Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı

Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısıQarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinciİkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı.

Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir.[1] Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir.

Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir.

Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir.

Zəmin

Əsas məqalə: Qarabağ müharibəsi

Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən[2] sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır.[3] 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi.[4] Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.[5]

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.[6]

Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.[7]

İslam Konfransı Təşkilatı

İslam Konfransı Təşkilatının 10/11 saylı qətnaməsində üzv dövlətlərin "işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin (İslam abidələri də daxil olmaqla) talan və məhv edilməsindən" narahat olduqları bildirilir.[8][9]

İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 10/37 saylı qətnaməsinin üçüncü hissəsində Azərbaycan ərazisində tarixi İslam abidələrinin məhv edilməsini pislənir. İslami müqəddəs yerlərin qorunması haqqında 2/37-C saylı qətnamənin İşğal altında olan Azərbaycan ərazilərində İslam tarixi və mədəni reliktlərinin və ziyarətgahlarının məhv edilməsi və ləkənməsi bölməsi altında üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının və etnoqrafiyasının İslam irsinin tərkib hissəsi olan qisminin Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan nümunələrinin məhvi ilə bağlı narahatlıqlarını ifadə etmişdir. Həmçinin, burada Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə Azərbaycan məscidlərinin və digər İslam ziyarətgahlarının tamamilə və vəhşicəsinə məhv edilməsinin insanlığa qarşı cinayət olduğu bir daha təsdiqlənmişdir. Qətnamədə Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində Ermənistanın İslam irsinə təcavüzü nəticəsində, o cümlədən nadir qədim əsərlərin və İslam sivilizasiyasının, tarix və memarlıq abidələrinin, məscidlər, türbələr, məzarlar, arxeoloji qazıntılar, muzeylər, kitabxanalar, rəsm sərgi salonları və hökumət teatrları və konservatoriyalar, çoxlu miqdarda qiymətli xəzinələrin və milyonlarla kitabın və tarixi əlyazmanın məhv edilməsi və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması işğal olunmuş Azərbaycan ərazilərində İslam irsini tamamilə məhv etmək cəhdi kimi tanınmış və Azərbaycanın özünə vurulan ziyana görə adekvat təzminat almaq hüququ təsdiqlənmişdir. Burada həmçinin, Ermənistan Respublikasının bu cür əməllərə görə təzminat ödəmək məsuliyyəti olduğu qeyd edilmişdir.[10][11]

Azərbaycan Ermənistana qarşı

2020-ci ilin sonunda həm Azərbaycan, həm də Ermənistan İkinci Qarabağ müharibəsi ilə əlaqədar bir-birinə qarşı məhkəmə işi açmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası hər iki işə baxacaq.[12]

Azərbaycan Ermənistana qarşı məhkəmə işində iddiaçı olan Azərbaycan tərəfi 2020-ci ilə qədər məscidlər, kitabxanalar, tarixi abidələr də daxil olmaqla Azərbaycan irsinə daxil olan abidələrin erməni tərəfi tərəfindən məhv edildiyini irəli sürmüşdür. Bura Şuşa qəbiristanlıqları və mövcud olmuş 67 məsciddən (və ya İslam ziyarətgahları) 65-i daxildir. Qalan iki məscid zədələnmişdir.[13]

Tarix-Memarlıq abidələri

Dünya əhəmiyyətli tarix-memarlıq abidələri

Dünya əhəmiyyətli tarix-memarlıq abidələri arasında ən çox ziyan çəkəni e.ə. II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi 2019-cu ilə kimi mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır.[14]

Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüş, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmiş, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılmışdır.[15] Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardman edilməsi zamanı ciddi zədə almışdır.[16][17][18][19][20] 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılmışdır.

XIII əsrə aid Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir.[21] 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir.[22]

1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırı 1999–2000-ci illərdə əsaslı təmir edilmiş, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edilmişdir. 2020-ci il Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Laçın rayonu ərazisini tərk edən ermənilərin monasıtın həyətində yerləşən VI–IX əsrlər və sonrakı dövrlərə aid bədii təsvirli daşlar və xaç daşları aparmalarını əks etdirən fotolar sosial mediada yayımlanmışdır.

