Qaraquyruq gəlincik

Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü.

Qaraquyruq gəlincik
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Fəsiləüstü:
Musteloidea
Fəsilə:
Yarımfəsilə:
???:
Qaraquyruq gəlincik
Beynəlxalq elmi adı

Təsviri

Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr,bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5- 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalıvə qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzunquyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədəninüst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçülərivə yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e. teberdina Kornejev, 1941 yarımnövü yayılmışdır.

Yayılması

Geniş arealı Şimali Amerika, Avrasiya, Qafqaz, Mərkəzi Asiya, Saxalin, Kuril adalarını əhatə edir. Müxtəlif landşaftlarda məskunlaşır, suətrafı biotoplara üstünlük verir.Qafqazda d.s.-dən 3500 m-dək hündürlükdə alp çəmənliklərində yaşayır. Azərbaycandailk dəfə dəqiq olaraq İsmayıllı rayonunun Göyçay çayının mənbələrində (d.s.-dən 2760 mhündürlükdən, 41°01’ şimal enliyi, 48°10’ şərq uzunluğunda) tapılmışdır. Bu hündürlükdəalp çəmənləri daşlı-kəsəkli qayalıqlarla qarışır, bunların arasında bir neçə fərd qeydə alınmışdır. Daha sonra 13.08.2008-ci il tarixdə d.s. 3500–3600 m yüksəklikdə Bazaryurd dağının (Bazardüzü dağı ilə üzbəüz) ətəyində, Taxtayaylaq-qırxbulaq deyilən ərazidə daşlı-qayalı sahədə AMEA Zoologiya İnstitutunun əməkdaşları tərəfindən təkrar müşahidə olunmuşvə fotoşəkilləri çəkilmişdir.

Həyat tərzi

Sığınacaqlarını gəmiricilərin yuvalarında, ağac kökləri altında, koğuşlarda, qaya çatlarında, çılçırpı komalarında qururlar. Əsasən gecələr və toranlıqda aktivdirlər. Dişi və erkəklər ayrı yaşayırlar. Fərdi sahələri yem ehtiyatından asılıolaraq 10 ha-dan 200 ha-dək dəyişir. Əsasən siçanabənzər gəmiricilər, xırda quşlar, yaydacücülər və giləmeyvələrlə də qidalanır. Yem ehtiyatı toplayır. Poliqamdırlar. Kürsək apreldənavqustadək uzanır. Baladoğma aprel-mayda olur. 1-2 dən 11-18-ə qədər (çox vaxt 6-8) baladoğulur. Dişilər 11-14 aydan sonra cinsi yetkinliyə çatır, amma həyatlarının 17-ci günündənonlarda kürsək başlayır və onlar yetkin erkək tərəfindən basıla bilir (bu məməlilər arasındaunikal haldır). Erkəklər isə 1 yaşlarında cinsi yetkinliyə çatır.Sayı məlum deyildir.

Azalma səbəbi

Az tədqiq edildiyinə görə dəqiq məlum deyildir, amma yaylaqlarınhəddindən artıq otarılması nəticəsində dağ ekosistemlərinin deqradasiya etməsi yaşayışyerlərinin və biotoplarının dağıdılmasına səbəb olur.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri: məlum olan yaşayış yerləri Şahdağ MilliParkı hüdudlarında mühafizə olunur,- Yay otlaqlarında normadan artıq mal-qaranın otarılmasını qadağan etmək,- Növün müasir metodlarla genişmiqyaslı tədqiqatını və monitoringini aparmaq.

Mənbə

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 208səh, Qaraquyruq gəlincik. (2013)