Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) — Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən çoxtərəfli beynəlxalq müqavilə. Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cü A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş və Paktın 49-cu maddəsinə uyğun olaraq 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 49-cu maddəyə görə, Pakt, 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulduqdan üç ay sonra qüvvəyə minir. Bu Paktda iştirak edən bütün dövlətlər şəxslərin yaşamaq hüququ, din azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla, mülki və siyasi hüquqlarına hörmət etməlidirlər.[2] 2017-ci ilin avqust ayına görə, Paktın 172 iştirakçı dövləti və altı imzalayan, lakin hələ ratifikasiya etməmiş üzv dövləti var.[1]

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
MSHBP-nın tərəfləri və imzalayan dövlətlər   Üzv dövlət   İmzalayan, lakin ratifikasiya etməyən   Geri çəkilməyə çalışan üzv dövlət   Qeyri-üzv dövlət

MSHBP-nın tərəfləri və imzalayan dövlətlər

  Üzv dövlət
  İmzalayan, lakin ratifikasiya etməyən
  Geri çəkilməyə çalışan üzv dövlət
  Qeyri-üzv dövlət
Müqavilənin tipiBirləşmiş Millətlər Təşkilatının Baş Məclisinin qətnaməsi
Hazırlanma tarixi1954
İmzalanma tarixi19 dekabr 1966[1]
İmzalanma yeriBirləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York
Qüvvəyə minməsi3 yanvar 1976[1]
İmzalayanlar74[1]
Tərəflər172[1]
Diliçex dili
Vikimənbənin loqosu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt Vikimənbədə

MSHBP İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) və Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) ilə birlikdə İnsan hüquqları haqqında Beynəlxalq Billin tərkib hissəsini təşkil edir.[3]

Paktın tətbiqinə BMT-nin İnsan hüquqları Komitəsi (Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasından ayrıca orqandır) tərəfindən nəzarət edilir. Həmin Komitə dövlətlərdən hüquqların necə tətbiq olunması barədə fəaliyyətləri ilə bağlı müntəzəm olaraq hesabatlar alır. Dövlətlər əvvəlcə Pakta qoşulduqdan bir il sonra, daha sonra isə Komitə müraciət etdikdə (adətən hər dörd ildə bir) məruzə verməlidirlər. Komitənin iclasları ildə üç dəfə, əsasən Cenevrədə keçirilir.

Tarixi

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

MSHBP, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin formalaşmasına gətirib çıxaran eyni proseslərdən qaynaqlanır.[4] Birləşmiş Millətlər Təşkilatının qurulmasına gətirib çıxaran 1945-ci il San-Fransisko Konfransında "İnsanın əsas hüquqları haqqında Bəyannamə" təklif edilmiş və İqtisadi və Sosial Şuraya onu tərtib etmək tapşırığı verilmişdi.[3] Prosesin başlanğıcında həmin sənəd insan hüquqları ilə bağlı ümumi bəyannamələri nəzərdə tutan bəyannaməyə və məcburi öhdəlikləri əks etdirən konvensiya və ya pakta bölünmüşdü. Daha sonra ÜİHB formalaşdı və 10 dekabr 1948-ci ildə qəbul edildi.[3]

Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.[5]

Konvensiyanın maddələri hazırlanarkən, BMT üzvləri arasında neqativ mülki və siyasi hüquqların pozitiv iqtisadi, sosial və mədəni hüquqlara münasibətdə əhəmiyyətli fikir ayrılıqları qalırdı.[6] Nəticədə, bu, konvensiyanın iki fərqli pakta bölünməsinə səbəb oldu; "paktlardan biri mülki və siyasi hüquqları, digəri isə iqtisadi, sosial və mədəni hüquqları ehtiva edirdi."[7] Hər iki pakt mümkün qədər çox oxşar müddəaları ehtiva edəcək və imza üçün eyni vaxtda açılacaqdı.[7] Həmçinin hər iki paktda hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ haqqında müddəa da olacaqdı.[8]

