Qasım Süleymani

General Qassim Soleimani

Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957[2][3], Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d]3 yanvar 2020[4][5][…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq[4][13]) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb.

Sərdar Qasım Süleymani
fars. قاسم سلیمانی‎
Şəxsi məlumatlar
LəqəbləriHacı Qasım (İranda və Şərq ölkələrində)[1]
Kölgə Komandir (Qərb ölkələrində)
Doğum tarixi11 mart 1957(1957-03-11)[2][3]
Doğum yeri
Vəfat tarixi3 yanvar 2020(2020-01-03)[4][5][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbihava zərbəsi[13][14]
Dəfn yeri
  • Kirman Şəhidlər xiyabanı[d]
Dəfn tarixi7 yanvar 2020
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyətiİran
Qoşun növü İslam İnqilabı Keşikçiləri Korpusu
Xidmət illəri1979 - 2020
Rütbəsi Sərləşgər
Vəzifəsi Qüds qüvvələrinin komandiri
Döyüşlər
TəltifləriRespublika Qəhrəmanı (Suriya) "Fəth" ordeni "Zülfüqar" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmişi

Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub.[15][16][17][18] Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.[16][18] 1975-ci ildə Kirman Su İdarəsində podratçı olaraq işə başlamışdı.[16][19][20] Boş vaxtlarında yerli idman salonlarında ağırlıqlıq qaldırma ilə məşğul olurdu, Ayətullah Xomeyninin səyahət edən ardıcıllarından olan Höccət Kamyab adlı təbliğatçısının xütbələrinə qatılırdı.[21][22]

Hərbi karyera

İranda 1979-cu ildə Şahənşahın devrilməsi və Ayətullah Xomeyni öndərliyində şiəliyin dövlət səviyyəsinə qaldırılaraq islam respublikası yaradılması ilə nəticələnən İran İslam İnqilabından sonra Süleymani İslam İnqilabı Keşikçiləri Korpusuna qatıldı. Hərbi təhsilinin olmamasına rəğmən orduda tez bir zamanda yüksəlməyi bacardı. Karyerasının başlanğıcında o, keşikçi vəzifəsində İranın şimal-qərbinə göndərilib və Qərbi Azərbaycan ostanında kürd separatçı üsyanının yatırılmasında iştirak edib.

22 sentyabr 1980-ci ildə Səddam Hüseyn İranı işğal etmək istəyi ilə İran-İraq müharibəsi (1980–1988)-nə başladığı vaxt Qasım Süleymani öz komandanlığı altında tərkibi Kirmanlı əsgərlərdən ibarət hərbi qrup yaradaraq onlara şəxsən təlim keçərək müharibəyə qatıldı. Hələ 30 yaşı tamam olmamasına baxmayaraq böyük hərbi əməliyyatlara qatılaraq, İraqın işğal etdiyi torpaqları geri qaytarmaqda müvəffəqiyyətli əməliyyatlardakı rolundan ötəri tezliklə ordu sıralarında yüksəlməyə və cəsarəti ilə şöhrətini artırmağa nail oldu. Bu uğurlu yüksəlişin sonunda 20li yaşlarında gənc olmasına rəğmən 41-ci Sarallah divizionunun komandiri təyin edildi. Əsasən cənub cəbhəsində döyüşən Süleymani 1981-ci ildə keçirilən Tariq-əl-Qüds əməliyyatında ağır yaralandı.

Ölümü

2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində general Qasım Süleymani öldürülüb. Əməliyyat Bağdad aeroportu rayonunda ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha doqquz nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də həlak olub. Qasım Süleymani və əl-Mühəndis təyyarə ilə Suriyadan Bağdada gəliblər. Daha sonra onları aparan avtomobil korteji aerportu tərk edib, amma çox keçmədən aeroport ərazisində onları Amerika raketləri haqlayıb. Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib, nəticədə avtomobil darmadağın olub, ətrafda da dağıntılar yaranıb.

Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib. 2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.[23]

Dəfni

İstinadlar