Bitcoin

Kriptovalyuta


Bitcoin — 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır.[1][2] Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.

Bitcoin
Denominasiyalar
Simvol
İnkişafı
İlkin buraxılış3 yanvar 2009
Vebsaytbitcoin.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan datapacklər tərəfindən təmin edilir.

Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər: kompüterə, smartfona "rəqəmsal pulqabı" adlanan proqram yükləməklə əldə etmək olar.

Tarixi

Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur.

Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır. Əsl adı tam olaraq məlum deyil. Bitcoin-in ən çox istehsal oluna biləcək sayı əvvəlcədən tərtib olunmuş və 21 milyon ədədlə məhdudlaşdırılmışdır. İlk Bitcoin transferi Satoshi Nakamota tərəfindən köməkçisi Hal Finneyə köçürmə etməsi baş vermişdir. İlk alış-veriş 22 may 2010-cu ildə 10.000 Bitcoin müqabilində pizza almaqla gerçəkləşmişdir.[3]

22 iyul 2013-cü ildə dövriyyədəki Bitcoin-lərin ümumi dəyəri 1.2 milyard dollar olmuşdur.[4] Bu rəqəm 26 iyul 2020-ci ildə 182.967.290-a çatmışdır.[4] Hal-hazırda istehsal olunmuş Bitcoin sayı 18.443.043-ə çatmışdır.[5] Bu rəqəmin son saya — 21 milyona çatmağının mütəxəssislər tərəfindən qarşıdakı 80 il ərzində olması təxmin edilir.[mənbə göstərin]

İş prinsipi

Bitcoin yalnız təkrarlanan paylanmış blockchain verilənlər bazasında qeydlər şəklində mövcuddur ki, bütün əməliyyatlar ictimai, açıq (şifrələnməmiş) formada saxlanılır, göndəricilərin — alıcıların bitcoin ünvanlarını göstərir lakin bu ünvanların həqiqi sahibi haqqında məlumat yoxdur. Bazada hər hansı bir sahibdən bitcoinin cari miqdarı barədə ayrıca qeyd yoxdur. Yalnız əməliyyat zəncirləri əsasında müəyyən bir bitcoin ünvanı ilə əlaqəli bitcoinlərin cari sayı aydın olur. Yəni, 1 bitcoin ünvana gəldiyini, başqa bir əməliyyatla 2 bitcoinin eyni ünvana gəldiyini, üçüncü əməliyyatın bu ünvandan 1 bitcoin göndərdiyini görə bilərsiniz. Lakin verilənlər bazası hazırda bu ünvana neçə bitcoin verildiyi barədə ayrıca qeyd etmir — sadəcə istənilən vaxt asanlıqla hesablamaq imkanı verilir. Bu cür hesablamalar avtomatik olaraq müştəri proqramları tərəfindən aparılır, istifadəçi məlumatların parçalanmasını hiss edə bilməz.

Dizayn

Bitcoin və başqa kriptovalyutalar "mədənçilik" kimi tanınan proseslə yaradılır. Bu zaman çox güclü kompüterlər qəliz riyazi düsturları və tapmacaları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir.[6]

İqtisadiyyat

Ponzi sistemi narahatlığı

Jurnalistlər,[7] iqtisadiyyatçılar[8][9]Estoniya Mərkəzi Bankı[10] Bitcoin-in ponzi sistemi olduğuna inandıqlarını demişdirlər. Çikaqo Universitetinin hüquq professoru Erik Posner 2013-cü ildə "Əsl ponzi sistemi saxtakarlıqdır. Bitcoin isə tam əksinə kollektiv aldatmaya oxşayır." demişdir.[11] 2014-cü ildə Dünya Bankı və İsveçrə Federal şurası qeydlər hazırlayaraq Bitcoin-in ponzi sisteminə əsaslanmadığı nəticəsinə gəldilər.[12][13]

Qiymət təxminləri

Maliyyə jurnalistləri, iqtisadiyyatçılar, analizçilər və investorlar Bitcoin-in qarşıdakı illərdəki qiymətini təxmin edirlər. İqtisadiyyatçı Con Quiqqin 2013-cü ilin aprelində "Bitcoin ən sonda pik nöqtəyə çatacaq. Amma bunun vaxtını demək mümkün deyil." demişdir.[mənbə göstərin] Buna oxşar digər bir təxmin 2014-cü ildə iqtisadiyyatçı Kevin Daud tərəfindən edilmişdir.[14]