İlk sənəd Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, ikincisi isə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt olmuşdur. Layihələr 1954-cü ildə müzakirə olunmaq üçün BMT Baş Məclisinə təqdim olunmuş və 1966-cı ildə qəbul edilmişdir.[9] Diplomatik danışıqlar nəticəsində İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktdan qısa müddət əvvəl qəbul olundu. Hər iki pakt ÜİHB ilə birlikdə müasir beynəlxalq insan hüquqları sistemində əsas hüquqları təsbit edən sənədlər hesab olunurlar.[4]

Maddələri

Paktın strukturu ÜİHB və İSMHBP-a oxşar olub, preambula və əlli üç maddədən ibarətdir və altı hissəyə bölünür.[10]

I hissə (Maddə 1) bütün xalqların "öz siyasi statuslarını sərbəst müəyyən etməsi"[11] də daxil olmaqla, öz müqəddəratını təyin etmə, öz iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst təmin etmə və öz təbii sərvətləri və ehtiyatlarından sərbəst şəkildə istifadə etmə hüququnu tanıyır. Burada xalqın ona məxsus olan dolanışıq vəsaitlərindən məhrum edilə bilməməsi kimi neqativ hüququ[12] və Paktda iştirak edən bütün dövlətlərin, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlərin öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməli olduğu təsbit olunur.[13]

II hissə (Maddə 2 – 5) iştirakçı dövlətlərin Paktda qəbul edilən hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi öhdəliyini əks etdirir.[14] Pakt, həmçinin, tələb edir ki, "irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə"[15] heç bir fərq qoymadan insan hüquqlarına hörmət edilsin və bu hüquqlar qadınlar üçün də eyni dərəcədə tanınır.[16] Hüquqlar yalnız "dövlət daxilində əhalinin həyatını təhlükə altına salan fövqəladə vəziyyət zamanı"[17] məhdudlaşdırıla bilər və bununla belə yaşamaq hüququ, işgəncə və köləliyə məruz qalmamaq, retrospektiv qanunvericilikdən müdafiə, şəxsiyyət hüququ və düşüncə, vicdan və din azadlığının məhdudlaşdırılmasına yol verilmir.[18]

III hissə (Maddə 6 – 27) hüquqların özünü sadalayır. Buraya daxildir:

  • fiziki bütövlük hüququ: yaşamaq hüququ və işgəncə və köləliyə məruz qalmamaq şəklində özünü göstərir (Maddə 6, 7 və 8);
  • fərdin azadlığı və təhlükəsizliyi: özbaşına həbs edilməmək və həbsdə saxlanılmamaq və habeas corpus hüququ (Maddə 9–11);
  • ədalətli və qərəzsiz mühakimə, təqsirsizlik prezumpsiyası və məhkəmə qarşısında bərabərlik (Maddə 14, 15 və 16);
  • şəxsi azadlıq, hərəkət etmək azadlığı, düşüncə, vicdan və din azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı, ailə hüquqları, vətəndaşlıq hüquqları və şəxsi həyatın toxunulmazlığı (Maddə 12, 13, 17 – 24);
  • müharibə təbliğatının qadağan edilməsi və ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirən milli, irqi və ya dini nifrətə qulluq edən çıxışların qadağan edilməsi (Maddə 20);
  • səs vermək hüququ da daxil olmaqla, siyasi fəaliyyətdə iştirak (Maddə 25);
  • ayrı-seçkilik, azlıqların hüquqları və qanun qarşısında bərabərlik (Maddə 26 və 27).

Bu hüquqların əksəriyyətinin realizəsi üçün dövlətlərin xüsusi tədbirlər görməsi tələb olunur.

