Volt

1 Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə, elektrik dövrəsinin iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür.
Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q. Ölçü vahidi italyan fiziki Voltanın şərəfinə 1V götürülür[2]

Volt
Ümumi məlumatlar
Ölçdüyü anlayışgərginlik[1], elektrohərəkət qüvvəsi
Adını daşıyırAlessandro Volta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax

İstinadlar