqil düşüncələri

22 milyon afroamerikalının məqsədi insan olaraq hörmət görməkdir...Biz insan haqlarımız təmin edilmədiyi müddətdə Amerikada vətəndaş haqlarımızı əldə edə bilməyəcəyik...Cənubi Afrikada və Anqolada bizim bacı və qardaşlarımızın Cənubi AfrikaPortuqaliya irqçiləri tərəfindən insan haqlarının pozulması BMT-də bütün müstəqil dövlətlər tərəfindən qınandı. Biz də 22 milyonluq afroamerikalının insan haqlarının pozulması məsələsini BMT-də qaldırdıq və bizim məsələmiz beynəlxaql məsələ halına gəldi. Biz sonra Amerika hakimiyyətini Dünya Məhkəməsinə verə bilər və bütün rasistlərin cəzalanmasına nail ola bilərik.

—Malcolm X[257]

Malkolm "İslam milləti" hərəkatını tərk etdikdən sonra elan etdi ki, əvvəlki düşüncələrinin bəzilərini dəyişib və vətəndaş haqları hərəkatı təşkilatları ilə birgə çalışmağa razıdır. O, düşünürdü ki, bu hərəkatın vətəndaş haqları hərəkatı adlandırılması bu mübarizə ABŞ-nin daxilinə həbs edir. İnsan haqları hərəkatı adlandırılması isə onu bütün dünyaya aid edir və beynəlxalq səviyyəyə daşıyır. Malkolma görə bundan sonra şikayətlər BMT-də dilə gətirilməli idi. Çünki o inanırdı ki, dünyanın inkişaf etməkdə olan ölkələri burada onlara dəstək verəcəklər.[258]

Malkolm inanırdı ki, əgər ABŞ hakimiyyəti qaradərili insanları qorumazsa, qoruya bilməzsə və ya qorumağa istəksiz yanaşarsa qaradərililərin özlərini müdafiə etməsi lazımdır. O deyirdi ki, o və Afro-Amerikan Birliyi Təşkilatının digər üzvləri azadlığı, ədaləti, bərabərliyi və özlərini aqressorlardan qorumağa nə lazımdırsa etməyə hazırdırlar.[259]

Malkolm X 1964-cü ildəki mətbuat konfransında.

Malkolm dünyanın bir çox yerlərinə baş tutmuş səyahətlərindən bəhs edirdi. O, ABŞ daxilində qaradərililərin bərabərlik və azadlıq uğrunda mübarizəsi ilə III dünya ölkələrindəki azadlıq mübarizələri arasında xüsusi əlaqənin mövcud olduğunu vurğulayırdı.[260] O deyirdi ki, afroamerikalılar özlərini azlıq olaraq düşünərək səhv edirlər, çünki onlar qlobal səviyyədə çoxluqdurlar.[261]

Sosialist İşçi Partiyası tərəfindən təşkil edilən Militan İşçi Forumunda Malkolm kapitalizmi tənqid etmişdi. Bu nitqindən sonra ondan arzuladığı siyasi və iqtisadi sistem soruşulan zaman "dəqiq bilmirəm, amma müstəqilliyini yeni əldə etmiş III dünya dövlətlərinin sosializmə yönəlməsi təsadüfi deyildir" deyə cavab vermişdi.[262] Sosializm barədə fikirləri soruşulan zaman o qaradərili insanlar üçün yaxşıdır deyə cavab vermişdi. Jurnalist buna cavab olaraq "sosialist kimi görünüşürsüz" demiş, Malkolm isə cavabında "o zaman mən elə eləyəm" deyə cavab vermişdi.[263]

Həyatının sonuna qədər irqi ayrılığı müdafiə etməsə də, o, qaradərili millətçiliyini müdafiə etməyə davam etmişdir. O, bu millətçiliyə afroamerikalı icma üçün öz müqəddaratını təyin etmə hüququq kimi tərif vermişdi.[264] Həyatının son dövrlərində Malkolm qaradərili millətçiliyi barədə yenidən düşünməyə başlamışdı. Buna onun AfrikayaAvropaya səyahətləri səbəb olmuşdu. O, səyahəti zamanı Şimali Afrikadan olan inqilabçılarla görüşmüşdü. Bu inqilabçılar Malkolmda çox gözəl təsir bağışlamışdılar, lakin onlar qaradərili yox, ağdərili idilər.[265]