IV hissə (Maddə 28–45) İnsan hüquqları Komitəsinin yaradılması və fəaliyyəti, eləcə də Pakta nəzarət və hesabat məsələlərini nəzərdə tutur. Bu hissə, həmçinin, iştirakçı dövlətlərə Paktın tətbiqi ilə əlaqədar tərəflər arasında mövcud mübahisələrin həllində Komitənin səlahiyyətini tanımaq imkanı verir. (Maddə 41 və 42)

V hissə (Maddə 46–47) Paktın heç bir müddəasının Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinə müdaxilə, eləcə də "bütün xalqların öz təbii sərvətlərinə və ehtiyatlarına sahib çıxmaq və onlardan tam həcmdə və sərbəst şəkildə istifadə etmək"lə bağlı alınmaz hüquqlarının məhdudlaşdırılması kimi şərh edilə bilməyəcəyini qeyd edir.[19]

VI hissə (Maddə 48 – 53) Paktın ratifikasiyası, qüvvəyə minməsi və dəyişiklik edilməsi məsələlərini əks etdirir.

Fakültativ protokollar

Pakta iki Fakültativ Protokol qəbul edilmişdir. Birinci Fakültativ Protokol fərdlərə Paktın pozulması ilə əlaqədar İnsan Hüquqları Komitəsinə şikayətlərin edilməsi hüququnu təqdim etməklə fərdi şikayət mexanizmi formalaşdırır.[20] Bu da Paktın təfsiri və tətbiqinə dair mürəkkəb bir hüquq təcrübəsinin yaradılmasına gətirib çıxardı.[21]

İkinci Fakültativ Protokol ölüm cəzasının ləğvini nəzərdə tutur: bununla belə, ölkələrə müharibə dövründə törədilmiş hərbi xarakterli ən ağır cinayətlərə görə ölüm cəzasının saxlanılmasına icazə verildi.[22] 2017-ci ilin dekabr ayına olan məlumata görə, İkinci Fakültativ Protokolun 85 iştirakçısı var.[23]

Tərəfləri

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın cəmi 172 üzvü var.[24]