Maliyyə professoru Mark Uilyam 2013-cü ilin dekabrında Bitcoin-in 2014-cü ildə 10$-dan aşağı düşəcəyini təxmin etdi.[15] Amma 2014-cü ildə ən aşağı qiymət aprel ayında 344$, iyul ayında isə 609$ oldu.[16] Uilyam 2014-cü ilin dekabrında Bitcoin haqda "Uğurlu olmağı çox aşağı ehtimaldır. Əgər uğurlu olsa, çox böyük olacaq." dedi.[17]

Nyu-York Universitetində maliyyə professoru olan David Yermak 2014-cü ilin noyabrında Bitcoin—in 2015-ci ilin noyabr ayında qiymətsiz olacağını dedi.[18] Amma həmin ildə (2014-cü ildə) Bitcoin-in ən aşağı qiyməti yanvar ayında 176.7$, noyabr ayında isə 309.9$ oldu.[mənbə göstərin]

2013-cü ilin mayında Bank of America FX və qiymət strateqi David Vu Bitcoin-in bir ədədinin maksimum 1.300$ olacağını təxmin etdilər.[19] Bitcoin investoru Kameron Uinklevoss isə 2013-cü ilin dekbarında Bitcoin-in qiymətinin 40.000$ ola biləcəyini demişdir.[20]

Qurtardı şayələri

Bitcoin-in qurtarması haqda bir çox xəbər mövcuddur.[21] 2015-ci ilin əvvəlində bir jurnalist Bitcoin-in qurtarmasına aid 29 xəbər hazırlamışdır.[21]

Forbes jurnalı 2011-ci ilin iyununda,[22] Gizmodo jurnalı isə həmin ilin avqustunda Bitcoin-in qurtardığını demişdir.[23] Wired jurnalı isə bu haqda xəbəri 2012-ci ilin dekabrında nəşr etmişdir.[24] Ouishare jurnalı 2013 mayda,[25] New York Magazine 2013 iyunda,[26] Reuters 2014 yanvarda,[27] Street Insider 2014 fevralda,[28] The Weekly Standart[29], Salon[30]Vice News 2014 martda,[31] Financial Times 2014 sentyabrda[32]USA Today isə 2015-ci ilin yanvar ayında Bitcoin-in qurtadığı haqda şayə xəbərlər nəşr etmişlərdir. Həmçinin keçmiş Bitcoin tərtibatçısı Mayk Hörn 2016-cı ilin yanvar ayında Bitcoin haqda "uğursuz layihə" ifadəsini istifadə etmişdir.[33]

Piter Qrinhill bu xəbərlərə qarşı "Bitcoin-in qurtarması şayələri çox şişirdildi." demişdir.[34]

Rəylər

Bəzi iqtisadiyyatçılar Bitcoin-ə müsbət baxsalar da, bəziləri şübhə ilə baxırlar. Chicago Fed-in iqtisadiyyatçısı François Velde Bitcoin-i "rəqəmsal pul yaratmağın incə üsulu" olaraq adlandırmışdır.[35] Digər bir iqtisadiyyatçı Con Quiqqin isə Bitcoin-ə "effektiv bazar hipnozunun son qarşılığı" olaraq rəy bildirdi.[mənbə göstərin]

Louis federal bankının müavini David Andolfatto Bitcoin-nin təşkilat üçün təhlükə oduğunu demişdir.[36][37][38]

PayPal-ın müdürü David Markus Bitcoin-i "əmanətləri saxlamaq üçün mükəmməl yer" olaraq adlandırır. Amma qiymətinin davamlı olaraq artıb-azalması bitənə qədər pul vahidi olmayacağını da deyir.[39] Bill Geyts Bloomberg LP-ə verdiyi müsahibədə "Bitcoin həyəcan vericidir. Çünkü nə qədər ucuz ola biləcəyini göstərir." demişdir.[40]

Braziliya,[41] Men adası,[42] Cersi,[43] Birləşmiş Krallıq[44]ABŞ kimi ölkələrin vəzifəli şəxsləri Bitcoin-in maliyyə xidmətləri verdiyini anladılar. Bitcoin doğru formada istifadə olunduqda fırıldaqçılığın qarşısını almaq və alış-verişi asanlaşdırmaq üçün siyasətçilərin və vəzifəlilərin də maraq dairəsi olur.[45][46][47]

Alış-verişdə istifadə

Niderlanddakı kafedə Bitcoin ilə ödəniş qəbul edilir (2013)
Vyanada Bitcoin ATM-si

2015-ci ildə Bitcoin ilə ödəniş qəbul edən KOM-ların (kiçik və orta müəssisələr) sayı 100 mini keçmişdir.[48] 2014-cü ildən bəri isə bəzi şirkətlər belə Bitcoin ilə ödəniş qəbul edir:

Alexa sırasıSayt
33PayPal[49]
41Microsoft[50]
328Dell[51]
329Newegg[52]
505Overstock.com[53]
512Expedia[54]
1,981TigerDirect[55]
5,674Dish Network[56]
7,038Zynga[57]
30,565Time[58]
176,903PrivateFly[59]
253,983Virgin Galactic[60]
348,010Dynamite Entertainment[61]
1,145,668Clearly Canadian[62]
Sacramento Kings[63]

Bunlardan başqa həmçinin Starbucks, Tesla, Amazon, Visa, PayPal, AirBaltic, Koka-Kola, LOT Polish Airlines, Lush və digər bir çox şirkət və saytlar da, Bitcoin ilə ödəniş qəbul edirlər.[64]

Qeyri-kommersiya təşkilatların rəyləri

Bitcoin The Electronic Frontier Foundation,[mənbə göstərin] Qrinpis,[65] Mozilla Fondu,[66] Vikimedia Fondu[67]Free Software Foundation tərəfindən qəbul edilmişdir.[68] 2013-cü ilin sonunda Nikosiya Universiteti Bitcoin ilə ödəniş qəbul edən ilk universitet oldu.[69][70][71]

Ödəniş təminatçıları

Bitcoin-i qəbul edən Dish Network kimi müəssisələr BitPay və Coinbase kimi ödəniş təminatçılarından istifadə edirlər. Müştəri Bitcoin ilə ödəniş etdikdə ödəniş təminatçısı ödənişi müəssisənin adından qəbul edir və məbləği satıcının bank hesabına göndərir. Bu xidmət üçün isə məbləğin 1%-dən az komissiya tutur.[72]

Pərakəndə istifadə

Hon-Konqda yerləşən bir texnologiya şirkətinin müdürü Tim Suansona görə 2014-cü ildə Bitcoin ilə edilən gündəlik pərakəndə alış təxminən 2.3 milyon dollardır.[73] Tim Suansonun digər təxmininə görə isə, 2015-ci il ferval ayında gündəlik pərakəndə alış-verişdə istifadə olunan Bitcoin-in 5.000-dən az olduğunu demişdir. 2014-cü ildə isə Bitcoin-in pərakəndə alışının çoxalması ehtimalının çox az olduğunu demişdir.[mənbə göstərin]

Ümumi istifadə

Kembric Universitetinin 2017-ci ildə etdiyi araşdırmada məlum olmuşdur ki, 2,9 milyon — 8 milyon aralığında istifadəçinin kriptovalyuta pul qabısı vardır.[mənbə göstərin] Ən çox istifadə olunan kriptovalyuta isə Bitcoin-dir.[mənbə göstərin]

Banklar

İnvestisiya

Bitcoin bu gün çox güclüdür və güclü potensiala malikdir, ona görə də onun dəyərinin bəzi proqnozları sadəcə olaraq astronomikdir - 100 000 dollardan 1 milyon dollara qədər. Bəzi ekspertlərin fikirləri belə görünür:

İnvestor və Keizer Report analitika proqramının aparıcısı Maks Keizer, Bitcoin-dən qısa müddətdə 100.000 dollar, uzunmüddətli perspektivdə isə 400.000 dollar gəlir gözləyir. Maraqlıdır ki, Keizer aktivin cəmi 1 dollar dəyərində olduğu vaxt 100 min dollardan danışmışdı. Beləliklə, bu, ən qızğın bitcoin evangelistlərindən biridir.

Zəngin ata Kasıb ata kitabının bestseller müəllifi Robert Kiyosaki izləyicilərinə qızıl və bitkoin almağı tövsiyə edir. Onun fikrincə, yaxın üç il ərzində BTC 75 min dollara çatacaq.

Bitcoin-in arxasında duran adam və Blockstream-in CEO-su Adam Back yaxın bir neçə il ərzində sikkənin 300.000 dollara yüksələcəyini gözləyir. Eyni zamanda, onun fikrincə, bu, hətta institusional qəbulun artırılmasını tələb etmir. Özəl investorlar və sadə insanlar da kapitalı saxlamaq və onu inflyasiyadan xilas etmək variantları haqqında getdikcə daha çox düşünürlər.[74]

Sahibkarlıq

Piter Tiel kimi sahibkarlar Bitcoin-i almaq əvəzinə, onun infrastrukturunu müəssisələrə, birjalara, elektron pul qabı xidmətlərinə və başqa ödəniş təminatçılarına satırlar.[75] Bitcoin investorları həmçinin mədənçiliyə də investisiya edirlər.[76] 2015-ci ildə Paolo Taskanın apardığı araşdırmadan məlum olmuşdur ki, Bitcoin şirkətləri üç il ərzində təxmini 1 milyard dollar qazanmışdırlar.[77]

