Castin Biber

Kanadalı müğənni və aktyor

Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[1][2][…]) — kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir

Castin Biber
Ümumi məlumatlar
Doğum adıJustin Drew Bieber
LəqəbləriBiebs, Bizzle, Bieb, JB, RickTheSizzler
Doğum tarixi1 mart 1994(1994-03-01)[1][2][…] (30 yaş)
Doğum yeriKanada Kanada, Ontario
Vətəndaşlığı
MilliyyətiKanada
PartnyoruSelena Gomez (2010-2014)
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, aktyor
Fəaliyyət illəri2008–hal-hazırda
JanrlarPop, R&B, Teen Pop
Musiqi alətləribaraban, gitara, piano
Səs tembritenor
Albom şirkətləriIsland, Teen Island, RBMG, zain
MükafatlarıQueen Elizabeth II Diamond Jubilee Medal
Diamond Play Button
İmzanın şəkli
justinbiebermusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.

Bioqrafiya və Karyera

1994–2008 Uşaqlıq və gənclik

Castin Biber 1994-cü ilin martın 1-də Kanadanın Ontariya əyalitinin London şəhərində anadan olmuşdur. Stratfordta böyüyüb.Castin Biber 2010–2014-cü illərdə Selena Qomezlə sevgili olmuşdur,daha sonra isə ayrılmışlar.

Maraqlı məlumat

  • Castinin anası Youtube-ə oğlunun musiqi videolarını yükləyərək ona populyarlıq qazandırmışdır.Qeyd edək ki,anası Castinin videolarına qohumları baxa bilsinlər deyə YouTube-ə yükləmişdir.