Həcc ziyarətindən sonra Malkolmun irqi ayrılıq və rasizm barədə düşüncələri dəyişməyə başlamışdı. Onun bu barədəki fikirləri "İslam milləti" hərəkatındakı düşüncələri ilə fəlsəfi baxımdan fərqlənməyə başlayırdı. Məkkədən ABŞ-yə göndərdiyi məşhur məktubunda o həcc ziyarəti zamanı ağdərili insanlarla yaşadığı təcrübə hesabına irq barədə yenidən düşündüyünü və əvvəlki nəticələrini bir kənara atdığını bildirirdi.[266] Qətlindən 2 gün əvvəl Qordon Parksla olan müsahibəsində demişdi:

Camal Əbdül Nasir, Ben Bella, Kvame Nkruma rasizmin təhlükələri barədə məni agah etdilər. Mən başa düşdüm ki, irqçiliyin qarası və ağı olmur. O dünyadakı bütün millətlərə eyni vaxtda və ya ayrı-ayrı vaxtlarda dəhşətlər yaşatmışdır. Qardaş, xatırlayırsanmi restorana qaradərililərlə ağdərililərin birləşməsinin tərəfdarı olan kollec tələbəsi olan qız gəlmişdi ? Mən o zaman ona bildirdim ki, bunun xəyal edilmə şansı belə yoxdu və o, ağlaya-ağlaya çölə çıxmışdı. Mən bu hadisəyə görə çox peşman olmuşam. Afrika qitəsinin bir çox yerində mən ağdərili tələbələrin qaradərililərə kömək etdiyinin şahidi oldum. Buna bənzər şeylər xeyli arqumenti üstələyir. Mən bütün qaradərili müsəlmanlar kimi hipnoz edilmişdim, mənə istiqamət göstərilir və yerimə əmri verilirdi. Mən düşüünrəm ki, insan əgər qarşılığını ödəyə biləcəksə yanlış şeylər edə bilər. Bunu ödəmək mənə 12 ilimə başa gəldi. Qardaş, bu pis səhnə idi. Xəstəlik və dəliliklə dolu günlər idi. Mən onlardan azad olduğuma görə çox şadam.[267]

Mirası

Malkolm X tarixin ən güclü və təsiredici qabiliyyətə malik afroamerikalılardan biri hesab edilir.[268][269][270] O, ABŞ-dəki qaradərililrəin özləri ilə qürur duymasında və onların Afrika irsinin vurğulanmasında çox böyük işlər görmüşdür.[271][272][273][274] İslam dininin ABŞ qaradərililəri arasında yayılması da böyük ölçü də Malkolmun əziyyətinin bəhrəsidir. Bir çox afroamerikalı, xüsusən ABŞ-nin şimal və qərb ştatlarında yaşayanlar hesab edir ki, Malkolm onların problemlərini vətəndaş haqları hərəkatına nisbətən daha anlaşılan və daha cəlbedici səsləndirmiş, onlara həll yolu tapmağa çalışmışdır. Bioqrafiya mütəxəsisi Malkolm haqqında "o, ağdərili Amerikaya qaradərililərin qanuni tələblərinə tələb olmayacağı halda ödəməli olduğu qiyməti açıq şəkildə göstərdi" sözlərini işlətmişdir.[275]

1960-cı illərin sonlarında artan radikal qaradərili hərəkatlarının demək olar ki hamısı Malkolma və onun təlimlərinə əsaslanırdı. Qara Güc Hərəkatının, Qara İncəsənət Hərəkatının və getdikcə yayılan "Qara gözəldir" şüarlarının və s. izləri Malkolma gedib çıxırdı.[276][277][278]

1963-cü ildən etibarən Malkolm Aleks Haley ilə onun bioqrafiyasının yazılması məsələsində əməkdaşlıq etməyə başlamışdı. O, Haleyə demişdi:

Bu kitab hazır olana mənim sağ olmağım möcüzə olacaq.[279]

Haley Malkolmun sui-qəsdindən bir neçə ay sonra "Malkolm X-ın avtobioqrafiyası" adlanan bioqrafiyanı tamamladı və nəşr etdirdi.[280]

1980 və 1990-cı illərdə Malkolmun həyatına və fəaliyyətinə olan maraq daha da artdı. Public Enemy kimi hip-hop qrupları Malkolmu özlərinə ikona seçdilər.[281] Onun portretləri yüz minlərlə evlərdə, ofislərdə, məktəblərdə asıldı.[282] Onun təsviri əks olunmuş köynəklər və jaketlər istehsal edildi.[283] 1992-ci ildə Malkolmun həyatından bəhs edən Malkolm X filmi çəkildi və onun bioqrafiyasi redaktə edilərək yenidən nəşr edildi.[284]

1998-ci ildə Taym qəzeti "Malkolm X-ın avtobioqrafiyası" kitabını XX əsrin ən təsirli 10 kitabından biri elan etmişdir.[285]

Filmlərdəki və səhnələrdəki obrazı

Robert Templetonun "Unutmamağımız gərəkdir: Qaradərili vətəndaş haqları hərəkatından" adlı kolleksiyasından Malkom X portreti.