AbidəÜnvanQısa təsvirŞəkilKoordinantları
1Qutlu Musa türbəsiAğdam, XaçındərbətliHülakülərin hakimiyyəti dövründə — 1314-cü ildə Şahbənzər adlı yerli memar tərəfindən inşa edilmiş Qutlu Musa türbəsi türbəsi aktiv döyüş mərkəzlərindən uzaq olsa da, əraziyə nəzarət edən erməni əhali tərəfindən ciddi dağıntıya məruz qalmışdır. Ümumilikdə türbənin dam örtüyü və divarları saxlansa da, dekorativ elementlərinə, xüsusilə unikal fasad rəsmlərinə zərər vurulmuşdur. Belə ki, türbənin fasad rəsmləri üzərinə sprey boya ilə xaç rəsmləri çəkilmiş və müxtəlif adlar yazılmış[15], interyeri bəzəyən dekorativ daşyonma sənəti nümunələri isə dağıdılmışdır. 40°01′58″ şm. e. 46°49′01″ ş. u.
2Gəncəsər monastırıKəlbəcər, Vəngli1216–1261-ci illərdə inşa edilmiş Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir.[21] 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış[23] və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir.[22] 40°03′24″ şm. e. 46°31′52″ ş. u.
3ÜzərliktəpəAğdam, XındırıstanOrta Tunc dövrünə aid Üzərliktəpə yaşayış yeri Qafqazda ilk şəhər tipli yaşayış məskəni hesab edilir.[24][25] 1993-cü ildən ermənilərin nəzarəti altında olan Üzərliktəpə abidəsi ərazisində tədqiq edilmiş kurqanlar məhv edilib[26], ərazi hərbi məqsədlərlə istifadə olunub[14] və dəfələrlə yandırılıb.39°59′01″ şm. e. 46°55′43″ ş. u.
4Şuşa Dövlət Tarix-Memarlıq QoruğuŞuşa 39°45′30″ şm. e. 46°44′54″ ş. u.
5Sisərnəvəng monastırıLaçın, HüsülüHüsülü kənd ərazisini tərk edən ermənilər monastır ərazisindəki VI–XIII əsrlərə aid bədii tərtibatlı və oyma naxışlı qəbir daşlarını Ermənistana aparıblar.[27][28] 39°38′39″ şm. e. 46°24′27″ ş. u.

Ölkə əhəmiyyətli tarix-memarlıq abidələri

AbidəÜnvanQısa təsvirŞəkilKoordinantları
1Arğalı türbəsiFüzuli, Əhmədalılar39°25′22″ şm. e. 47°20′04″ ş. u.
2Şeyx Babı türbəsiFüzuli, Babı39°24′35″ şm. e. 47°19′38″ ş. u.
3Amaras monastırıXocavənd, Sos
39°41′01″ şm. e. 47°03′26″ ş. u.
4Gürcülü türbəsiQubadlı, Gürcülü 39°25′36″ şm. e. 46°27′54″ ş. u.
5Məlik Əjdər türbəsiLaçın, Cicimli 39°30′43″ şm. e. 46°30′59″ ş. u.
6Şuşa qalasıŞuşa 39°45′58″ şm. e. 46°45′04″ ş. u.
7Qarabağ xan sarayıŞuşa 39°45′43″ şm. e. 46°45′32″ ş. u.
8Qaraböyük xanım sarayıŞuşa 39°45′58″ şm. e. 46°45′10″ ş. u.
9Hacı Quluların mülküŞuşa 39°45′42″ şm. e. 45°32′00″ ş. u.
10Xan qızı Natəvanın sarayıŞuşa 39°45′53″ şm. e. 46°45′03″ ş. u.
11Əsəd bəyin eviŞuşa 39°45′51″ şm. e. 46°45′09″ ş. u.
12Yuxarı Gövhər ağa məscidiŞuşa 39°45′36″ şm. e. 46°45′08″ ş. u.
13Aşağı Gövhər ağa məscidiŞuşa 39°45′42″ şm. e. 46°45′12″ ş. u.
14İki mərtəbəli karvansaraŞuşa39°45′37″ şm. e. 46°44′59″ ş. u.
15Mehmandarovların eviŞuşa 39°45′24″ şm. e. 46°45′11″ ş. u.
16İbrahimxəlil xan sarayıŞuşa 39°45′41″ şm. e. 46°45′44″ ş. u.
17İsa bulağıŞuşa39°44′40″ şm. e. 46°42′36″ ş. u.
18Üzeyir Hacıbəyovun eviŞuşa 39°44′56″ şm. e. 46°44′52″ ş. u.
19Xanlıq Muxtar karvansarayıŞuşaŞəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.[29]39°45′47″ şm. e. 46°45′03″ ş. u.
20Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayıŞuşa 39°44′06″ şm. e. 46°44′06″ ş. u.
21Zülfüqar Hacıbəyovun eviŞuşa39°45′44″ şm. e. 46°45′07″ ş. u.
22Saatlı məscidiŞuşaŞəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra məsciddəki İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.[29] 39°45′46″ şm. e. 46°45′03″ ş. u.
23Əbdürrəhim bəy Haqverdiyevin eviŞuşa39°45′40″ şm. e. 46°45′33″ ş. u.
24Qazançı kilsəsiŞuşa 39°45′32″ şm. e. 46°44′50″ ş. u.
25Yusif Vəzir Çəmənzəminlinin eviŞuşa39°45′34″ şm. e. 46°45′09″ ş. u.
26Yuxarı məscid mədrəsəsiŞuşa
27Səfərov qardaşlarının karvansarayıŞuşa39°45′40″ şm. e. 46°45′24″ ş. u.
28Sadıqcanın eviŞuşa39°45′45″ şm. e. 46°45′09″ ş. u.
29Uğurlu bəyin eviŞuşa39°45′40″ şm. e. 46°45′10″ ş. u.
30Şirin su hamamıŞuşa 39°45′47″ şm. e. 46°45′07″ ş. u.
31Seyid Şuşinskinin eviŞuşa39°45′22″ şm. e. 46°45′19″ ş. u.
32Vaqif türbəsiŞuşa 39°45′19″ şm. e. 46°45′29″ ş. u.
32Qasım bəy Zakirin eviŞuşa39°45′43″ şm. e. 46°45′19″ ş. u.
33Behbudovların eviŞuşa39°45′15″ şm. e. 46°45′14″ ş. u.
34Firudin bəy Şuşinskinin eviŞuşa39°45′52″ şm. e. 46°44′47″ ş. u.
35Firudin bəy Köçərlinin eviŞuşa39°45′42″ şm. e. 46°44′45″ ş. u.
36Mir Möhsün Nəvvabın eviŞuşa 39°45′38″ şm. e. 46°45′00″ ş. u.
37Bülbülün eviŞuşa 39°45′41″ şm. e. 46°45′28″ ş. u.
38Hüseyn bəy Köçərlinin eviŞuşa39°45′32″ şm. e. 46°45′16″ ş. u.
39Keçəçi oğlu Məhəmmədin eviŞuşa39°45′28″ şm. e. 46°45′21″ ş. u.
40Karvansaray axırıŞuşa39°45′35″ şm. e. 46°45′05″ ş. u.
41Gəray Əsədovun eviŞuşa39°45′28″ şm. e. 46°45′19″ ş. u.
42Süleyman Sani Axundovun eviŞuşa39°45′28″ şm. e. 46°45′13″ ş. u.
43Cabbar Qaryağdıoğlunun eviŞuşa39°45′28″ şm. e. 46°45′24″ ş. u.
44Məmmədbəyli türbəsiZəngilan, Məmmədbəyli 39°10′00″ şm. e. 46°48′00″ ş. u.
45Dairəvi qülləZəngilan, Hacallı39°07′11″ şm. e. 46°48′02″ ş. u.
46Şərifan yaşayış yeri və sərdabələriZəngilan, Şərifan39°07′57″ şm. e. 46°47′57″ ş. u.
47Mirəli türbəsiFüzuli, Aşağı Veysəlli 39°41′50″ şm. e. 47°11′52″ ş. u.
48Qarğabazar karvansarasıFüzuli, Qarğabazar 39°32′18″ şm. e. 47°09′26″ ş. u.
49Katarovəng monastırıXocavənd, Ziyarət dağının zirvəsi, Köhnə TağlarSusanlıq kəndlərinin arası2000-ci illərdə ermənilər tərəfindən təmir edilən abidənin orijinal dam örtüyü və fasad elementləri dəyişdirilmişdir. İkinci Qarabağ müharibəsində Ziyarət dağının Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra abidəyə zərər yetirilmişdir. Sosial şəbəkədə naməlum Azərbaycan əsgəri tərəfindən yayımlanmış videoda monastırın dağıdılmış giriş qapısı və abidə ətrafında dağıdılmış xaç daşlar görünür.[30] 39°31′33″ şm. e. 46°51′22″ ş. u.

