Santali dili

Santalice, Santalca və ya Santali dili əsasən Assam, Bihar, Carkhand, Mizoram, Orissa, TripuraQərbi Benqalda danışılan Ho və Mundari dilləri ilə qohum bir Avstriya-Asiya dili .[5] Bu dil ailəsinin Munda qrupuna aid olan və qrupun ən çox danışılan üzvü olan Santali dili Hindistan Konstitusiyasına uyğun olaraq Hindistanın rəsmi tanınmış regional dillərindən biridir.[6] Təxminən 7,6 milyon danışan sayı ilə dil Hindistan, Banqladeş, ButanNepalada geniş yayılmışdır. Bu dil həm də Vyetnam diliKxmer dillərindən sonra sayca üçüncü ən böyük Avstroasiya dilidir. Santali dili Avstroasiya kökənli etnik Santalların ana dilidir.

Santali dili
Orijinal adıSantali
ᱥᱟᱱᱛᱟᱲᱤ
সাঁওতালি
Ölkələr
Danışanların ümumi sayı
  • 6.000.000 nəf.
Təsnifatı
Austric[d]
Avstroasiya dilləri
Munda dilləri
Santali dili
Yazılatın əlifbası, Devanagari
Dil kodları
ISO 639-1
ISO 639-2sat
ISO 639-3sat
Dilin strukturlarının dünya atlasıstl
Atlas of the World’s Languages in Danger1447
Ethnologuesat
IETFsat
Glottologsant1410
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ol Chiki yazı sistemi 1925-ci ildə Pandit Raghunath Murmu tərəfindən işlənib hazırlanana qədər Santalice yazısı mövcud deyildi, və bu dil sadecə danışıq dili idi. Tək səsli hərf əlifbası ilə yazılan Ol Çiki sistemi digər heca əsaslı hind yazı sistemlərindən fərqlənir və müasir Hindistanda Santali dilində yazmaq üçün geniş istifadə olunur.