1992-ci ildə çəkilmiş Denzel Vaşinqtonun Malkolm obrazını canlandırdığı film çəkilmişdir.[286] Film tənqidçi Rocer Ebert və Martin Skorsis tərəfindən 1990-cı illərdə çəkilmiş ən yaxşı 10 filmdən biri seçilmişdir.[287] Denzel Vaşinqton bundan əvvəl 1981-ci ildə off-brodvey tipində səhnələşdirilmiş "Toyuqlar evə yerləşəndə" əsərində Malkolm rolunu canlandırmışdır.[288]

Digər obrazı yaradılmış film və əsərlərə daxildir:

  • Ceyms Örl Cons tərəfindən 1977-ci ildə "Ən möhtəşəm" filmində,[289]
  • Dik Entoni Vilyams tərəfindən 1978-ci ildə çəkilmiş "Kinq" miniserialında və 1989-cu ildə Amerikan Pleyhausdan Ceff Stetson tərəfindən yaradılmış "Toplantı" teatrında,[290][291]
  • Al Friman tərəfindən 1979-cu ildə çəkilmiş "Qaynaqlar: gənəcək nəsillər" serialında,[292]
  • Morqan Friman tərəfindən 1981-ci ildə çəkilmiş "Peyğəmbərin ölümü" filmində,[293]
  • Ben Holt tərəfindən Nyu-York Şəhər Operasında təşkil edilmiş "X", "Həyat" və "Malkolmun zamanı" teatrlarında,[294]
  • Qari Dourdan tərəfindən 2000-ci ildə çəkilmiş "Dünyanın kralı" filmində,[295]
  • Coe Morton tərəfindən 2000-ci ildə çəkilmiş "Əli: Amerikan qəhrəman" filmində,.[296]
  • Mario Van Piiblis tərəfindən 2001-ci ildə çəkilmiş "Əli" filmində,.[297]
  • Lindsey Oven Pierre tərəfindən 2013-cü ildə çəkilmiş "Betti & Coretta" filmində,[298]
  • Ligel Thatç tərəfindən 2014-cü ildə çəkilmiş "Səlma" filmində,[299]

Xatirəsi

Nyu-York şəhərində Malcolm X bulvar.

Nebraska ştatının Omaha şəhərinin şimal hissəsindəki 3448 Pinkniy küçəsindəki ev Malkolmun ailəsinin yaşadığı və doğulduğu evdir. Bu ev 1965-ci ildə evin Malkolmla əlaqəsinin olduğunu bilməyən şəxslər tərəfindən satın alınmışdır.[300] 1984-cü ildə ev ABŞ-nin Tarixi Yerlərin Milli Reyerteri tərəfindən qeydiyyata alınmışdır.[301][302][303]

Miçiqan ştatının Lansinq şəhərində Malkolmun uşaqlıq illərində yaaşdığı evdə Miçiqan Tarix Mərkəzi qurulmuşdur.[304] Bu şəhər həmçinin, afrosentik məktəb olan Əl-Hac Malik əl-Şahbaz Akademiyasına da ev sahibliyi etməkdədir. Bu məktəbin binası Malkolmun uşaqlıq illərində təhsil aldığı məktəbin binasıdır.[305]

Dünyadakı bir sıra şəhərlərdə Malkolmun ad günü (may ayının 19-u) "Malkolm X Günü" kimi qeyd edilir. Bu ilk dəfə Vaşinqton şəhərində 1971-ci ildə qeyd edilmişdir.[306] Kaliforniya ştatının Berkli şəhərində Malkolmun ad günü 1979-cu ildənm şəhər miqyasında bayram kimi qeyd olunur.[307]