Yerli əhəmiyyətli tarix-memarlıq abidələri

AbidəÜnvanQısa təsvirŞəkilKoordinantları
1Pənah xanın imarətiAğdam39°59′35″ şm. e. 56°20′05″ ş. u.
2Pənahəli xanın türbəsiAğdam39°59′33″ şm. e. 56°56′19″ ş. u.
3Xanoğlu türbəsiAğdam39°59′33″ şm. e. 56°56′19″ ş. u.
4Ağdam türbəsiAğdam39°59′33″ şm. e. 56°56′19″ ş. u.
5Papravənd türbəsiAğdam, Papravənd40°09′26″ şm. e. 46°50′30″ ş. u.
6Papravənd məscidiAğdam, Papravənd40°09′26″ şm. e. 46°50′30″ ş. u.
7Maqsudlu türbəsiAğdam, Maqsudlu40°05′39″ şm. e. 46°53′57″ ş. u.
8Maşallah məscidiAğdam, Qiyaslı40°01′16″ şm. e. 46°54′57″ ş. u.
9Boyəhmədlilər məscidiAğdam, Boyəhmədli40°07′50″ şm. e. 46°51′48″ ş. u.
10Kəngərli türbəsiAğdam, Kəngərli40°02′16″ şm. e. 46°58′23″ ş. u.
11Sultan Allahverdi hamamıCəbrayıl39°23′58″ şm. e. 47°01′38″ ş. u.
12Xudayarlı türbələriCəbrayıl, Xudayarlı39°11′42″ şm. e. 46°55′40″ ş. u.
13Şıxlar türbəsiCəbrayıl, Şıxlar39°26′22″ şm. e. 46°51′35″ ş. u.
14Çələbilər məscidiCəbrayıl, Çələbilər39°23′18″ şm. e. 46°49′43″ ş. u.
15Papı məscidiCəbrayıl, Papı39°24′10″ şm. e. 47°04′29″ ş. u.
16DaşkəsənCəbrayıl, Daşkəsən39°25′43″ şm. e. 47°06′16″ ş. u.
17Qərb məscidiCəbrayıl, Məzrə39°18′17″ şm. e. 47°06′25″ ş. u.
18Müəllimlər eviFüzuli39°35′47″ şm. e. 47°08′45″ ş. u.
19Füzuli şəhər İcra Hakimiyyətinin binasıFüzuli39°35′54″ şm. e. 47°08′53″ ş. u.
20Pənahəli xan məscidiFüzuli, Qorqan39°33′35″ şm. e. 47°16′59″ ş. u.
21Hacı Ələkbər məscidiFüzuli39°35′44″ şm. e. 47°08′43″ ş. u.
22Arran məscidiFüzuli, Böyük Bəhmənli39°31′44″ şm. e. 47°28′55″ ş. u.
23Şah Abbas məscidiFüzuli, Qarğabazar39°32′18″ şm. e. 47°09′27″ ş. u.
24Qarğabazar türbəsiFüzuli, Qarğabazar39°32′14″ şm. e. 47°09′36″ ş. u.
25Xanlıq məscidiFüzuli, Dədəli39°35′04″ şm. e. 47°09′33″ ş. u.
26Qacar məscidiFüzuli, Qacar39°39′03″ şm. e. 47°03′24″ ş. u.
27Çayqırağı məscidiFüzuli, Merdinli39°35′47″ şm. e. 47°15′57″ ş. u.
28Gecəgözlü məscidiFüzuli, Gecəgözlü39°34′46″ şm. e. 47°11′45″ ş. u.
29Əzəmət məscidiFüzuli, Yuxarı Veysəlli39°44′12″ şm. e. 47°05′43″ ş. u.
30Şöləxanım məscidiFüzuli, Yuxarı Veysəlli39°34′42″ şm. e. 47°15′44″ ş. u.
31Camaat məscidiFüzuli, Araz Dilağarda39°33′59″ şm. e. 47°36′15″ ş. u.
32Ərənlər məscidiFüzuli, Qoçəhmədli39°31′59″ şm. e. 47°07′34″ ş. u.
32Qaradağlı məscidiFüzuli, Qaradağlı39°30′42″ şm. e. 47°04′37″ ş. u.
33Divanlılar türbəsiFüzuli, Divanalılar39°40′04″ şm. e. 47°05′07″ ş. u.
34Qaraxanbəyli məscidiFüzuli, Qaraxanbəyli39°36′16″ şm. e. 47°16′42″ ş. u.
35Xocavənd türbəsiXocavənd39°47′53″ şm. e. 47°06′29″ ş. u.
