Avrozona

AvrozonaAvropa Birliyinin rəsmi valyutası avro olan 19 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.

Üzvlər

Avro, Avropa Birliyi ölkələrinin iqtisadi və maliyyə birliyinin faktoru kimi ödənişsiz pul tədavülünə 1999-cu ildən buraxılıb. 1999-cu ildən AB-nin 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq avrozona yaratdılar və 1 yanvar 1999-cu ildən rəsmi tədavülə paralel ümumi valyuta kimi avropanı buraxdılar.

Avro və onun sentləri dövriyyəyə 1 yanvar 2002-ci ildən buraxılıb. Sloveniya avrozonaya 1 yanvar 2007-ci ildən, KiprMalta 1 yanvar 2008-ci ildən, Slovakiya 1 yanvar 2009-cu ildən, Estoniya — 1 yanvar 2011-ci ildən, Latviya — 1 yanvar 2014-cü ildən[1] daxil olub.

Hal-hazırda Avrozonanın tərkibinə 325 milyon əhalisi olan 19 ölkə daxildir.

Avrozonaya daxil olan (valyutası Avro olan) dövlətlər
Avrozonaya qatılma tarixiDövlətin adıAvrodan əvvəlki milli valyutaİstisnalar
1 Yanvar 1999 Almaniya

Avstriya

Belçika

Finlandiya

Fransa

İrlandiya

İspaniya

İtaliya

Lüksemburq

Niderland

Portuqaliya

Alman markı

Avstriya şillinqi

Belçika franqı

Fin markkası

Fransız franqı

İrland paundu

İspan pesetası

İtalyan lirası

Lüksemburq franqı

Niderland quldeni

Portuqal eskudosu

Fransaya bağlı olan:


Niderlanda bağlı olan:

1 Yanvar 2001 Yunanıstan Yunan draxması-
1 Yanvar 2007 Sloveniya Sloven toları-
1 Yanvar 2008 Kipr

Malta

Kipr paundu

Malta lirası

Kiprin bir hissəsi olan:
1 Yanvar 2009 Slovakiya Slovak korunası-
1 Yanvar 2011 Estoniya Estoniya kronu-
1 Yanvar 2014 Latviya Latış latısı-
1 Yanvar 2015 Litva Litva litası-

Avropa İttifaqı üzvü olan lakin, Avrodan istifadə etməyən dövlətlər

Avropa Birliyinin üzvü olan lakin, rəsmi olaraq Avrodan istifadə etməyən bir neçə dövlətlər vardır.

Danimarka, Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq Avrodan istifadə etməyən Avropa İttifaqının üzvüdür. Danimarka höküməti, referendumun nəticəsində qərar qəbul etmədiyi müddətcə, Avropa İttifaqı tərəfindən hüquqi təzyiqlə qarşılaşmaz. 28 Sentyabr 2000-ci ildə Danimarkada keçirilən referendumun nəticəsinə görə səs verənlərin 53.2%-i Avroya keçməyə qarşı çıxmışdır.

İsveçin Avro məsələsində imtiyaza sahib olmamasına qarşı, bu ölkədə keçirilən referendumlar, Avroya keçməyə maneə yaradır. 14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə, səs verənlərin 56.1%-i Avroya 'Yox' demişdir.

Avropa İttifaqına daxil olan lakin, Avrodan istifadə etmək üçün, müəyyən kriteriyalara hələki cavab verə bilməyən bir neçə dövlətlər vardır. Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, PolşaRumıniya müəyyən kriteriyaları qarşıladıqdan sonra Avroya keçmək məcburiyyətindədirlər.

Avropa İttifaqına daxil olan lakin, Avrozonaya daxil olmayan (Avrodan istifadə etməyən) dövlətlər
Dövlətin adıMilli valyutasıAvrozonaya daxil olmamasının səbəbi
Bolqarıstan Bolqar leviAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Çexiya Çex kronuAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Danimarka Danimarka kronuMaastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq avrodan istifadə etmir
Xorvatiya Xorvatiya kunasıAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
İsveç İsveç kronu14 Sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə Avroya keçilməkdən imtina edilmişdir
Macarıstan Macarıstan forintiAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Polşa Polşa zlotıAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir
Rumıniya Rumıniya leyiAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir

Avropa İttifaqı üzvü olmayan lakin, Avro istifadə edən dövlətlər

  1. Andorra
  2. Kosovo
  3. Monako
  4. Monteneqro
  5. San Marino
  6. Vatikan

Dörd ədəd cırtdan dövlətlər, Andorra, Monako, San MarinoVatikan Avropa İttifaqının üzvü olmasalarda, edilən müqavilələr çərçivəsində avrodan istifadə etməkdədirlər.

MonteneqroKosovo isə Avropa İttifaqı ilə hər hansısa müqavilə imzalamadan avrodan istifadə etməkdədirlər.

Mənbələr

İstinadlar