Tərəf dövlətİmzalamışdırRatifikasiya etmiş və ya qoşulmuşdurQüvvəyə minmişdir
ABŞ5 oktyabr 19778 iyun 19928 sentyabr 1992
Albaniya4 oktyabr 19914 yanvar 1992
Almaniya9 oktyabr 196817 dekabr 197323 mart 1976
Andorra5 avqust 200222 sentyabr 200622 dekabr 2006
Argentina18 fevral 19688 avqust 19868 noyabr 1986
Avstraliya18 dekabr 197213 avqust 198013 noyabr 1980
Avstriya10 dekabr 197310 sentyabr 197810 dekabr 1978
Azərbaycan13 avqust 199213 noyabr 1992
Baham adaları4 dekabr 200823 dekabr 200823 mart 2009
Banqladeş6 sentyabr 20006 dekabr 2000
Barbados5 yanvar 197323 mart 1976
Belçika10 dekabr 196812 aprel 198312 iyul 1983
Beliz10 iyun 199610 sentyabr 1996
Belarus19 mart 196812 noyabr 197323 mart 1976
Benin12 mart 199212 iyun 1992
Bəhreyn20 sentyabr 200620 dekabr 2006
Boliviya12 avqust 198212 noyabr 1982
Bolqarıstan8 oktyabr 196821 sentyabr 197023 mart 1976
Bosniya və Herseqovina1 sentyabr 19936 mart 1992
Botsvana8 sentyabr 20008 sentyabr 20008 dekabr 2000
Birləşmiş Krallıq16 sentyabr 196820 may 197620 avqust 1976
Braziliya24 yanvar 199224 aprel 1992
Burkina-Faso4 yanvar 19994 aprel 1999
Burundi8 may 19908 avqust 1990
CAR3 oktyabr 199410 dekabr 199810 mart 1999
Cənubi Koreya10 aprel 199010 iyul 1990
Cibuti5 noyabr 20025 fevral 2003
Çad9 iyun 19959 sentyabr 1995
Çexiya22 fevral 19931 yanvar 1993
Çili16 sentyabr 196910 fevral 197223 mart 1976
Danimarka20 mart 19686 yanvar 197223 mart 1976
Dominikan Respublikası4 yanvar 19784 aprel 1978
Dominika17 iyun 199317 sentyabr 1993
Ekvador4 aprel 19686 mart 196923 mart 1976
Ekvatorial Qvineya25 sentyabr 198725 dekabr 1987
Eritreya22 yanvar 200222 aprel 2002
Ermənistan23 iyun 199323 sentyabr 1993
Estoniya21 oktyabr 199121 yanvar 1992
Əfqanıstan24 yanvar 198324 aprel 1983
Əlcəzair10 dekabr 196812 sentyabr 198912 dekabr 1989
Fələstin Dövləti2 aprel 20142 iyul 2014
Fici16 avqust 201816 noyabr 2018
Filippin19 dekabr 196623 oktyabr 198623 yanvar 1987
Finlandiya11 oktyabr 196719 avqust 197523 mart 1976
Fransa4 noyabr 19804 fevral 1981
Gürcüstan3 may 19943 avqust 1994
Haiti6 fevral 19916 may 1991
Hindistan10 aprel 197910 iyul 1979
Honduras19 dekabr 196625 avqust 199725 noyabr 1997
Xorvatiya12 oktyabr 199212 yanvar 1993
İndoneziya23 fevral 200623 may 2006
İordaniya30 iyun 197228 may 197523 mart 1976
İran4 aprel 196824 iyun 197523 mart 1976
İraq18 fevral 196925 yanvar 197123 mart 1976
İrlandiya1 oktyabr 19738 dekabr 19898 mart 1990
İslandiya30 dekabr 196822 avqust 197922 noyabr 1979
İspaniya28 sentyabr 197627 aprel 197727 iyul 1977
İsrail19 dekabr 19663 oktyabr 19913 yanvar 1992
İsveç29 sentyabr 19676 dekabr 197123 mart 1976
İsveçrə18 iyun 199218 sentyabr 1992
İtaliya18 yanvar 196715 sentyabr 197815 dekabr 1978
Kabo-Verde6 avqust 19936 noyabr 1993
Kamerun27 yanvar 198427 aprel 1984
Kanada19 may 197619 avqust 1976
Keniya1 may 197223 mart 1976
Kipr19 dekabr 19662 aprel 196923 mart 1976
Kolumbiya21 dekabr 196629 oktyabr 196923 mart 1976
Konqo Respublikası5 oktyabr 19835 yanvar 1984
Kosta-Rika19 dekabr 196629 noyabr 196823 mart 1976
Kot-d'İvuar26 mart 199226 iyun 1992
Küveyt21 may 199621 avqust 1996
Qabon21 yanvar 198321 aprel 1983
Qambiya22 mart 197922 iyun 1979
Qana7 sentyabr 20007 sentyabr 20007 dekabr 2000
Qayana22 avqust 196815 fevral 197715 may 1977
Qazaxıstan2 dekabr 200324 yanvar 200624 aprel 2006
Qırğızıstan7 oktyabr 19947 yanvar 1995
Qrenada6 sentyabr 19916 dekabr 1991
Qvatemala5 may 19925 avqust 1992
Qvineya28 fevral 196724 yanvar 197824 aprel 1978
