UEFA Avro 2016

Futbol üzrə 2016-cı il Avropa Çempionatı ya da qısaca olaraq Avro 2016, UEFA tərəfindən təşkil olunan 15-ci Avropa Futbol Çempionatıdır. Fransanın ev sahibliyi etdiyi turnir 10 İyun - 10 İyul 2016 tarixləri arasında baş tutub.Turnirdə Portuqaliya millisi qələbə qzanmışdır.[1][2] Son iki Avropa Futbol Çempionatında İspaniya qalib gəlmişdir.

UEFA Avro 2016
Championnat d'Europe de football 2016  (fr.)
Yarış məlumatları
Ev sahibiFransa
Tarix10 İyun - 10 İyul 2016
Başlama tarixi10 iyun 2016
Bitmə tarixi10 iyul 2016
Stadion sayı10
Yekun nəticəsi
ÇempionPortuqaliya milli futbol komandası
Çempion Portuqaliya (1-ci dəfə)
Gümüş medalçı Fransa
Yarış statistikası
Oyun sayı51
Qol sayı108 (matç başına: 2.12)
Tamaşaçı sayı2427303 matç başına: 47594
Mükafat sahibləri
Bombardir(lər)Fransa Antuan Qrizman (6 qol)
2012
2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1996-cı ildən bəri 16 komandanın iştirak etdiyi Avropa Futbol Çempionatında ilk dəfə olaraq 24 komanda çıxış edəcək.[3] Yeni formatda finalçılar 4 komandadan ibarət 6 qrupdan təşkil olunmuş qrup mərhələsindən sonra, üç turluq pley-off mərhələsi ilə ən sonda finalda yarışacaqlar. Turnirdəki 24 komandanın 19-u təsnifat mərhələsində qruplarda ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərən üçüncü yerdəki komanda ev sahibi Fransa ilə birlikdə turnirə birbaşa vəsiqəni təmin etməklə, 4-ü isə üçüncü yeri tutan yerdə qalan komandaların səfərdə və evdə keçirdikləri pley-off matçlarından sonra turnirdə iştirak edəcək sonuncu komandaları müəyyən etmişdir.

Turnirə ev sahibliyi edəcək ölkə 28 May 2010-cu ildə İtaliya, Türkiyə ve Fransa arasından seçilmiş və Fransa ən sonda Türkiyəni bir xal qabaqlayaraq iştirak hüququnu əldə etmişdir.[4][5] Matçlar 10 şəhərdə 10 fərqli stadionda oynanılacaq. Bunlar: Bordo, Lans, Lill, Lion, Marsel, Nis, Paris, Seynt-Denis, Seynt-Éttyen və Tuluzadır. Fransa bu turnirə 1960-cı ildəki açılış turniri ve 1984-cü ildən sonra ikinci dəfə ev sahibliyi edəcəkdir. Ev sahibi Fransa 1984-cü ildə ve 2000-ci ildə turnirdə qalib olmuşdur.

Turnirin qalibi olan komanda (Portuqaliya millisi) 2017-ci ildə Rusiyada keçiriləcək FİFA Konfederasiyalar Kubokuna birbaşa iştirak hüququ əldə edəcək.

Təşkilatçı seçimi prosesi

Əsas məqalə: UEFA Avro 2016 təşkilatçı seçimləri

Təşkilatçı seçimi üçün son tarix olan 9 Mart 2009-cu ilə qədər dörd təklif irəli sürülmüşdü. Fransa, İtaliya və Türkiyə tək təklif kimi təqdim olunarkən, Norveç və İsveç birgə təkliflə çıxış etmişdi.[6] Norveç və İsveç öz təkliflərini ən son 2009-cu ilin dekabrında geri götürdülər.[7]

Ev sahibi ölkə 28 May 2010-cu ildə seçilmişdir.[8]

Seçim nəticələri [9]
ÖlkəMərhələ
1-ci (xallar)2-ci (xallar)
 Fransa437
 Türkiyə386
 İtaliya23
Ümumi10413
  • 1-ci mərhələ: UEFA İcra Komitəsinin 13 üzvündən hər biri 3 təklifi 1-ci, 2-ci və 3-cü olmaqla qiymətləndirir və 1-ci yeri tutan 5 xal, 2-ci yeri tutan 2 xal, 3-cü yeri tutan isə 1 xal alır. Təklif irəli sürən ölkələrin səs vermədə iştirakına icazə verilmir.
  • 2-ci mərhələ: Həmin 13 üzv son iki finalçını qiymətləndirir.

İstinadlar