UEFA Avro 2012

UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb.[2]

UEFA Avro 2012
Yarış məlumatları
Ev sahibiPolşa Polşa
Ukrayna Ukrayna
Tarix2012
Başlama tarixi8 iyun 2012
Bitmə tarixi1 iyul 2012
Stadion sayı(8 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempionİspaniya milli futbol komandası
Yarış statistikası
Oyun sayı31
Qol sayı76
Tamaşaçı sayı1.440.896
Mükafat sahibləri
Bombardir(lər)Fernando Torres, Mario Qomes, Alan Dzaqoyev, Mario Balotelli, Kriştianu Ronaldo, Andres İnyesta[1]
2008
2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seçmə mərhələ

Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.

Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək. İkinci yerin sahiblərindən də biri eyni hüququ əldə etmiş olacaq. Qruplarda ikinci yeri tutan digər 8 yığma isə pley-off oyunlarında qalibi müəyyənləşdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi gələn 2010-cu il fevralın 7-də Polşanın Varşava şəhərində keçiriləcək.

Səbətlər

1. Səbət2. Səbət3. Səbət

İspaniya
Almaniya
Niderland
İtaliya
İngiltərə
Xorvatiya
Portuqaliya
Fransa
Rusiya

Yunanıstan
Çexiya
İsveç
İsveçrə
Serbiya
Türkiyə
Danimarka
Slovakiya
Rumıniya

İsrail
Bolqarıstan
Finlandiya
Norveç
İrlandiya
Şotlandiya
Şimali İrlandiya
Avstriya
Bosniya və Herseqovina

4. Səbət5. Səbət6. Səbət

Sloveniya
Latviya
Macarıstan
Litva
Belarus
Belçika
Uels
Şimali Makedoniya
Kipr

Monteneqro
Albaniya
Estoniya
Gürcüstan
Moldova
İslandiya
Ermənistan
Qazaxıstan
Lixtenşteyn

Azərbaycan
Lüksemburq
Malta
Farer adaları
Andorra
San-Marino

2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatması zamanı milli komandaların yer alacağı səbətlərin yekun tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının pley-off mərhələsi başa çatdıqdan sonra AÇ-2012-nin seçmə oyunlarında iştirak edəcək 51 kollektivin hər birinin potensial rəqibləri məlum olub. 2010-cu il fevralın 7-də Polşanın paytaxtı Varşavada atılacaq seçmə mərhələnin püşkü atılacaq. Həmin mərasimdə iştirakçılar 9 qrupa bölünəcək. A-F qruplarının hər birində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alacaq. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanacaq. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandasının da 6 komandalı qrupa düşəcəyi dəqiqdir.

Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd "xoşbəxt"i müəyyənləşdirəcək.

Final mərhələsi

2012-ci ildə PolşaUkraynada keçiriləcəkdir.

Final mərhələsinə vəsiqə qazanmış ölkələr:

Stadionlar

2012 Avropa Kubokunda 31 oyun oynanılacaq. 16 oyuna Ukrayna, 15 oyuna isə Polşa ev sahibliyi edəcək[3]. Oyunların keçiriləcəyi şəhər və oyun sayısı belədir:

  • Varşava: açılış oyunu daxil olmaqla 3 qrup oyunu, 2 dörddə bir final və bir yarı final(cəmi 6 oyun)
  • Qdansk: 3 qrup oyunu
  • Vroslav: 3 qrup oyunu
  • Poznan: 3 qrup oyunu
  • Kiyev: 3 qrup oyunu, 2 dörddə bir final və bir yarı final və final (cəmi 7 oyun)
  • Lvov: 3 qrup oyunu
  • Xarkov: 3 qrup oyunu
  • Donetsk: 3 qrup oyunu
VarşavaPoznanVroslavQdansk
Varşava Milli Stadionu
Tutumu: 55,920[4]
Miejski Stadionu (Poznan)
Tutumu: 45,830[5]
Miejski Stadionu (Vroslav)
Tutumu: 45,771[6]
PGE Arena Qdansk
Tutumu: 44,000[7]
KiyevDonetskLvovXarkov
Milli Olimpiya İdman Kompleksi
Tutumu: 69,004[8]
Donbas Arena
Tutumu: 51,504[9]
Yeni Lvov Stadionu
Tutumu: 33,500[10]
Metalist Stadionu
Tutumu: 41,411[11]

İstinadlar