Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı

Amerika Birləşmiş Ştatlarının prezidentiABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib[1]. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti"[K 1] birləşməsində istifadə olunurdu.

Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 22-ci və 24-cü prezident hesab olunur. Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları).

Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison[2], Zakari Teylor[3], Uorren Hardinq[4]Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən)[5]Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən). Riçard Nikson vəzifədən istefa vermiş ilk və yeganə prezidentdir.[6]

ABŞ-nin ilk prezidenti Corc Vaşinqton seçicilərin 100% səsini alan yeganə prezident olub. Cerald Ford isə seçicilərin səsi ilə seçilməyib, belə ki, Riçard Nikson onu Spiro Aqnyunun istefasından sonra vitse-prezident təyin etdi və təyinatı Konqresin hər iki palatası təsdiqlədi, Niksonun istefasından sonra isə Ford avtomatik olaraq 38-ci prezident oldu. 1824-cü il seçkilərində seçicilərin mütləq səs çoxluğunu yığa bilməyən qalib Nümayəndələr Palatasının səsverməsindən sonra prezidenti postunu uduzdu. İkinci və altıncı prezidentlər, habelə qırx birinci və qırx üçüncü prezidentlər ata və oğul olmuşdular, iyirmi altıncı və otuz ikinci isə bir-birilərinə uzaq qohum idilər. Martin van Buren ingilis müstəmləkələrinin deyil müstəqil Ştatların ərazisində doğulmuş ilk prezident idi və həm də doğma dili ingiliscə olmayan yeganə prezident idi. Vəzifə başında olduğu zaman öldürülən iki prezidenti Conson soyadlı vitse-prezidentlər əvəz ediblər. Barak Obama ilk afroamerika mənşəli prezident olmuşdur. Vətəndaş müharibəsi zamanı cənub ştatları müstəqillik elan etdikdən və özünü ABŞ-nin tərkibindən çıxardıqdan sonra, 1861-ci ildən 1865-ci ilədək Amerika Konfederativ Ştatlarının prezidenti vəzifəsi mövcud olmuşdur. AKŞ-nin ilk və yeganə prezidenti Cefferson Devis olmuşdur. O bu vəzifəni 18 fevral 1861-ci ildən 10 may 1865-ci ilədək (bu dövrlərdə vitse-prezident Aleksandr Stivens idi) tutub.

Prezidentlərin siyahısı

Partiyalar:

  Partiyasız  Federalist  Demokratik-respublikaçı  Demokrat  Viq  Respublikaçı

ŞəkilPrezidentVəzifəyə gəlibVəzifədən gedibPartiyaVitse-prezident
1 Corc Vaşinqton[7][8][9]30 aprel 17894 mart 1797PartiyasızCon Adams
2 Con Adams[10][11][12]4 mart 17974 mart 1801FederalistTomas Cefferson
3 Tomas Cefferson[13][14][15]4 mart 18014 mart 1809Demokratik-respublikaçıAaron Burr
Corc Klinton
4 Ceyms Medison[16][17][18]4 mart 18094 mart 1817Demokratik-respublikaçıCorc Klinton
olmayıb
Elbric Cerri
5 Ceyms Monro[19][20][21]4 mart 18174 mart 1825Demokratik-respublikaçıDaniel Tompkins
6 Con Kuinsi Adams[22][23][24]4 mart 18254 mart 1829Demokratik-respublikaçı
Milli respublikaçı
Con Kelhun
7 Endrü Cekson[25][26][27]4 mart 18294 mart 1837DemokratCon Kelhun
olmayıb
Martin Van Buren
8 Martin Van Buren[28][29][30]4 mart 18374 mart 1841DemokratRiçard Conson
9 Uilyam Harrison[31][32][33]4 mart 18414 aprel 1841[34]ViqCon Tayler
10 Con Tayler[35][36][37]4 aprel 18414 mart 1845Viqolmayıb
Partiyasız[38]
11 Ceyms Noks Polk[39][40][41]4 mart 18454 mart 1849DemokratCorc Dallas
12 Zakari Teylor[42][43][44]4 mart 18499 iyul 1850[34]ViqMillard Filmor[45][46][47]
13 Millard Filmor9 iyul 18504 mart 1853Viqolmayıb
14 Franklin Pirs[48][49][50]4 mart 18534 mart 1857DemokratUilyam Kinq
olmayıb
15 Ceyms Byukenen[51][52][53]4 mart 18574 mart 1861DemokratCon Brekinric
16 Avraam Linkoln[54][55][56]4 mart 186115 aprel 1865[57]Respublikaçı[58]Hannibal Hamlin
Endrü Conson
17 Endrü Conson[59][60][61]15 aprel 18654 mart 1869Demokrat
Milli ittifaq[58]
olmayıb
18 Uliss Qrant[62][63][64]4 mart 18694 mart 1877RespublikaçıŞayler Kolfaks
Henri Uilson
olmayıb
19 Raterford Heys[65][66][67]4 mart 18774 mart 1881RespublikaçıUilyam Uayler
20 Ceyms Qarfild[68][69][70]4 mart 188119 sentyabr 1881[57]RespublikaçıÇester Artur
21 Çester Artur[71][72][73]19 sentyabr 18814 mart 1885Respublikaçıolmayıb
22 Qrover Klivlend[74][75]4 mart 18854 mart 1889DemokratTomas Hendriks
olmayıb
23 Bencamin Harrison[76][77][78]4 mart 18894 mart 1893RespublikaçıLevi Morton
24 Qrover Klivlend
(2-ci dəfə)[74]
4 mart 18934 mart 1897DemokratAdlay Stivenson
25 Uilyam Mak-Kinli[79][80][81]4 mart 189714 sentyabr 1901[57]RespublikaçıQarret Hobart
olmayıb
Teodor Ruzvelt
26 Teodor Ruzvelt[82][83][84]14 sentyabr 19014 mart 1909Respublikaçıolmayıb
Çarlz Ferbenks
27 Uilyam Taft[85][86][87]4 mart 19094 mart 1913RespublikaçıCeyms Şerman
olmayıb
28 Vudro Vilson[88][89][90]4 mart 19134 mart 1921DemokratTomas Marşal
29 Uorren Hardinq[91][92][93]4 mart 19212 avqust 1923[94]RespublikaçıKalvin Kulic
30 Kalvin Kulic[95][96][97]2 avqust 19234 mart 1929Respublikaçıolmayıb
Çarlz Daues
31 Herbert Huver[98][99][100]4 mart 19294 mart 1933RespublikaçıÇarlz Körtis
32 Franklin Delano Ruzvelt[101][102]4 mart 193312 aprel 1945[34]DemokratCon Qarner
Henri Uolles
Harri Trumen
33 Harri Trumen[103][104][105]12 aprel 194520 yanvar 1953Demokratolmayıb
Olben Barkli
34 Dvayt Eyzenhaver[106][107][108]20 yanvar 195320 yanvar 1961RespublikaçıRiçard Nikson
35 Con Kennedi[109][110][111]20 yanvar 196122 noyabr 1963[57]DemokratLindon Conson
36 Lindon Conson[112][113]22 noyabr 196320 yanvar 1969Demokratolmayıb
Hyubert Hamfri
37 Riçard Nikson[114][115][116]20 yanvar 19699 avqust 1974[117]RespublikaçıSpiro Aqnyu
olmayıb
Cerald Ford
38 Cerald Ford[118][119][120]9 avqust 197420 yanvar 1977Respublikaçıolmayıb
Nelson Rokfeller
39 Cimmi Karter[121][122][123]20 yanvar 197720 yanvar 1981DemokratVolter Mondeyl
40 Ronald Reyqan[124][125][126]20 yanvar 198120 yanvar 1989RespublikaçıCorc Herbert Uoker Buş
41 Corc Herbert Uoker Buş[127][128][129]20 yanvar 198920 yanvar 1993RespublikaçıDen Kueyl
42 Bill Klinton[130][131][132]20 yanvar 199320 yanvar 2001DemokratAlbert Qor
43 Corc Uoker Buş[133][134][135]20 yanvar 200120 yanvar 2009RespublikaçıRiçard Çeyni
44 Barak Obama[136][137][138]20 yanvar 200920 yanvar 2017DemokratCo Bayden
45 Donald Tramp20 yanvar 201720 yanvar 2021RespublikaçıMayk Pens
46 Co Bayden20 yanvar 2021TBTDemokratKamala Harris

Hazırda yaşayan sabiq prezidentlər

Hazırda keçmiş ABŞ prezidentlərinin 5-i sağdır:

PrezidentPrezidentlik dövrüDoğum tarixi
Cimmi Karter197719811 oktyabr 1924
Bill Klinton1993200119 avqust 1946
Corc Uoker Buş200120096 iyul 1946
Barak Obama200920176 avqust 1961
Donald Tramp2017202114 iyun 1946

Prezidentlərdən sonuncu dəfə 30 noyabr 2018-ci ildə 94 yaşında Corc Herbert Uoker Buş vəfat etmişdir (Prezidentlik dövrü 1989-cu ildən 1993-cü ilədək olmuşdur).

Həmçinin bax

İstinadlar

Xarici keçidlər


Sitat səhvi: " K " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="K"/> teq tapılmadı