Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.

Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
ATƏT
OSCE
Organization for Security and Co-operation in Europe
Loqonun şəkli
NövüRegional təşkilat
Yaranma tarixi4 aprel 1975
Rəsmi dili
MərkəziAvstriya Avstriya, Vyana
SədrAvstriya Sebastian Kurc
Üzvləri57 üzv, 11 tərəfdaş dövlət
OSCE.Org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞKanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.[1]

ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər[2].

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.

İştirakçı olan dövlətlər

ATƏT-in iştirakçıları

DövlətDövlət
Avstriya Malta
Albaniya Monako
Andorra Monqolustan
Azərbaycan Niderland
Ermənistan Belarus
Belçika Polşa
Bolqarıstan Portuqaliya
Bosniya və Herseqovina Rusiya
Vatikan Rumıniya
Birləşmiş Krallıq San-Marino
Macarıstan Serbiya
Almaniya Slovakiya
Yunanıstan Sloveniya
Gürcüstan ABŞ
Danimarka Tacikistan
İrlandiya Türkmənistan
İslandiya Türkiyə
İspaniya Özbəkistan
İtaliya Ukrayna
Qazaxıstan Finlandiya
Kanada Fransa
Kipr Xorvatiya
Qırğızıstan Monteneqro
Latviya Çexiya
Litva İsveçrə
Lixtenşteyn İsveç
Lüksemburq Estoniya
Şimali Makedoniya Moldova
Norveç

Əməkdaşlıq üzrə tərəfdaşlar

Aralıq dəniziİlAsiyaİlOkeaniya
Əlcəzair Əfqanıstan2003
Misir19952009
İsrail2002 Cənubi Koreya2001
İordaniya00000 Tailand2000
Mərakeş1988 Yaponiya1992
Tunis777 Avstraliya

Həmçinin bax

Mənbə

Xarici keçidlər