36Həzrəti Əbülfəzl ağa məscidiXocavənd39°47′50″ şm. e. 47°06′16″ ş. u.
37Albanberd kilsəsiXocavənd, Qarakənd39°51′20″ şm. e. 47°02′00″ ş. u.
38Dəmirçilər məscidiQubadlı, Dəmirçilər39°19′09″ şm. e. 46°36′03″ ş. u.
39Çöl məscidiQubadlı, Dondarlı39°18′43″ şm. e. 46°36′30″ ş. u.
40Yusifbəyli məscidiQubadlı, Yusifbəyli39°18′53″ şm. e. 46°42′00″ ş. u.
41Həzrəti Həvvaxanım türbəsiQubadlı, Boyunəkər39°14′48″ şm. e. 46°38′20″ ş. u.
42Molla Mirzəxan məscidiQubadlı, Mollalı39°14′39″ şm. e. 46°40′03″ ş. u.
43Həzrəti Mahmud məscidiQubadlı, Mirlər39°18′02″ şm. e. 46°37′58″ ş. u.
44Cümə məscidiQubadlı, Məmər39°15′06″ şm. e. 46°41′39″ ş. u.
45Böyüklər məscidiQubadlı, Xələc39°20′46″ şm. e. 46°30′51″ ş. u.
46Mahruzlu məscidiQubadlı, Mahruzlu39°12′40″ şm. e. 46°44′11″ ş. u.
47Mahruzlu məscidiQubadlı, Mahruzlu39°12′40″ şm. e. 46°44′11″ ş. u.
48Güləbird türbəsiLaçın, Güləbird39°29′37″ şm. e. 46°36′03″ ş. u.
49Həmzə Sultan sarayıLaçın, HüsülüHüsülü kənd ərazisini tərk edən ermənilər saray ərazisindəki XIV–XV əsrlərə aid bədii tərtibatlı və oyma naxışlı qəbir daşlarını Ermənistana aparıblar.[27] 39°38′39″ şm. e. 46°24′28″ ş. u.
50Soltan Əhməd sarayıLaçın, Soltanlar39°38′20″ şm. e. 46°25′23″ ş. u.
51Soltan Baba türbəsiLaçın, Zeyvə39°40′29″ şm. e. 46°24′57″ ş. u.
52Şeyx Əhməd türbəsiLaçın, Zeyvə39°40′29″ şm. e. 46°24′57″ ş. u.
53Meşəkənarı məscidiLaçın, Qarıqışlaq39°40′02″ şm. e. 46°23′04″ ş. u.
54Xanlar məscidiLaçın, Piçənis39°48′15″ şm. e. 46°26′36″ ş. u.
55Piçənis məscidiLaçın, Piçənis39°48′16″ şm. e. 46°26′40″ ş. u.
56Abadxeyir türbəsiLaçın, Əhmədli39°40′46″ şm. e. 46°14′55″ ş. u.
57Realniy məktəbin binasıŞuşa 39°45′12″ şm. e. 46°44′37″ ş. u.
58Aslan Qaraşovun eviŞuşa39°45′35″ şm. e. 46°44′49″ ş. u.
59Çuxur məhlə məscidiŞuşa39°45′40″ şm. e. 46°45′27″ ş. u.
60Mərdinli məscidiŞuşa39°45′45″ şm. e. 46°45′10″ ş. u.
61Culfalar məscidiŞuşa39°45′27″ şm. e. 46°45′16″ ş. u.
62Bəhmən Mirzənin eviŞuşa39°45′54″ şm. e. 46°44′50″ ş. u.
63Turşsu bulağıŞuşa39°45′56″ şm. e. 46°44′49″ ş. u.
64Köçərli məscidiŞuşa39°45′56″ şm. e. 46°44′46″ ş. u.
65Mamayı məscidiŞuşa39°45′42″ şm. e. 46°45′00″ ş. u.
66Zöhrabbəyovların malikanəsiŞuşa39°45′34″ şm. e. 46°45′22″ ş. u.
67Quyuluq məscidiŞuşa39°45′35″ şm. e. 46°45′19″ ş. u.
68Xoca Mərcanlı bulağıŞuşa39°45′37″ şm. e. 46°45′04″ ş. u.
69Zəngilan Cümə məscidiZəngilan39°05′22″ şm. e. 46°38′37″ ş. u.
70Yaylalar məscidiZəngilan, Malatkeşin39°06′11″ şm. e. 46°38′36″ ş. u.
71Muş məscidiZəngilan, Qıraq Müşlan39°03′51″ şm. e. 46°40′53″ ş. u.

