Xəndək (Qubadlı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Xəndək
39°25′02″ şm. e. 46°38′58″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xəndək xəritədə
Xəndək
Xəndək

XəndəkAzərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Tariximənbəni redaktə et

Xəndək kəndi kəndin ərazisində yerləşən qədim mağaralardan bilinir ki, XVII-XVIII əsrdə müvcud olmuş kənddir.

2020 Noyabr ayının 9-u Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

Toponimikasımənbəni redaktə et

Xandək kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Cənubi Azərbaycanın Xandək kəndindən gəlmiş Hacı Məmməd adlı şəxsin salması və hazırda kənddəki nəsillərdən birinin hacıməmməduşağı adlanması haqqında məlumat verilir. Tədqiqatçılar bu oykonimi X əsrdə Orta Asiyada Çu çayı vadisində və Talas Alatausu ərazisində yaşamış və sonralar Səlcuq oğuzlarına qoşulmuş türk mənşəli xandak tayfasının adı ilə bağlayırlar. XIX əsrin əvvəllərində Şəki əyalətində Kandak, Gürcüstan ərazisində Aşağı Xandək və Yuxarı Xandək kəndləri qeydə alınmışdır. Oykonim Xəndək variantında da işlənir.[2]

Mədəniyyətimənbəni redaktə et

Xəndək kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada toxunan xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilmişlər. Burada toxunan xalçalar dünya bazarlarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi

Həmçinin baxmənbəni redaktə et

İstinadlarmənbəni redaktə et

Xarici keçidlərmənbəni redaktə et


Naviqasiya menyusu