Qvineya-Bisau12 sentyabr 20001 noyabr 20101 fevral 2011
Laos7 dekabr 200025 sentyabr 200925 dekabr 2009
Latviya14 aprel 199214 iyul 1992
Lesoto9 sentyabr 19929 dekabr 1992
Liberiya18 aprel 196722 sentyabr 200422 dekabr 2004
Lixtenşteyn10 dekabr 199810 mart 1999
Litva20 noyabr 199110 fevral 1992
Livan3 noyabr 197223 mart 1976
Lüksemburq26 noyabr 197418 avqust 198318 noyabr 1983
Macarıstan25 mart 196917 yanvar 197423 mart 1976
Madaqaskar17 sentyabr 196921 iyun 197123 mart 1976
Malavi22 dekabr 199322 mart 1994
Maldiv adaları19 sentyabr 200619 dekabr 2006
Mali16 iyul 197423 mart 1976
Malta13 sentyabr 199013 dekabr 1990
Mavritaniya17 noyabr 200417 fevral 2005
Mavriki12 dekabr 197323 mart 1976
Meksika23 mart 198123 iyun 1981
Mərakeş19 yanvar 19773 may 19793 avqust 1979
MAR8 may 19818 avqust 1981
Misir4 avqust 196714 yanvar 198214 aprel 1982
Moldova26 yanvar 199326 aprel 1993
Monako26 iyun 199728 avqust 199728 noyabr 1997
Monqolustan5 iyun 196818 noyabr 197423 mart 1976
Monteneqro23 oktyabr 20063 iyun 2006
Mozambik21 iyul 199321 oktyabr 1993
Namibiya28 noyabr 199428 fevral 1995
Nepal14 may 199114 avqust 1991
Niderland25 iyun 196911 dekabr 197811 mart 1979
Niger7 mart 19867 iyun 1986
Nigeriya29 iyul 199329 oktyabr 1993
Nikaraqua12 mart 198012 iyun 1980
Norveç20 mart 196813 sentyabr 197223 mart 1976
Özbəkistan28 sentyabr 199528 dekabr 1995
Pakistan17 aprel 200823 iyun 201023 sentyabr 2010
Panama27 iyul 19768 mart 19778 iyun 1977
Papua-Yeni Qvineya21 iyul 200821 oktyabr 2008
Paraqvay10 iyun 199210 sentyabr 1992
Peru11 avqust 197728 aprel 197828 iyul 1978
Polşa2 mart 196718 mart 197718 iyun 1977
Portuqaliya7 oktyabr 197615 iyun 197815 sentyabr 1978
Ruanda16 aprel 197523 mart 1976
Rumıniya27 iyun 19689 dekabr 197423 mart 1976
Samoa15 fevral 200815 may 2008
San-Marino18 oktyabr 198518 yanvar 1986
San-Tome və Prinsipi31 oktyabr 199510 yanvar 201710 aprel 2017
Seneqal6 iyul 197013 fevral 197813 may 1978
Sent-Vinsent və Qrenadin9 noyabr 19819 fevral 1981
Serbiya12 mart 200127 aprel 1992
Seyşel adaları5 may 19925 avqust 1992
Slovakiya28 may 19931 yanvar 1993
Sloveniya6 iyul 19926 oktyabr 1992
Somali24 yanvar 199024 aprel 1990
Surinam28 dekabr 197628 mart 1977
Suriya21 aprel 196923 mart 1976
Syerra-Leone23 avqust 199623 noyabr 1996
Şərqi Timor18 sentyabr 200318 dekabr 2003
KXDR14 sentyabr 198114 dekabr 1981
Şimali Makedoniya18 yanvar 199417 sentyabr 1991
Şri-Lanka11 iyun 198011 sentyabr 1980
Tacikistan4 yanvar 19994 aprel 1999
Tailand29 oktyabr 199629 yanvar 1997
Tanzaniya11 iyun 197611 sentyabr 1976
Toqo24 may 198424 avqust 1984
Trinidad və Tobaqo21 dekabr 197821 mart 1979
Tunis30 aprel 196818 mart 196923 mart 1976
Türkiyə15 avqust 200023 sentyabr 200323 dekabr 2003
Türkmənistan1 may 19971 avqust 1997
Ukrayna20 mart 196812 noyabr 197323 mart 1976
Uqanda21 iyun 199521 sentyabr 1995
Uruqvay21 fevral 196721 may 196723 mart 1976
Vanuatu29 noyabr 200721 noyabr 200821 fevral 2009
Venesuela24 iyun 196910 may 197810 avqust 1978
Vyetnam24 sentyabr 198224 dekabr 1982
Yamayka19 dekabr 19663 oktyabr 197523 mart 1976
Yaponiya30 may 197821 iyun 197921 sentyabr 1979
Yəmən9 fevral 19879 may 1987
Yeni Zelandiya12 noyabr 196828 dekabr 197828 mart 1979
Yunanıstan5 may 19975 avqust 1997
Zambiya10 aprel 198410 iyul 1984
Zimbabve13 may 199113 avqust 1991

Həmçinin bax

  • BMT-nin İnsan hüquqları Komitəsi
  • Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası

İstinadlar

Xarici keçidlər