Monumental və xatirə abidələri

AbidəÜnvanQısa təsvirŞəkilKoordinantları
1Xurşudbanu Natəvanın qəbirüstü abidəsiAğdamBirinci Qarabağ müharibəsindən sonra abidə tamamən dağıdılmış, qəbr təhqir olunmuş, Xurşudbanu Natavanın sümükləri isə çıxarılmışdır[31]. 39°59′33″ şm. e. 46°59′19″ ş. u.
2Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiAğdam 39°59′04″ şm. e. 46°54′56″ ş. u.
3Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiCəbrayıl
4Məhəmməd Füzulinin heykəliFüzuli
5Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiFüzuli
6Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiKəlbəcər
7Qaçaq Nəbi və Həcərin heykəliQubadlı
8Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiQubadlı
9Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiLaçın
10Molla Pənah Vaqifin büstüŞuşa
11Üzeyir Hacıbəyovun heykəliŞuşa
12Mir Möhsün Nəvvabın qəbirüstü abidəsiŞuşa 46°45′26″ şm. e. 39°45′15″ ş. u.
13Molla Pənah Vaqifin heykəliXankəndi
14Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiXankəndi
15Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiXocavənd
16Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsiZəngilan

Muzeylər

AbidəÜnvanQısa təsvirŞəkilKoordinantları
1Qurban Pirimovun xatirə muzeyiAğdam, Gülablı39°52′50″ şm. e. 46°56′42″ ş. u.
2Füzuli Tarix-Diyarşünaslıq MuzeyiFüzuli39°36′21″ şm. e. 47°09′11″ ş. u.
3Sarı Aşığın xatirə muzeyiLaçın, Güləbird
4Bülbülün ev-muzyiŞuşa
5Üzeyir Hacıbəyovun ev-muzyiŞuşa
6Mir Möhsün Nəvvabın ev-muzeyiŞuşa
7Zəngilan Tarix-Diyarşünaslıq MuzeyiZəngilan
8Zəngilan Daş Heykəllər MuzeyiZəngilan
9Laçın Tarix-Diyarşünaslıq MuzeyiLaçın
10Qubadlı Tarix-Diyarşünaslıq MuzeyiQubadlı
11Əsgəran Tarix - Diyarşünaslıq MuzeyiƏsgəran
12Cəbrayıl Tarix-Diyarşünaslıq MuzeyiCəbrayıl
13Ağdam Tarix-Diyarşünaslıq MuzeyiAğdam, Qaradağlı
14Çörək muzeyiAğdam
15Xurşidbanu Natəvanın xatirə muzeyiAğdam
16Xurşidbanu Natəvanın ev-muzeyiŞuşa
17Süleyman Sani Axundovun ev-muzeyiAğdam, Seyidli
18Şuşa Tarix-Diyarşünaslıq MuzeyiŞuşa
19Azərbaycan Dövlət Qarabağ Tarixi MuzeyiŞuşa
20Hadrut Tarix-Diyarşünaslıq MuzeyiHadrut
21Xocavənd Tarix-Diyarşünaslıq MuzeyiXocavənd
22Ağdərə Tarix-Diyarşünaslıq MuzeyiAğdərə
23Laçın Dövlət Rəsm QalereyasıLaçın
24Şuşa Dövlət Rəsm QalereyasıŞuşa
25Qubadlı Dövlət Rəsm QalereyasıQubadlı
26Ağdam Dövlət Rəsm QalereyasıAğdam

Həmçinin bax

İstinadlar