Lazanya

Lazanya (it. lasagne) — İtaliyada ən məşhur yeməklərdən biri olan lazanya. Makaron, tərəvəzlər və döyülmüş ətdən hazırlanan İtalyan zapekankası.

Lazanya
Mənşəyi
Tərkibi
Əsas

Mənşəyi

Lazanyanın mənşəyi orta əsrlər dövrü İtaliyadan gəlir və onun ənənəvi olaraq Neapol şəhərinə aid olduğuna inanılır. XIV əsrdən olan Liber de Coquina (lat. Aşpazlıq kitabı) adlı mənbə onun ən erkən reseptinin yazısını saxlayır.[1] Bu reseptin ənənəvi lazanya ilə oxşarlığı böyük deyil. Fermentləşmiş xəmirdən nazik təbəqələr (lazanya) hazırlanıb, qaynadılırdı və üstünə pendirnən ədviyyatlar səpilirdi. Bu xörək balaca sancılan çubuqnan yeməli idi.[2]

Neapolun ənənəvi lazanya di karnevale (it. lasagne di carnevale) adlı xörək yerli kolbasa, balaca qovurmuş ət topları, bərk qaynadılmış yuçurtalar, rikottamotsarella pendirləri və Neapol raqusudan (ət sousu) olan qatlardan ibarətdir.[3]

Etimologiya

Qədim Romada lasana və ya lasanum (latın dilində qab və ya qazan) adlı oxşar bir xörək var idi. O, Mark Qabiy Apitsiyin De re coquinaria kitabında izah olunur.[4] Bu sözün mənşəyi bundan da qədim ola bilər. Qədim Yunanıstanda λάγανον (laqanon) adlı uzun hissələrə kəsilən həmir xörəyi var idi.[5][6][7][8] Başqa bir nəzəriyyəyə görə, lazanya sözü yunan λάσανα (lasana) və ya λάσανον (lasanon), yəni sacayaq və ya dibçək sözlərindən gəlir.[9][10][11]

İncəsənətdə

Komiks personajı Qarfild lazanyanı sevir.[12]

İstinadlar

Xarici keçidlər