Bir xeyli şəhərin küçələrinə sonradan Malkolm X adı verilmişdir. 1987-ci ildə Nyu-Yorkun bələdiyyə sədri Harlemdəki Ed Koç Lenoks prospektinin bundan sonra Malkolm X bulvarı adlandırılacağını elan etmişdir. 1985-ci ildə Nyu-Yorkun Bruklin bölgəsindəki Reyd prospektinin adı Malkolm X bulvarı olaraq dəyişdirilmişdir.[308][309] Texas ştatının Dallas şəhərində yerləşən Ouaklənd prospektinin adı 1997-ci ildə Malkolm X bulvarı olaraq dəyişdirilmişdir.[310] Miçiqan ştatının şəhəri olan Lansinq şəhərinin mərkəzi küçəsinə 2010-cu ildə Malkolm X adı verilmişdir.[311] Həmçinin, Türkiyənin Ankara şəhərində ABŞ səfirliyinin binasının yerləşdiyi küçəyə 2016-cı ildə Malkolm X adı verilmişdir.[312][313][o]

Malkolmun ölümündən sonra onlarla məktəb onun adına adlandırılmışdır. Bunlara misal olaraq Nyu-Cersi ştatının Nevark şəhərində Malkolm X Şabazz məktəbini, Viskonsin ştatının Madison şəhərindəki Malkolm Şabazz orta məktəbini, Çikaqodakı Malkolm X kollecini göstərmək olar. Həmçinin, 1969-cu ildə Şimali Karolinada Malkolmun panafrikaist düşüncələrinə əsaslanan Malkolm X Libertarian Universiteti açılmışdır.[315][316][317][318]

1996-cı ildə Malkolmun adı verilən ilk kitabxana fəaliyyətə başlamışdır. San-Dieqo İctimai Kitabxanasının bir bölməsi Malkolmun şərəfinə adlandırılmışdır.[319]

ABŞ Poçt Xidməti 1999-cu ildə Malkolm X poçt markası istehsal etmişdir.[320] 2005-ci ildə Kolumbiya Universiteti Malkolm X və Dr. Betti Şabazzz Memorial Təhsil Mərkəzinin açılışını etmişdir.[321] Memorial Malkolmun qətlə yetirildiyi Audubon zalında yerləşir. Malkolmun sənədlərinin kolleksiyası Şomburq Qaradərili Mədəniyyəti Araşdırma Mərkəzində və Robert V. Vuudraf Kitabxanasında saxlanılır.[322][323][324]

Çap olunmuş əsərləri

  • Malkolmun avtobioqrafiyasi. Aleks Haleyin köməkliyi ilə. Nyu-York: Grove Press, 1965. OCLC 219493184.
  • Malkolm X-ın nitqləri: seçilmiş nitqlər və bəyanatlar. Corc Breytmən. Nyu-York: Merit Publishers, 1965. OCLC 256095445.
  • Malkolm X gənc insanlara deyir. Nyu-York: Young Socialist Alliance, 1965. OCLC 81990227.
  • Malkolm X-dan iki nitq. Nyu-York: Pathfinder Press, 1965. OCLC 19464959.
  • Malkolm X afroamerikan tarixi barədə. Nyu-York: Merit Publishers, 1967. OCLC 78155009.
  • Malkolm X-ın Hardarddakı nitqləri. Arçie Epps. Nyu-York: Morrow, 1968. OCLC 185901618.
  • Lazım olan hər vasitə ilə: nitqlər, müsahibələr və Malkolm X-ın məktubu. Corc Breytmən. Nyu-York: Pathfinder Press, 1970. OCLC 249307.
  • Ağ dünya aliliyinin sonu: Malkom X-ın 4 nitqi. Benjamin Kərim. Nyu-York: Monthly Review Press, 1971. OCLC 149849.
  • Son nitqlər. Bryus Perri. Nyu-York: Pathfinder Press, 1989. ISBN 978-0-87348-543-2.
  • Malkolm X gənc insanlara deyir: ABŞ, Britaniya və Afrikadakı nitqləri. Stiv Klark. Nyu-York: Pathfinder Press, 1991. ISBN 978-0-87348-962-1.
  • 1965-in fevralı: son nitqlər. Stiv Klark. Nyu-York: Pathfinder Press, 1992. ISBN 978-0-87348-749-8.
  • Malkolm X-ın gündəliyi. Herb Boyd və İlyasah Şabazz. Çikaqo: Third World Press, 2013. ISBN 978-0-88378-351-1.

Qeydlər

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Həmçinin bax

Xarici keçidlər