Siyasi təsir

Hüquqi status

Cinayətlər

Cinayətkarlar tərəfindən Bitcoin-dən istifadə maliyyə tənzimləyicilərinin, qanunverici orqanların, hüquq-mühafizə orqanlarının və medianın diqqətini cəlb etmişdir.[78] FTB bu məsələ ilə bağlı təhqiqat hesabatı hazırlayıb.[79] SEC isə rəqəmsal pullara edilən investisiyalar haqqında xəbərdarlıq hazırlayıb.[78]

Bir çox xəbərlərdə Bitcoin-in məşhur olmasının səbəbi olaraq cinayət işlərində istifadə edilə bilməsi bildirilmişdir.[80][81] 2014-cü ildə Kentukki Universitetinin tədqiqatçıları kompüter mühəndislərinin və qanunsuz işlərlə məşğul olanların Bitcoin-ə maraqlarının olmasını və siyasi və investisiya baxımından məhdud dəstək olduğunu dedilər.[82]

Qara birja

Zərərli proqramlar

Zərərli proqramlar vasitəsilə oğurluq

Şantaj virusu

İcazəsis mədənçilik

Kirli pul təmizləmə

Ponzi sistemi

Bitcoin istifadə edən bir şirkət investorlarına həftəlik 7% qazanc təklif etmişdir.[83] 2013-cü ilin iyul ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası həmin şirkəti və təsisçisini eyni ildə "investorları aldadan ponzi sistemi" adı altında günahlandırdı.[83] 2014-cü ilin sentyabr ayında məhkəmə tərəfindən şirkətə 40 milyon dollar pul cəzası verildi.[84]

Oğurluq

Təhlükəsizlik

Bitcoin-dən ödəniş sistemi kimi istifadə edildiyinə görə, bitcoin şəbəkəsinə real və ya nəzəri hücumlar düşünülmüşdür. Bitcoin protokolu icazəsiz xərcləmələrdən, ikiqat xərcləmədən, təkrar hücumlardan və blokçeyn saxtakarlığı kimi bəzi hücumlardan qoruyan bir neçə funksiyanı özündə ehtiva edir. Ödəniş sistemi 3D Secure tərəfindən qorunur.[85][86][87][88][89]

İcazəsiz xərcləmə

Bitcoin-in açıq-qapalı şifrələmə istifadə etməsi icazəsiz xərcləmələri azaldır.

Məsələn, Nuray Eminə bir Bitcoin göndərəndə Emin Bitcoin-in yeni sahibi olur. Bu əməliyyatı müşahidə edən Sevinc Eminin yeni sahib olduğu Bitcoin-i xərcləmək istəyə bilər. Amma Eminin özünəməxsus açarının məlumatı olmadan bunu etmək mümkün deyil.

İkiqat xərcləmə

İnternet ödəniş sisteminin həll etməli olduğu əsas problemlərdən biri ikiqat xərcləmədir. Bu halda hanısa bir istifadəçi eyni pulu iki və ya daha çox müxtəlif alıcıya ödəyə bilər.

Məsələn, Nuray bir Bitcoin-i Eminə sonra isə, həmin Bitcoin-i Sevincə göndərə bilər.

Bundan fərqli olaraq, Bitcoin şəbəkəsi bütün köçürmələri bütün istifadəçilərin görə biləcəyi blokçeyndə qeyd edir və beləcə bütün köçürmələri qeyd edərək daha əvvəl xərclənmiş Bitcoin-lərin ikinci dəfə xərclənməsinin qarşısını alır.[mənbə göstərin]

Yarış hücumu

Tarix dəyişikliyi

Müştəri gizliliyini ləğv etmə

Blokçeyndəki datalar

Blokçeyndə hər hanısısa rəqəmsal faylları saxlamaq olur. Amma əməliyyatların həcmi artdıqca qiymət də ona uyğun olaraq artır.[90]

Bitcoin kodlarına uşaq porno keçidləri, Ben Bernankenin şəkilləri və digər fayllar da əlavə olunmuşdur.[91]

Əyləncə sənayesi

Filmlər

"The Rise and Rise of Bitcoin" (2014) Bitcoin istifadə edən kompüter mühəndisləri və narkotik satıcıları kimi insanlara edilən müsahiblərdən ibarət sənədli filmdir.[92] 2016-cı ildə isə Bitcoin haqda digər sənədli film "Banking on Bitcoin" yayımlanmışdır.[93]

Mahnılar

Bitcoin haqda bir çox mahnı yayımlanmışdır.[94]

2018-ci ildə Kasotsuka Shojo – Virtual Currency Girls adlı Yapon qrupu fəaliyyətə başladı. Səkkiz üzvün hər biri Bitcoin, EthereumCardano da daxil olmaqla kriptovalyutaları təmsil edirdilər.[95][96]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər